Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bunlardan biri festivalda 1-ci yerin qalibi Zülfiyyə Məmmədovadır. 1983-cü ildə Füzuli rayonunda anadan olan Zülfiyyə hələ uşaq yaşlarından musiqiyə aludə idi. Qarabağ torpağından su içən, onun havasını udan bu istedadlı qız öz səsi ilə sanki hamını sehirləyirdi. Dostları, sinif yoldaşları, qohumlar lap uşaqlıqdan ona müğənni kimi baxırdılar. 1993-cü ildə 10 yaşlı Zülfiyyə ailəsi ilə birlikdə doğma torpağını tərk etdi. Musiqiyə olan həvəs, məhəbbət onu 2007-ci ildə Suraxanı qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına gətirdi. "Vətən" xalq çalğı alətləri ansamblına üzv oldu. Ansamblın rəhbəri Elxan Müzəffərovdan çox şey öyrəndi. Sənətin sirlərinə daha dərindən yiyələndi. Hərbi hissələrdə əsgərlər qarşısında verilən konsertlərdə, rayon səviyyəli tədbirlərdə, fəal iştirak edən Zülfiyyə Azərbaycandan kənarda da tanınmağa başlamışdı. O, Amerika, Braziliya, Fransa da daxil olmaqla, dünyanın 11 ölkəsində milli musiqimizi müxtəlif festivallarda təmsil etmiş, Kanadada muğam ifalarından ibarət diski buraxılmışdır. Ü. Hacıbəyovun 115 illiyinə həsr olunmuş festivalın qalibi olmuşdur. Hazırda Zülfiyyə Azərbaycanda elan olunmuş Beynəlxalq muğam müsabiqəsində iştirak etməyə hazırlaşır. Artıq 1-ci mərhələdən keçmişdir. 2-ci mərhələdə də uğur qazanacağına inanır. AHİK-in keçirdiyi festivalda böyük məharətlə E.Sabitoğlunun "Nə gözəldir Azərbaycan" mahnısını ifa edən Zülfiyyə sanki bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırdı. Festivalda ən yüksək bal qazanan Zülfiyyə laureat adına layiq görülərək 400 manat pul mükafatı, AHİK-in və Bəstəkarlar İttifaqının diplomları ilə təltif edildi. Retro-musiqi festivalı da 2-ci yerin qalibi Günay İmamverdiyevadır. O, respublikanın çox ağır günlərində, 1990-cı il iyun ayının 1-də Şuşada dünyaya göz açıb. Məlum hadisələrlə əlaqədar Bakıya köçmüş, 1996-cı ildə Bakıdakı 37 saylı məktəbə qəbul edilmişdir. Elə məktəb illərindən məlahətli səsi ilə diqqəti cəlb edən Günay respublikada keçirilən "Pöhrə" müsabiqəsində laureat adına layiq görülmüşdü. Doğma Şuşanı tez-tez yuxuda görən, ürəyi dünyaya gəldiyi yurdun həsrəti ilə çırpınan bu zərif qızcığaz bütün məhəbbətini öz mahnılarında büruzə verirdi. Odur ki, televiziyanın ATV kanalı ilə elan olunan "Xalq ulduzu" yarışmasını eşidən kimi fikirləşmədən sənədlərini ora göndərdi. Minlərlə musiqi həvəskarının içərisindən seçilərək 16-lığa layiq görüldü. Öz şirin səsi, məsum görünüşü ilə tamaşaçıların və tələbkar münsiflər heyətinin qəlbinə yol tapan Günay yarışmada 3-cü yerə gəlib çıxa bildi. Bu, gənc qız üçün böyük nailiyyət idi. Günay İmamverdiyeva Gənclər və İdman Nazirliyinin 2007-ci ildə keçirdiyi "Tələbə baharı" müsabiqəsində 1-ci yerə, 2009-cu ildə isə "Gənclər mükafatı”na layiq görüldü. AHİK-in keçirdiyi retro-musiqi festivalında S. Rüstəmovun "Oxu, gözəl" mahnısını ifa edən Günayın səsində sanki Cıdır düzünün niskili, İsa bulağının şırıltısı duyulurdu. R. Behbudov adına Mahnı Teatrında qaliblərin yekun konsertində çıxış edən Günaya 300 manat pul mükafatı, AHİK-in və Bəstəkarlar İttifaqının diplomu təqdim edildi. Hazırda o, Mədəni-Maarif Texnikumunun 4-cü kurs tələbəsidir, ən böyük arzusu Bakı Musiqi Akademiyasına daxil olmaqdır. İndi Günay Türkiyənin TRT-1 kanalında dünya türklərinin iştirakı ilə keçirilən "Sən türkülərini söylə" müsabiqəsində iştirak etməyə hazırlaşır. Festivalda bu cür istedadlı gənclər çox idi. Bəlkə də bu gənclərin əksəriyyəti müğənni olmayacaq. Lakin əsas məqsəd onlarda milli musiqiyə məhəbbət tərbiyə etməkdir. Bu musiqi yarışması gənc musiqi həvəskarları üçün incəsənət aləminə açılmış geniş bir yoldur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.