Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Böhrandan sığortalana bilirlər

14.09.09 - 10:20327 baxılıb

RİTN-ın 20.7 milyon manat investisiya qoyuluşu həyata keçirib

Bir ildir davam edən dünya maliyyə böhranı telekommunikasiya və informasiya texnologiyaları sektorundan da yan keçməyib. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bir sıra antikrizis tədbirlər həyata keçirilməkdədir. Respublikamızda sektorun inkişafı üçün yaradılmış bazis onun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin edib. Bu sahədə ətraflı məlumat almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevə müraciət etdik. Şöbə müdiri 2009-cu ilin I yarımilliyində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 495,5 milyon manat olduğunu bildirdi:

"2008-ci ilin I yarımilliyi ilə müqayisədə artım tempi İKT sektorunda 10,2 faiz, o cümlədən telekommunikasiya sektoru üzrə 12,2 faiz, poçt sektorunda isə 16,7 faiz təşkil edib. İKT və poçt sektorunda əldə olunan gəlirin 80,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya və poçt sektoru üzrə artım 12,3 faiz yəni 468,3 milyon manat təşkil edib. Bu gəlirin 73,8 faizi mobil operatorların payına düşməklə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə artım tempi 15,1 faiz olub".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2009-cu ilin I yarımilliyində 246 yeni iş yeri açılıb.
R.Nəbiyev həmçinin, rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə əməkhaqlarının artırılması istiqamətində aparılan işlərin mütəmadi davam etdirildiyini də qeyd etdi: " RİTN-nin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artırılaraq, 267,0 manata çatdırılıb. Məlumat üçün bildirim ki, İKT sektorunda əməkhaqqının əvvəlki dövrün müvafiq dövrü ilə müqayisədə artımı 15,4 faizdir ki, bu da 505,8 manat deməkdir. Hazırda respublika üzrə orta aylıq əməkhaqqı 298,0 manatdır.
R.Nəbiyev ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində də bir çox işlər görüldüyünü dedi: "Bu məqsədlə bu ilin 6 ayı ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 20,7 mln. manat investisiya qoyuluşları həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 mln. manat çoxdur. Həyata keçirilmiş investisiya layihələri çərçivəsində yarımillik ərzində respublikanın ümumi telefon şəbəkəsi üzrə 14 min 332 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilərək ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1.519.243 nömrəyə çatdırılıb. Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 10,6 milyon manatdan artıq investisiya yönəldilib ki, bunun da nəticəsində 19 min 820 nömrə tutumlu ATS-lər, 163,3 km. uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 7315 abunəçi xətti istismara verilib. Abşeron rayon telefon şəbəkəsi NGN texnologiyası əsasında yenidən qurulmuş, şəbəkənin tutumu 14508 nömrə artırılaraq 46412 çatdırılmış, rayonun Masazır, Novxanı, Fatmayı, Saray ATS-lərinin xətləri fiber-optik kabellər vasitəsilə birləşdirilib. Eyni zamanda Xırdalan şəhərində və digər yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulub. Bu dövr ərzində Saatlı və Gədəbəy rayonlarının telefon şəbəkələrinin rekonstruksiyası başa çatdırılıb və hər iki rayonun telefon şəbəkələri tam elektronlaşdırılıb. Beləliklə də, telefon şəbəkələri elektronlaşdırılmış rayonların sayı 26-ya çatdırılıb. Neftçala və Hacıqabul rayonlarının kənd yaşayış məntəqələrində, Cəbrayılın 10 saylı məcburi köçkün qəsəbəsində, Gəncə şəhərində ATS-54 və ATS-56-da, Qəbələ rayon hərbi şəhərciyində ümumi tutumları 3536 nömrə olan 13 yeni elektron ATS tikilib. Salyan rayonunun Marışlı, Şəmkir rayonunun Düz Cırdaxan, Çaparlı, Yardımlı rayonunun Televar, Sabirabad rayonunun Qasımbəyli və Moranlı, Cəlilabad rayonunun Alar və Şiləvingə kəndlərində istismar olunan analoq tipli ATS-lər rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunub".
R.Nəbiyevin bildirdiyinə görə, mobil abunəçilərin sayı il ərzində 352 000 artaraq 6 900 000 çatmışdır ki, bu da hər 100 nəfər əhaliyə 78,8 mobil abunəçinin düşməsi deməkdir.
Tarif Şurasının qərarı ilə respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə haqlarının aşağı endirilməsi və eləcə də internet xidmətləri bazarında azad rəqabət şəraitinin yaradılması internet provayderlərin ADSL xəttinə qoşulma haqqının 10 manatdan 5 manata, aylıq istifadə haqqının isə 4 manatdan 2 manata endirilməsi bu bazarda əhəmiyyətli canlanma yaratmış və xüsusilə də genişzolaqlı internetə tələbatı nəzərəçarpacaq dərəcədə artırıb.
Ölkədə kompyuterlərin kütləvi yayımını nəzərdə tutan "Xalq kompyuteri" layihəsinə start verilib. Xarici, yerli şirkətlərin və Azərbaycan hökumətinin birgə reallaşdırdığı bu layihədə ölkəmizin də istehsal potensialından istifadə edilərək güzəştli şərtlərlə, o cümlədən, 25-30 faiz bazar qiymətlərindən aşağı və birillik faizsiz kreditlə kompyuterlərin vətəndaşlara satışının həyata keçirilməsi nəzərdə tutulur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.