Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Sentyabrın 24-dən 30-na kimi Soçi şəhərində Rusiya jurnalistlərinin 14-cü Festivalı keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) dəstək verdiyi tədbirdə Rusiyada, eləcə də MDB məkanında fəaliyyət göstərən jurnalistlərin bir sıra problemləri müzakirə olunub. Soçidə Azərbaycan jurnalistlərini BJF-in Azərbaycan üzrə təmsilçiləri - Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli və İctimai Televiziya və Radio Yayımları Şirkəti Həmkarlar İttifaqının xarici əlaqələr üzrə koordinatoru Elnur Əliyev təmsil ediblər.
İTV təmsilçisi Elnur Əliyev bildirib ki, festivalın gedişində "Fəaliyyətdə olan jurnalistlərin təhlükəsizliyinin təminatı" adlı müzakirələr daha effektiv olub. Tədbirdə Beynəlxalq Jurnalistlər Federasiyasının Rusiya Jurnalistlər Birliyi ilə birgə hazırladığı "Qismən ədalət" adlı xüsusi nəşrin təqdimetmə mərasimi keçirildi. Rusiyada, o cümlədən MDB məkanında jurnalistlərin təhlükəsiz fəaliyyətinə dair müzakirələr aparıldı. Təqdimetmə mərasimində çıxış edən BJF-in prezidenti Cim Bumelay bildirib ki, jurnalistika get-gedə ən riskli peşəyə çevirilməkdədir: "Son 10 ilin statistikasına görə, dünyada 1000 nəfərdən artıq jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub, yaxud da sifarişlə qətlə yetirilib. Ən acınacaqlısı isə odur ki, bu qətllərdən yalnız 10 fazinin səbəbkarı cəzalandırılıb". BJF prezidenti dünya ictimaiyyətini jurnalistikaya qarşı hücumlara reaksiya verməyə çağırdı: "Pis odur ki, jurnalistlərin qətli, təqib edilməsi və buna görə heç kimin cəzalandırılmaması praktikası hətta dünyanın demokratiya beşiyi saydığımız ölkələrdə də baş verir". Qeyd edək ki, tədbir iştirakçılarına bütün MDB dövlətlərində, o cümlədən Azərbaycanda jurnalistlərin təhlükəsizliyi mövzusunda hesabat təqdim olunmuşdu. Hesabatda Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən qətlə yetirilən jurnalistlər haqqında da məlumatlar əksini tapıb. BJF-ın rəhbərliyi ilə aparılan müzakirələrdə ictimai yayımçıların həmkarlar təşkilatının fəaliyyət prinsipləri əsas prioritetlərdən oldu və verdiyimiz məlumatlar diqqətlə dinlənildi. BJF prezidenti Cim Bumelay və qurumun proqram direktoru Oliver Money Kirli təşkilatımızın şirkətin rəhbərliyi ilə bağladığı kollektiv müqaviləni yüksək qiymətləndirdilər. Söhbət əsnasında maraqlı təkliflər də ortaya çıxdı. Onlar BBC, Royters, eləcə də Avropa Yayım Birliyinə üzv olan teleradio şirkətlərinin həmkarlar təşkilatları ilə əməkdaşlığa başlamağı tövsiyə etdilər. Həmçinin beynəlxalq əlaqələrimizin qurulmasına lazımi dəstək verəcəklərini vəd etdilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.