Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Allah mübarək eləsin! Xoşbəxt olsunlar! Mütləq iştirak edəcəm. Sonuncu dəfə nə vaxt gördüyümü, hətta adını belə xatırlamadığım tanışımın dəvətnaməsini alıb yazı masasının daxılına qoydum. Yaxın 15-20 gün üçün 6-cı dəvətnamə idi. 2 toy eyni gündədir. Amma problem bu deyildi. Onsuz da səs-küydən toylarda çox oturmaq olmur, çatdırmaq mümkündür. Əsas məsələ başqadır. Onu necə edəsən, haradan tapasan, nədən kəsəsən?
Yəqin ki, bu, təkcə mənim deyil, hamının qarşılaşdığı adi haldır. Kimi dindirirsən, əhvalını xəbər alırsan, toyların çoxluğundan gileylənir. Ən imkanlı adamlar belə toylardan şikayət edirlər. Üstəlik, yubileylər, nişan mərasimləri, kiçik toy məclisləri. Hamısında da qutu, konvert, siyahı. Heç kəs qınanılası deyil, nə vaxtsa belə məclislərə çağırılıb, indi o dəvət edir. Neçə illər toylara xərclədiyini qaytarmalıdır, ya yox? Amma sonra oturub hesablayanda görürsən ki, bu toy "karusel"ində qazanan yalnız şadlıq sarayları, restoranlar və musiqiçilər olur. Bəli, belə məclislərdə qonaqlardan yığılan pulun əksər hissəsi məhz onlarla hesablaşmağa gedir. Məclis sahibinə isə qalan 15-20 şəkil, 3-4 saatlıq kaset və disk, bir də siyahıdır. O siyahı ki, ona "borc dəftəri" də demək olar. Çünki oradakı məbləğ nə vaxtsa qaytarılmalıdır, yaxud verdiyin borcdur, qaytarıblar. Deməli, nə alınır? Nə vaxtsa belə mərasimlərin elliklə qeyd edilməsinin ilkin və xeyirxah məqsədi pozulur. Bu məqsəd də ondan ibarət idi ki, qohum-qonşu, dost-tanış yığışıb oğul evləndirənə, qız köçürənə qulpundan çıxanla, imkanı daxilində maddi kömək edirdi. İndi isə belə çıxır ki, çoxunun ağız-boğazından kəsib toy yiyəsinə etdiyi bu maddi yardım yalnız restoran, şadlıq sarayları sahiblərinin və müğənnilərin ciblərinə gedir. Onların da ki, Allah sanki insaflarını kəsib. Bacardıqca mərasim sahiblərini daha çox soymaq istəyirlər. Adambaşına 50-100, hətta 150 manatlıq masa harada görünüb, səviyyəsiz müğənninin yarım saatlıq fonoqramla "oxuması" üçün 5-10 min manat tələb etməsi nə deməkdir? Az qala küçədə tum satanın gəlirini hesablayan vergi orqanları hara baxır? Yoxsa, şadlıq evlərinə formal bir jurnal qoymaqla, müğənnilərə ildə bir dəfə 10 dəqiqəlik qazanclarını vergi kimi büdcəyə ödətdirtməklə işlərini bitmiş hesab edirlər? Sözügedən jurnalda göstərilən məbləğlərin ödənilən hesablardan qat-qat aşağı olmasını hamının bildiyi halda, vergi müfəttişlərinin bundan xəbər tutmamalarına inanmaq çətindir! Nə isə, bu, başqa məsələdir. Qayıdaq əsas mətləbə. Mətləb də odur ki, bu süni qiymət artımları məclis sahibini soymaqla yanaşı, dəvətliləri də çətin vəziyyətdə qoyur - istər-istəməz nəmərin məbləği artır və başlayır... maddi sıxıntı. Əksəriyyətin maaşı maaşa caladığı indiki vaxtda isə bu, həm də sosial problemdir. Amma gəlin etiraf edək ki, bu problemi özümüz özümüzə yaradırıq. "Filankəsin uşağının toyu filan şadlıq sarayında olub, ondan əskik deyilik ki", "filankəsin toyunda müğənnilər növbəyə dayanmışdı, nəyi bizdən artıqdır", "filankəsin məclisində masanın üstündə barmaq basmağa yer yox idi, biz niyə geri qalaq", "filankəsin qonaqlarını zal tutmurdu, yerdən çıxmamışıq ki, bizə nə olub" və s. kimi mənasız iddialar gənclər və valideynlər üçün müqəddəs mərasim sayılan toylarımızı bəhsləşmə predmetinə çevirib. İndi heç kim "ayağını yorğanına görə uzatmaq" istəmir, "qonşudan geri qalmamaq" barədə fikirləşir. Məclisinə bahalı şadlıq evləri və restoranları kirayələyir, "dəqiqəsi qızıl olan" müğənniləri dəvət edir, stolların boş qalmaması üçün kimə gəldi dəvətnamə paylayır və s. Hətta bu zaman borca girməkdən belə çəkinmir. Nə olar, oğul evləndirən, qız köçürən əvvəllər də borc edirdi, amma toydan sonra onu qaytara bilirdi. Üstəlik, gənc ailəni ev-eşik etmək üçün əlində vəsait qalırdı. İndi isə, qeyd etdiyimiz kimi, qonaqlardan yığılan pul şadlıq evləri sahiblərinin və musiqiçilərin ciblərinə getdiyindən valideynlər əksər hallarda toydan borcla çıxırlar, necə deyərlər, yersiz bəhsləşmənin güdazına gedirlər. Halbuki bundan qaçmaq mümkündür, əgər toya bugünkü münasibəti dəyişib öz dəyərini qaytarsaq. Onda ata-ana borcunu vermiş olar, həm maddi, həm də mənəvi. Yeri gəlmişkən qeyd edək ki, yaxın keçmişədək yas mərasimlərinin yola verilməsi də problem olaraq yaşanırdı. İndi ictimaiyyətin, məscidlərin, dini qurumların təşəbbüsü və dəstəyi ilə demək olar bu problem həll edilmək üzrədir. Artıq bir çox bölgələrdə, o cümlədən paytaxtda yas mərasimləri ilk 3 gün ərzində yekunlaşır. "Qırx"acan nə "yeddi" verilir, nə də "cümə axşamları". Hətta Ağdaş-Qəbələ bölgəsində məscid həmin mərasimlərdə iştirak edən din xadimlərini cəzalandırır. Məscid bu inzibati qaydanı tətbiq etməklə yas sahiblərinə "üç"dən "qırx"acan kütləvi mərasim keçirməməyi tövsiyə edir və hamının ürəyindən xəbər verən bu tövsiyəyə əhali tərəfindən ciddi əməl olunur. Naxçıvan MR-də də yas mərasimləri sözün yaxşı mənasında ciddi çərçivəyə salınıb. Bu "çərçivə" əhalinin böyük razılığına səbəb olub. Niyə də olmasın, qapısına hüzr düşən artıq lüzumsuz mərasim problemlərinin yox, itkisinin dərdini çəkir. İndi nə edək, toyların da əsl mahiyyətini inzibati yolla qaytaraq? Mənəviyyatda da inzibatçılıq? Bəs, bizim şüurumuz? Əgər demək olar bu gün hamı toya dəvət alanda sevinmək əvəzinə üzdə də olmasa, ürəyində ən azı dərindən "ah" çəkirsə, cibini yenidən qurdalayırsa, ailə büdcəsinə növbəti dəyişikliklər edirsə, özümüz buna çarə tapmalıyıq. Kim deyirsə ki, bu, çətindir, səhv edir. Dünya gör-götür dünyasıdır və indi bu "gör-götür"ün sərhədi daha genişdir. Sərhədlər, ölkələr üzümüzə açıqdır. Gedib görənlər deyirlər ki, ən imkanlı ölkələrin ən imkanlı adamları belə toy mərasimlərini bizim kimi israfçılıqla, bizim kimi geniş "heyət"də qeyd etmirlər. Odur ki, onların toylarında nə pul qutusu olur, nə siyahı. Heç iki gəncin şad gününə qatılanlar toy sahibinə restoran və müğənnilərə veriləcək pula yardımçı olmaq barədə də fikirləşmirlər. Sadəcə, hərə öz adına layiq bəylə gəlini hədiyyələrlə təbrik edir. O da hamısı yox. Toy sahibinin doğmaları və yaxınları. Əslində, mərasimə çox vaxt kənar adamlar dəvət olunmurlar da. Toyun sırf ailə tədbiri olduğu üçün. Biz demirik ki, əksər dəyərlərimiz kimi toylarımızı da avropalaşdıraq, baxmayaraq, yaxşını götürüb mənimsəmək eyib sayılmır. Keçmişdəki kimi, 7 gün 7 gecə toy çaldırmağın da tərəfdarı deyilik. Onu deyirik ki, bizimki olmayan və ümumiyyətlə, haradan götürüldüyü bilinməyən bugünkü üzdəniraq toy dəblərimizdən qurtulmağın yolunu tapmalıyıq. Düzdür, bu "dəb" halqavari qapalı dairə olduğundan ondan birdən-birə yol tapıb çıxmaq asan deyil. Ən azı ona görə ki, toy ərəfəsində olan hər kəs öz-özünə "mənə qalmışdı?" sualını verib tədarükünü görəcək və başa düşməyəcək ki, toyun bütün mənalarda özünə, ailəsinə qalmasını istəyirsə, bu addımı atmalıdır. Çətini yığılıb həmin dairənin bircə halqasını qırmaqdır. Bu, baş verərsə, dairə açılacaq və toylarımız, sözün həqiqi mənasında, toy olacaq. Belə toylara dəvət isə heç kimin halını dəyişməyəcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.