Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu günlərdə R. Behbudov adına Mahnı Teatrında Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK -in H.Z.Tağıyev adına Toxuculuq Kombinatının klubunda fəaliyyət göstərən "Aliyə" rəqs kollektivinin yaradılmasının 5 illiyi təntənə ilə qeyd edildi.
"Aliyə" ötən beş il ərzində bir - birindən maraqlı rəqslərə quruluş verib, tamaşaçıların qəlbini ələ alaraq özünə pərəstişkarlar qazana bilib. Gənc istedadlar çıxış etməyi çox sevirlər. Onlar klubun bütün mədəni - kütləvi tədbirlərində, AHİK - in keçirdiyi baxış - müsabiqələrdə, yaradıcılıq dekadalarında, “ANS” televiziya kanalının elan etdiyi rəqs müsabiqələrində uğurla çıxış edərək dəfələrlə diplom və Fəxri fərmanlarla təltif olunublar. Gənc tamaşaçılar bu kollektivi artıq yaxşı tanıyır və onların konsertlərinə böyük həvəslə gəlirlər. Mahnı Teatrında təşkil edilmiş yubiley tədbiri isə uşaqlar üçün əsil bayrama çevrildi. "Aliyə" rəqs kollektivi 5 il ərzində hazırladığı ən yaxşı rəqs nömrələrini nümayiş etdirərək sanki tamaşaçılara hesabat verirdi. Kollektivin repertuarı çox maraqlı və rəngarəng idi. "İnnabı", "Nəlbəki", "Azərbaycan maralı", "Çobanlar", "Bayram rəqsləri", "Ay işığı", "Dirijorlar və pişiklər", "Ayılar", "Qar dənəcikləri", "Gənclik", "Karnaval" kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Hind, ispan, ərəb rəqslərini də çox gözəl ifa etdilər. Konsert Azərbaycana, vətənpərvər, cəsur oğullara həsr edilmiş "Vətən oğlu" rəqs kompozisiyası ilə sona çatdı. Tamaşaçıların gurultulu alqışları altında səhnəyə çıxan balaca rəqqasələr çiçək və hədiyyə yağışına düşdülər. Kollektivin rəhbəri Aliyə Zeynalova bütün tamaşaçılara, qonaqlara dərin minnətdarlığını bildirdi. Kollektivin yaranmasında, formalaşmasında xüsusi əməyi olan, onun istedadlı üzvlərini öz balaları kimi sevən klubun direktoru Azad Aslanov sonda uşaqlara diplom və Fəxri fərmanlar təqdim etdi. "Aliyə"nin şad gününə yığışanlar çox idi. Klubun yetirmələri olan gənc istedadlı müğənnilər Şahin İsmayılov və Zeynəb Qurbanova, "Məşəl" istrumental ansamblının solisti İlahə Mahmudova öz mahnıları ilə kollektivi təbrik etdilər. Tanınmış skripkaçı Səlim Abbasov Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı M.Əliyevaya həsr etdiyi "Mehriban" kompozisiyasını böyük məharətlə ifa etdi. Bu yazının müəllifi AHİK-in təbrikini oxudu. Klubun direktoru A.Aslanova "Azərbaycan mədəniyyətinin inkişafında, gənc nəslin mənəvi tərbiyəsində böyük uğurlara görə" Media Beynəlxalq uğur diplomu, kollektivin rəhbəri A.Zeynalovaya isə "İlin intellektual ziyalısı" fəxri diplomu təqdim olundu.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.