Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yanvarın 27-də Mətbuat Şurasının ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Toplantını Mətbuat Şurasının sədri Əflatun Amaşov açdı, 2009-cu ildə vəfat etmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Ə. Amaşov Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabat verdi.
O dedi ki, ötən il ərzində Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Onlardan 176-sı ayrı-ayrı vətəndaşlardan, 167-si dövlət idarə, müəssisə və təşkilatlardan, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır.Daxil olan müraciətlərdən 267-si Şuranın Katibliyində həllini tapıb. 222 müraciət şikayətlər üzrə komissiyada araşdırılıb. 31 şikayətə isə İdarə Heyətində baxılaraq müvafiq qərarlar çıxarılıb. Şura sədri daha sonra dedi ki, ötən il İdarə Heyəti özünün 12 iclasında 65 kütləvi informasiya vasitəsinin fəaliyyətinin bu və ya digər aspektləri ilə bağlı ümumilikdə 31 qərar qəbul edib. Ötən il 94 reket qəzet sıralarımızdan çıxarılıb. Hesabat dövrü ərzində MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli ilə bağlı bir neçə iclası baş tutub. Həmin iclaslarda ümumilikdə 25 məsələ müzakirə olunub. Daimi Komissiya ayrı-ayrı jurnalistlərlə bağlı 6 məsələni həll edib. 2 məsələ ilə bağlı toplanmış materiallar araşdırılmaq üçün müvafiq orqanlara göndərilib. Ə. Amaşov sözünə davam edərək bildirdi ki, Şura tərəfindən "Reket jurnalistika"ya qarşı mübarizə ili elan olunan 2009-cu ildə qurum bununla bağlı mübarizəni iki istiqamətdə aparıb: 1. "Reket nəşr"lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması. 2. "Reket nəşr"lərə qarşı ictimai qınağın fəallaşdırılması. Şura il ərzində həbsdə olan jurnalistlərin azadlığa çıxmaları istiqamətində müxtəlif səviyyəli görüşlər keçirib. Bununla yanaşı, MŞ İdarə Heyətinin üzvləri həbsxanalarda olaraq məhbus jurnalistlərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Həmçinin onların azadlığa çıxmaları üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlanıb. Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək göstərmək məqsədi ilə ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə geniş konfrans təşkil edib. 2010-cu ili "Diffamasiya ili" elan edildiyini qeyd edən Ə. Amaşov cari il ərzində bu qanunun qəbuluna çalışacaqlarını söylədi. Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara cavablar verildi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.