Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“VƏTƏNPƏRVƏR GƏNCLƏRİN YARADICILIQ YARIŞI"

21.06.10 - 10:44324 baxılıb

Azərbaycan həmkarlar ittifaqları Dövlət Gənclər Siyasətini əsas tutaraq gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox böyük əhəmiyyət verir. Artıq 10 ildir ki, Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyi mədəni hamiliyə götürülmüşdür. Konfederasiya burada gənc hərbiçilərin dövlət dilinə və rəmzlərinə, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Bu illər ərzində liseydə təhsil alan gənc hərbiçilər arasında mütəmadi olaraq vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir, dərs əlaçılarına, tağım və bölüklərə, müsabiqə qalibləri olan istedadlı müdavimlərə AHİK-in diplomları və qiymətli hədiyyələri, sahə həmkarlar ittifaqı komitələrinin pul mükafatları təqdim olunur.

Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseydə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan əsgəri" bədii-qiraət və "Vətənə xidmət edirik" başlığı altında ümumlisey müsabiqələri müvəffəqiyyətlə başa çatdı. Aprel ayından elan olunmuş bu müsabiqələrdə yüzdən artıq kursant iştirak etmişdir.
II mərhələyə keçid almış bədii qiraətçilər və rəqs həvəskarları öz bacarıqlarını, gözəl əl qabiliyyətinə malik olan həvəskar rəssamlar isə rəsmlərini AHİK-in münsiflər heyəti qarşısında nümayiş etdirdilər.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti üzrə professoru, kinorejissor, respublikanın xalq artisti Ramiz Əzizbəyli başda olmaqla münsiflər heyətinin üzvləri hər bir gəncə diqqətlə qulaq asaraq, onların istedad və bacarığını düzgün qiymətləndirməyə çalışdılar. Qiraətsevər kursantlar Vətəni, ana torpağı, Azərbaycanın müstəqilliyini, müqəddəs bayrağı, vətənpərvərliyi tərənnüm edən şeirləri böyük ruh yüksəkliyi ilə ifa etdilər. Müsabiqədə əsasən C.Cabbarlı, S.Vurğun, A.Şaiq, Z.Yaqub, R.Duyğunun şeirləri səsləndi.
Rəsm həvəskarlarının işlərindən ibarət təşkil edilmiş sərgidə əsas mövzu sülh, Azərbaycanın qəhrəman oğullarının portretləri, doğma vətənin səfalı mənzərələri, müharibəyə nifrət hissi və vətənpərvərlik idi. Milli Dram Teatrının baş rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Dövlət Mükafatı laureatı, xalq rəssamı Nazim Bəykişiyev gənc müdavimlərin ən yaxşı işlərini qeyd etdi və onlara bəzi istiqamətlər verdi.
Münsiflər heyətinin sədri Ramiz Əzizbəyli bütün iştirakçıları təbrik edərək onlara təhsildə, həm də yaradıcılıqda uğurlar arzuladı. Vurğuladı ki, Konfederasiyanın keçirdiyi bu müsabiqə gələcək zabitlərin milli ruhda böyüməsində, onlara Vətənə məhəbbət hisslərinin aşılanmasında böyük tərbiyəvi əhəmiyyətə malikdir.
Beləliklə, hər 2 müsabiqəyə yekun vuruldu və qaliblər müəyyən edildi.
Bədii qiraət üzrə I yerə 2102-ci tağımın kursantı Taleh Novruzov, II yerə 2095 və 2105-ci tağımın kursantları Nurlan Əmirov və Fərid Ağabəyli layiq görüldülər. III yerlər isə 2093, 2102, 3145-ci tağımların kursantları Bəxtiyar Həsənzadə, Nəriman Əzimov və Tural Mikayılov arasında bölüşdürüldü.
Rəsm üzrə I yeri ulu öndər H.Əliyevin portretini böyük ustalıqla yaratmış və digər maraqlı işlərin müəllifi 3152-ci tağımın kursantı Ramin Əmirov tutdu. II yerə 2073 və 3164-cü tağımın kursantları Elçin Zeynalov və Tofiq Dadaşbəyli, III yerə 2071, 2072,2104-cü tağımın kursantları Vüqar Əliyev, Mansur Zəkəriyyəyev və Ələkbər Axundzadə layiq görüldülər.
Bunlardan əlavə müsabiqələrin keçirilməsində xüsusi fəaliyyət göstərən dil-ədəbiyyat müəllimi Laləzar Həsənova, rəsm dərnəyinin rəhbəri Almas Budaqova, Liseyin metodisti, həmkarlar ittifaqı komitəsinin sədri Sahib Əsədov və digər kursantlar AHİK-in diplomları ilə təltif edildi.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar 2009-2010-cu tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplanış mərasimində təqdim edildi.

Xoşqədəm BAĞIROVA,
AHİK-in mütəxəssisi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.