Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bəlkə bəzi iş adamları bu şüarı əldə rəhbər tutub ölkədə tütün istehsalının azalmasına rəvac verirlər?
Azərbaycanda tütün məhsullarının istehsalı azalıb. İlk baxışda bu faktı ölkə əhalisinin zərərli vərdişdən imtinası-yəni tələbatın aşağı düşməsi kimi də izah edib sevinmək olar. Amma, təəssüf ki, məsələnin məğzində heç də müştərilərin siqaretin fəsadlarını başa düşməsi yox, müəyyən qrup əhalinin iqtisadi gəlirlərinə ziyan gətirəcək amillər durur. Azalmanın səbəbini Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Məzahir Əbilov tütün əkin-biçini ilə məşğul olanların çəkdikləri zəhmət müqabilində əməkhaqqı ala bilməməsində görür: "Əgər əvvəllər dövlət tərəfindən bir hektara yüz manat verilirdisə, indi özəl təşkilatlar daha az vəsait ödəyirlər. Bu da istər-istəməz tütün istehsalını aşağı salır". Tütün istehsalının azalmasının digər səbəbi isə torpaqların işğal altında qalmasıdır: "Əvvəllər Qubadlıda, Zəngilanda, Laçında, Kəlbəcərdə də tütün əkilirdi. Onların bu gün işğal altında olması tütün istehsalının azalmasına təsir edib". Baş məsləhətçi bildirir ki, əvvəllər Kənd Təsərrüfatı Nazirliyi tütün məmulatlarına nəzarət etdiyi üçün təsərrüfatlarda keyfiyyətli tütün hazırlanırdı. İndi məsələnin pis tərəfi ondan ibarətdir ki, dövlət nəzarəti yoxdur. Ən dəhşətli hal odur ki, Azərbaycana, tütün, istehsalı xeyli azaldığına görə, xaricdən gətirilir. Onların tərkibi öldürücüdür. Keyfiyyəti yaxşı olmayan tütündən siqaret hazırlanır və satışa çıxarılır". M.Ədilov deyir ki, hazırda tütün istehsalı və emalı özəlləşdirilib. Tütünü şəxsi təşkilatlar əkdirir. Onlar da nəzarət olmadığından tütünü əkdirə də bilərlər, xaricdən də ala bilərlər. Biz, ümumiyyətlə, xarici ölkələrdən tütün gətirilməsinin əleyhinəyik. Bunu etmək mümkün deyilsə, heç olmasa xaricdən gətirilən tütün məmulatlarının keyfiyyətinə nəzarət edən bir qurum yaransın. Qeyd edək ki, ölkə ərazisində tütün məmulatı istehsalı və idxalı ilə məşğul olmaq üçün lisenziyalar KTN tərəfindən verilir. Bəs görəsən, tütün məmulatlarının keyfiyyəti ilə bağlı şərtlər lisenziyada nə dərəcədə əks olunur? Nazirlik rəsmisinin sözlərinə görə, quruma təqdim edilən bütün sənədlər qaydasında olur. Amma faktiki məhsul istehsalı zamanı bu şərtlərdən kənara çıxılır. Nazirlik rəsmisi tütünçülüklə məşğul olan şirkətlərin keyfiyyətli tütün sortlarının Azərbaycanda yetişdirilməsinə maraq göstərmədiklərini də deyir: "Zaqatala, Şəki bölgələrində tütün istehsalı vaxtilə çox gözəl inkişaf edirdi. Keyfiyyətli tütün alınırdı, fermentasiyası yaxşı aparılırdı. İndi özəl təşkilatlar buna o qədər vəsait qoymaq istəmirlər. Yerlərdə tütünün becərilməsindənsə, xaricdən tütün gətirib burada istehsal etmək onlara daha sərfəlidir. Əgər Zaqatalada əvvəllər 500 hektarda tütün əkilirdisə, bu gün belə sahə 100 hektar da deyil". Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.