Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Fayda gətirən təşəbbüslər ənənəyə çevrilir

09.07.10 - 17:48308 baxılıb

Azərbaycan həmkarlar ittifaqı işçilərin birbaşa əmək və sosial hüquqlarının yaxşılaşdırılmasına təsir göstərən beynəlxalq tədbirləri çox məmnuniyyətlə ənənə şəklinə salmağa çalışır. Belə tədbirlərdən biri də hər il bütün dünyada qeyd olunan 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Ölkə həmkarlar ittifaqları, o cümlədən Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı həmin günü çox geniş miqyasda, rəngarəng tədbirlər həyata keçirməklə qeyd etmişdi.

Lakin AHİK, onun üzv təşkilatları 28 apreli kampaniya halından çıxararaq əməyin mühafizəsini ilboyu fəaliyyətinin prioritet cəhətinə çevirdi. Beynəlxalq Əmək Təşkilatı tərəfindən təklif olunmuş "Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması" devizi altında bir-birindən təsirli tədbirlər hazırlanıb reallaşdırılır. Növbəti tədbir "Şəki-ipək" Açıq Səhmdar Cəmiyyətində baş tutub. Əsasən üç məsələnin araşdırılmasını qarşısına məqsəd qoyan seminara ASC-nin 58 nəfər işçisi dəvət olunmuşdu. Seminarda Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Nərgizxanım Məmmədova giriş sözü söyləmişdir. İnsanların layiqli iş şəraitində çalışması, onların sağlamlığının qorunması istiqamətində dövlətimizin gördüyü çoxşaxəli işlərdən, bu sahədə həmkarlar ittifaqının fəal iştirakından danışmışdır. N.Məmmədova demişdir ki, uğurlarla bərabər problemlərimiz də kifayət qədərdir. Biz əməyin təlimatlara uyğun mühafizə olunması üçün hələ çox çalışmalıyıq.
RK sədri tədbirə toplaşanlara fəal olmağa, həqiqəti çılpaqlığı ilə çatdırmağa, nöqsanların həlli istiqamətində təkliflərini söyləməyə çağırdı. Sonra məruzələr dinlənildi. Sahə Hİ RK-nın baş texniki əmək müfəttişi Ələsgər Xanəliyev "İş yerlərində risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün həyata keçirilən qabaqlayıcı tədbirlər", ASC-nin texniki direktoru Şahin Əzizov "Elektrik mühafizəsinin əsasları, mühafizə vasitələrindən istifadə qaydaları haqqında", Cəmiyyətin texniki təhlükəsizlik üzrə mühəndisi Dilşad Rəhimova "Ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi haqqında qanunlar, normalar və qaydalar, bu sahədə olan problemlər, kimyəvi və radioaktiv tullantıların utilizasiyası" mövzularında məruzələr etdilər. Məruzələr ətrafında çıxışlar oldu. Məruzəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırdılar. Sonda iştirakçılar onlara paylanmış anketlərdə seminarın gedişi, orada qoyulan məsələlərin nə dərəcədə aktual olduğu barədə rəylərini yazıb təşkilatçılara çatdırdılar. Seminarın işində ASC-nin rəhbərləri də iştirak edirdilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.