Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi AHİK-in iştirakı ilə Beynəlxalq "Ailə Günü"ndə "Mənim ailəm" III Respublika festivalı keçirmişlər. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da 2007-ci ilin "Gənclər ili" elan edilməsi barədə sərəncam imzalamışdı. Festivalın keçirilməsində əsas məqsəd bu sərəncamdan irəli gələn vəzifənin gənc ailələrə dövlət qayğısı sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, ailə institutunu təbliğ etmək və sair olmuşdur. "Elit" Ticarət və Əyləncə Kompleksində düzənlənən tədbir "Sağlam ailə cəmiyyətin təməlidir" adlı fotosərginin nümayişi ilə başlandı. Stendlərə ötən əsrdə yaşamış azərbaycanlıların, festival iştirakçılarının ailə albomlarından götürülmüş fotolar vurulmuşdu. Ayrıca bir güşə isə ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı ailəyə və öz ailəsinə həsr edilmişdi. Sonra yarış iştirakçıları aşbaz məharətlərini göstərdilər. Festivala qatılmış 30 ailə böyük həvəslə Azərbaycan mətbəxinin nümunələrini hazırladılar. Hər bir ailə öz zövqünə uyğun nahar süfrəsi açdı. Nahardan sonra ailələrin üzvləri festivalın nominasiyaları üzrə "Biz mehriban ailəyik" adlı əyləncəli musiqi, mahnı, rəqs, qiraət, intellektual bilik müsabiqələrində, bovlinq yarışlarında güclərini sınadılar və eləcə də hazırladıqları "Mənim ailəm" fotoalbomlarını Münsiflər Heyətinə təqdim etdilər. Bədii hissədə "Xidmət İş" HİF Mədəniyyət və İdman Sarayındakı "Çiçəyim" uşaq teatrının, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayındakı "Şənlik" milli rəqs ansamblının, Mədəniyyət İşçiləri Evinin "Mərcan" rəqs ansamblının, habelə ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənclər üçün həyata keçirilmiş "Akademiya" tele-musiqi layihəsinin laureatları "Qarabasma" rep qrupunun, Şakir Mərdanovun və d. rəngarəng ifaları tədbirə toplaşanlara xoş ovqat bəxş etdi. Münsiflər heyəti festival qaliblərini bal sistemi ilə müəyyənləşdirdi. I yerə Darxorlar ailəsinin "Problemsiz" komandası, II yerə Balabəyovlar ailəsinin "Həyat", Alkanlar ailəsinin "Günəş" komandaları layiq görüldülər. III yeri isə Mənəfovlar ailəsinin "Şəki" komandası tutdu. Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərhad Hacıyev, bölmə müdiri Namiq cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, rəssam-florist Suğra İbrahimova və başqaları çıxış edərək respublikada vətəndaş cəmiyyətinin inkişafında bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğuladılar. Yekunda qalib və fərqlənənlər Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə diplomları, AHİK-in diplomları, həmçinin müxtəlif qiymətli hədiyyələrlə təltif olundular. Festivalın baş mükafatı olan Nabrandakı istirahət zonasına AHİK -in ayırdığı yollayış festivalın qalibi Darxorlar ailəsinə verildi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.