Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi AHİK-in iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Pöhrə" uşaq və gənclərin yaradıcılıq festivalının açılışını keçirmişdir. Festivalın keçirilməsində məqsəd ölkə Prezidentinin bu il fevralın 9-da imzaladığı sərəncama əsasən 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə əlaqədar dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan oğlan və qızların sağlam, müstəqil və yaradıcı düşünən vətəndaş kimi formalaşması, onların yaradıcı təfəkkürünün inkişafı sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, eləcə də yeniyetmə və uşaqların asudə vaxtlarının təşkili işinin daim diqqət mərkəzində saxlanmasıdır. Rəşid Behbudov adına Mahnı Teatrında düzənlənən bayram tədbirinin rəsmi hissəsini Gənclər və İdman Nazirliyinin bölmə müdiri Namiq Jəfərov açdı. O, ölkəmizin iqtisadi potensialının güclənməsinin uşaqlara qayğı və diqqətin daha da artırılmasına əlverişli imkan yaradıldığını söylədi. Sonra natiq bildirdi ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində "Uşaqların hüquqlarının qorunması haqqında" Konvensiyaya qoşulub. Ölkəmizin bu Konvensiya üzrə öhdəliklərini yerinə yetirməsi barədə ötən ilki hesabatı müsbət qiymətləndirilmişdir. Tədbirin bədii hissəsində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayındakı "Şənlik" milli rəqs ansamblının, Q.Abbasov adına Mədəniyyət Sarayının "LN" rəqs qrupunun, "Xidmət-İş" Hİ Federasiyasının Mədəniyyət və İdman Sarayındakı "Çiçəyim" Uşaq Teatrının, Mədəniyyət İşçiləri Evinin "Mərcan" rəqs ansamblının və digər festival iştirakçısı olan özfəaliyyət xalq yaradıcılığı kollektivlərinin, ayrı-ayrı iştirakçıların rəngarəng ifaları salona toplaşmış yeniyetmə və uşaqlara, onların valideynlərinə bayram əhvali-ruhiyyəsi bəxş etdi. Tədbirin yekununda çıxış edən bu sətirlərin müəllifi böyüməkdə olan nəslin milli əqidəsinin formalaşmasında AHİK-in iştirakı ilə araya-ərsəyə gətirilən bu kimi tədbirlərin əhəmiyyətindən danışdı. Dedi ki, cari ilin payızında başa çatacaq bu festival ölkənin mədəni həyatında mühüm bir hadisəyə çevriləcək. Sonda festivalın açılışının iştirakçılarına bayram hədiyyələri paylandı.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.