Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

"NARKOTİKLƏRLƏ MÜBARİZƏ GÜNÜ"

30.06.07 - 9:00719 baxılıb

300 KQ-DAN ARTIQ NARKOTİK MADDƏ MƏHV EDİLDİ

Məlum olduğu kimi, BMT-nin müvafiq qərarı ilə hər il 26 iyun "Narkotiklərlə mübarizə günü" kimi qeyd edilir. Narkomaniya bu gün bəşəriyyəti narahat edən ən böyük problemlərdən biridir. Təəssüf ki, hər il on minlərlə insan "ağ ölüm"ün qurbanına çevrilir.
Ən qorxulusu isə narkotik vasitələrdən istifadəyə daha çox gənclərin meyil etməsidir. Bunu iyunun 26-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyev də qanunsuz dövriyyədən çıxarılmış və məhkəmə hökmləri ilə müsadirə olunmuş narkotik vasitələrin və psixotrop maddələrin Bakı Neft Mədən Maşınqayırma Zavodunda məhv edilməsindən öncə tədbir iştirakçıları qarşısındakı çıxışında söylədi.
Onun sözlərinə görə, problemdən yeganə çıxış yolu ilk növbədə əhalinin, xüsusən gənclərin və yetkinlik yaşına çatmayanların maarifləndirilməsidir. Milli mentalitetimiz, digər amillər bu problemin geniş yayılmasının qarşısını o halda ala bilər ki, valideynlər övladlarına nəzarəti daha da gücləndirsinlər.
Sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik, Daxili İşlər, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Sərhəd Xidməti və AHİK-in nümayəndələrinin, habelə kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə "qara bazar" qiymətləri 106 milyon ABŞ dolları olan 300 kq-dan artıq narkotik vasitə zavodun sobalarında məhv edildi.
Məhvetmə başa çatdıqdan sonra iştirakçılar Bakı Əyləncə Mərkəzində "Dəyirmi masa" ətrafında yığıncağa toplaşdılar.
Yığıncaqda Azərbaycanda qeydiyyatda olan narkomanların sayının 19 minə yaxın olduğu bildirilmişdir. Deyilmişdir ki, sərhədlərimizin mühafizəsinin güclənməsi nəticəsində narkotiklərin ölkəmizin ərazisindən tranzit kimi istifadə etmə halları xeyli azalmışdır. Bu sahədə mübarizənin daha səmərəli təşkili üçün İran İslam Respublikası ilə ikitərəfli və çoxtərəfli müqavilələri bağlanmışdır.
Bu sətirlərin müəllifi, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hələ I dövlət proqramının qüvvədə olduğu 2003-cü ildə AHİK-in sahə həmkarlar ittifaqı orqanlarına, mədəni-maarif və idman müəssisələrinə ünvanlanmış vətəndaşlar və onların ailə üzvləri arasında "sağlam həyat tərzi"nin təbliği ilə bağlı tövsiyələrinin yerlərdə tətbiqinin müsbət nəticələr verdiyini söylədi. Digər çıxışlarda da əhalinin asudə vaxtının səmərəli təşkilinin zəruriliyi, gənclərin, yeniyetmə və uşaqların narkoişbazların və digər cinayətkar qrupların torundan uzaqlaşdırılması məqsədi daşıyan konkret tədbirlərin icra edilməsi xüsusi vurğulandı.
Yekunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2007-2012-ci illəri əhatə edən II dövlət proqramının hazırlanması təklif olundu.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.