Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

BAYRAM SÜFRƏLƏRİ ÜÇÜN

29.12.07 - 9:06701 baxılıb

Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyəti və İdarənin Həmkarlar İttifaqı Komitəsi uzun illərdir Kəlbəcər, Şuşa, Ağdam, Laçın... rayonlarından qaçqın düşmüş, Qax şəhərində məskunlaşmış 272 ailəyə hamilik edir.
HİK sədri Sərhəd Qasımov demişdir ki, ildə ən azı 2-3 dəfə qaçqın soydaşlarımıza baş çəkir, onlara ərzaq sovqatı aparırıq.
Komitə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində yenə də onların qonağı olmuşdur. Qaçqın soydaşlarımızın bayram süfrələri üçün 11 min manatlıq ərzaq məhsulu və uşaqlarına Yeni il hədiyyələri aparmışlar. Hər ailəyə qənd, düyü, çay, kərə yağı, toyuq əti, kişmiş, qaysı, albuxara... qablaşdırılmış ərzaq bağlaması verilmişdir.

* * *
On ildən çoxdur Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə Bərdədə yerləşən "N" saylı hərbi hissəyə və Qarabağ savaşında ev-eşiyindən qaçqın düşərək Bakının Goradil qəsəbəsində məskunlaşmış 95 rabitəçi ailəsinə hamilik köməyi göstərirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Respublika Komitəsinin sədri Tofiq Musayevin rəhbərliyi ilə hərbi hissəyə 1200 manatlıq ərzaq məhsulları, dəftərxana ləvazimatı və s. aparılmışdır. İl ərzində bu, rabitəçilərin hərbi hissəyə dördüncü gedişləridir.
Qurban bayramında "Aztelekom" İstehsalat Birliyinin nümayəndələri Goradilə getmiş, hər dörd qaçqın ailəsinə bir qurbanlıq qoç olmaq şərti ilə 24 baş heyvan aparıb kəsmişlər.
Bu gün isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi qaçqın ailələrinə baş çəkəcək, onların Yeni il süfrələri üçün müxtəlif adda ərzaq məhsulları aparacaqdır.

* * *
Şəki şəhərində 8 qaçqın rayonundan 1300 ailə (5 min nəfər) məskunlaşıb. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının kollektivi neçə illərdir bu qaçqın ailələrinə hamilik edir, bayramlarda və əlamətdar günlərdə onlara ərzaq sovqatı göndərir. Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Orucovun sözlərinə görə, limançılar ənənələrinə sadiq qalaraq, dekabrın 26-da qaçqın soydaşlarımıza baş çəkmiş, onlar üçün beş min manat dəyərində 10 ton un aparmışlar.

* * *
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və bu qurumun Həmkarlar İttifaqı Komitəsi Qurban bayramı, Dünya Azərbaycanlılarının Həmyərliyi Günü və Yeni il ərəfəsində Naftalan şəhərində məskunlaşmış 3500 nəfər Xocalı, Kəlbəcər, Şuşa, Ağdam, Zəngilan... qaçqınlarının və köçkünlərinin bayram süfrələri üçün 16 min manatlıq yağ, düyü, çay, şəkər tozu və digər adda ərzaq məhsulu aparıb paylamışdır.
Sabah - dekabrın 30-da isə Gəmiçilik və HİK Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatında bayram süfrəsi açacaqlar. Ahılların yeni ilini dənizçilərin "Sahil" ansamblı şənləndirəcəkdir.

* * *

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı, Abşeron və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün məktəblərinin şagirdlərinə 13,6 min manat dəyərində 4 min 540 ədəd Yeni il hədiyyəsi paylamışdır.
TİAHİ Xocalı Rayon Komitəsi isə Hacıkənddə yerləşən 5 təhsil müəssisəsinin şagirdləri üçün Respublika Komitəsindən 400 ədəd hədiyyə götürmüşdür. Şagirdlərə Yeni il hədiyyələrinin təntənəli surətdə təqdim olunmasında Respublika Komitəsinın məsul işçiləri və Məclis üzvləri iştirak etmişlər.

Q.ƏLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.