Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bakı “Eurovision-2012" müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir

27.01.12 - 18:0014 baxılıb

Mərasimdə müsabiqənin loqosu və rəmzi açarı təqdim edilmiş, püşkatma mərasimi olmuşdur

Yanvarın 25-də Bakıdakı "Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir.
Mərasim ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.


Müsabiqənin qalibləri məlum oldu

13.01.12 - 17:5438 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclərə, onların peşə hazırlığına olan diqqətinin təzahürü kimi qiymətləndirilən daha bir layihə başa çatmışdır. "Bu mənim peşəmdir" şüarı altında həmkarlar ittifaqı üzvləri və onların övladları arasında keçirilmiş foto, təsviri və tətbiqi sənət üzrə müsabiqəyə yekun vurulmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş müsabiqənin məqsədi peşələrin nüfuzunu yüksəltmək, gənclərdə əməyə hörmət və məhəbbət hissləri aşılamaq, onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, texniki yenilikləri tətbiq etmək olmuşdur.


Köhnə əşyaları çölə ataq, 12 üzüm yeyək, yoxsa pis ruhları qovaq..?

29.12.11 - 17:5649 baxılıb

Yeni ilin gəlişinə artıq sayılası saatlar qalıb.

Bu bayram dünyanın bütün ölkələrində qeyd edilsə də, hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Bu maraqlı və qeyri-adi adət-ənənələrdən bəzilərini təqdim edirik.


Gənclər Fondu gənclərə sosial dayaq olacaq

23.12.11 - 19:4141 baxılıb

Məlum olduğu kimi, Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında Fərman imzalayıb.

Sənədə əsasən, fondun gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə bir sıra layihələrin həyata keçirilməsində fəal iştirakı nəzərdə tutulur. Dövlət başçısı Gənclər və İdman Nazirliyinə və digər müvafiq strukturlara gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini tapşırıb.


Boşanmaların qarşısını necə almaq olar?

16.12.11 - 19:1231 baxılıb

Hadı Rəcəbli: "Valideynlər ailə quran gənclərə qarşı diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdırlar"

Respublikamızda son illər boşanmaların sayı artmaqdadır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli hesab edir ki, boşanmaların səbəblərindən biri ailədəki emosional gərginlik, söz-söhbət, dedi-qodudur: "Əvvəllər ailə yalnız xəyanətə görə dağılardı. Hətta qadın sonsuz olsa belə, kişi arvadını boşamadan, yaxınlarından birinin uşağını övladlığa götürməklə problemi həll edirdi. Bəzən gəlin-qayınana, gəlin-baldız, gəlin-elti arasındakı söz-söhbətlər boşanmaya gətirib çıxarır. Ona görə də ətraf, qohum-əqraba ailənin işinə qarışmağa meyil etməkdən çəkinməlidir.


“Eurovision - 2012" öncəsi restoranlar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır

09.12.11 - 17:3932 baxılıb

"Müsabiqədə təmsil olunan ölkələrdən gələcək turist potensialı qiymətləndirilib, həmin ölkələrin milli xörəklərini də hazırlamaq olar"

Gələn ilin may ayında Bakıda təşkil olunacaq "Eurovision - 2012" mahnı müsabiqəsinə hazırlıq prosesi davam edir. Bu məqsədlə yaradılan təşkilat komitəsində təmsil olunan nazirlik və idarə-təşkilatlar onlara həvalə olunan səlahiyyətlər çərçivəsində müvafiq işlər görürlər.


ADİU-da Beynəlxalq QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbir

02.12.11 - 18:5046 baxılıb

Noyabrın 30-da Dövlət İqtisad Universtitetinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq QİÇS-lə Mübarizə Gününə həsr olunmuş yığıncaq keçirilmişdir.

Tədbiri giriş sözü ilə komitənin sədri Emin Eyvazov açmışdır. O, bu xəstəliyin artıq bəşəriyyət üçün təhlükə kəsb etdiyini diqqətə çatdırmışdır. Demişdir ki, milyonlarla pul xərclənməsinə baxmayaraq QİÇS dünyada ildən-ilə geniş vüsət alır.
Onunla mübarizə dövlətimizin diqqət mərkəzindədir. Səhiyyənin, maarifləndirmə şəbəkəsinin gücündən istifadə olunur. Biz ziyalılar, ictimai təşkilatlar da bu işdə dövlətimizin ən yaxın köməkçilərinə çevrilməliyik.


“Tanıtım" adı altında keçirilən tədbirin yayılması tövsiyə olundu

18.11.11 - 13:16225 baxılıb

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) universitetin kafedrası və AFFA ilə birlikdə "Tanıtım" devizi altında yığıncaq keçirmişdir.

Yığıncağı giriş sözü ilə açan THİK-in sədri Daşqın Qəmbərov demişdir ki, məqsədimiz gələn il paytaxtımızda futbol üzrə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatında gənclərimizin daha yaxından iştirakını təmin etməkdir.
Qadın futbolu ölkəmizdə hələlik populyar deyil. Qızlarımız bu idman növünə bir o qədər də maraq göstərmirlər. Bu biganəliyin əsas səbəblərindən biri təbliğat işinin zəif aparılmasıdır.


Yay vaxtı ləğv ediləcək

28.10.11 - 17:2673 baxılıb

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabrın 30-da saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkiləcəkdir.


Eyni bir söz mətbuatda bir neçə formada yazılır

30.09.11 - 19:1769 baxılıb

"Dilimizə keçən "Europe" sözü Avropa yazıldığı kimi, "Evrovision" sözü də avroviziya şəklində yazılmalıdır"

Azərbaycan dilində işlənən bəzi alınma sözlərin necə yazılması məsələsi zaman-zaman gündəmə gəlsə də, problemlər qalmaqdadır. Bu gün də dilimizdə işlənən bəzi alınma sözlərin bir neçə yazılış formasına rast gəlirik. Kütləvi informasiya vasitələrində bir sıra terminlər, təşkilat, qəzet-jurnal, telekanal adları gah ingilis, gah da Azərbaycan dilində yazılır.


Ümumdünya Turizm Günü qeyd olunacaq

23.09.11 - 15:03128 baxılıb


Bu il də quş qripi ilə bağlı monitorinqlər aparılacaq

23.09.11 - 15:0293 baxılıb

"Dövlət Baytarlıq Xidməti vəhşi heyvanların vaksinasiyası ilə bağlı layihə hazırlayır"

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) köçəri quşların miqrasiyası başlayan kimi yenidən quş qripi ilə bağlı ölkə ərazisində monitorinqlərə start verəcək. Xidmətin sözçüsü Yolçu Xanvəlinin sözlərinə görə, monitorinqlərdə yenə də Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də Ovçular və Balıqçılar Cəmiyyətinin mütəxəssisləri iştirak edəcəklər.


Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert olmuşdur

23.09.11 - 15:02120 baxılıb


Bilik günü Qaladan başlandı

16.09.11 - 18:33103 baxılıb

İttifaqı Respublika Komitəsi və "Kainat Gənclik Mərkəzi"nin birgə təşkilatçılığı ilə 15 sentyabr "Bilik günü"nə həsr olunmuş gəzinti-ekskursiya keçirilmişdir. Tədbir "Azərbaycan doğma diyarımdır" devizi altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində təşkil olunmuşdur. Ekskursiyada Nizami rayonunun 272 saylı, Suraxanı rayonunun 282 saylı orta məktəblərinin, Xəzər rayonundakı 2 saylı və Sabunçu rayonundakı 11 saylı internat məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri iştirak etmişlər.


Paytaxtda avtobus dayanacaqlarının dəyişdirilməsinə aydınlıq gətirilmir

09.09.11 - 15:3086 baxılıb

Vüqar Bayramov: "Dövlət vəsaitinin bu şəkildə xərclənməsi başadüşülən deyil"

Paytaxtda yeni çəkilən yolların qısa müddət sonra sökülüb yenidən çəkilməsinə, səkilərin bir ildə bir neçə dəfə yenilənməsinə tez-tez rast gəlirdik. Həmçinin Bakı küçələrində işıq dirəkləri iki ildən bir yenilənir. Baxmayaraq ki, həmin dirəklərdə işləməyən lampaların sayı işləyənlərdən çox olur, əsas diqqət işıq dirəklərinin yenilənməsinə yönəldilir. Bu dəfə isə daha bir "yeniliyin" şahidi oluruq.


Paytaxtda kirayə mənzillərin qiyməti bahalaşıb

27.08.11 - 16:0178 baxılıb

Son vaxtlar Bakıda kirayə mənzillərin qiyməti nəzərəçarpacaq qədər bahalaşıb. Bahalaşma paytaxta bu aylarda daha çox tələbələrin gəlişi ilə əlaqələndirilir. Tələbələr söyləyirlər ki, kirayə mənzil bazarı onların imkanına hesablanmayıb.


Bakı Bulvarı Dövlət Bayrağı Meydanınadək uzadılacaq

22.08.11 - 11:57146 baxılıb

“Eurovision-2012" mahnı müsabiqəsinin açılışınadək Bakı Bulvarı Dövlət Bayrağı Meydanınadək uzadılacaqdır.


Moldovada Heydər Əliyev adına stadion tikiləcəkdir

22.08.11 - 11:56197 baxılıb


İnternet köşkləri təklif olunur

12.08.11 - 17:27136 baxılıb

Azərbaycanın kompyuter avadanlığı istehsalçısı “KÜR” şirkəti "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Bakının ictimai yerlərində informasiya və internet köşklərinin quraşdırılması ilə bağlı təkliflərini vermişdir.


Təbiət qoynuna çağırır bizi

03.08.11 - 12:54197 baxılıb


1 2 3 4 5 ... 9 10 11 12 13 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.