Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Pasiyentin burnunu əməliyyat edən həkimlər onun qulaqlarını da eybəcər hala salıblar
Həkim müalicə etmək əvəzinə, sağlamlığınıza zərər vurubsa, nə etməli?...
Bir müddət öncə Leyla Şıxlinskaya adına Xəstəxanada burnunda əməliyyat aparılmış 35 yaşlı Bakı şəhər sakini Mətanət Hüseynova eybəcər hala düşüb. Bizimlə söhbətində pasiyent bildirdi ki, yıxıldıqdan sonra burnunda fəsadlar özünü büruzə verməyə başlayıb. Sınma diaqnozu ilə xəstəxanaya gətirilən zərərçəkənin üzərində həkim Rafiq Dəmirçalov cərrahiyyə əməliyyatı aparıb: "Əməliyyat zamanı qulaqlarımın qığırdaqları çıxarılaraq burnuma yerləşdirildi. Nəticədə isə həm burnum eybəcər hala düşdü, həm də qulaqlarım. Bu azmış kimi eşitmə və nəfəsalmamda da çətinliklər yaranıb". Necə deyərlər, "peşəkar" ağxalatlılar qaş düzəltmək istəyəndə, vurub pasiyentin gözünü də çıxarıblar.
Ötən sayımızda xəbər verdiyimiz kimi, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı üzvlərinin 20 nəfər uşağı dincəlmək üçün Türkiyənin Ankara şəhərində olmuşdu. Avqustun 5-də isə Türk Metal Sendikasından 22 uşaqdan və müşahidəçilərdən ibarət qrup Bakıya gəlmişdir.
Avqustun 8-də saat 8-də Çin Xalq Respublikasının paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunları üçün inşa edilmiş və "Quş yuvası" adlandırılan nəhəng stadionda Olimpiada-2008-in təntənəli açılış mərasimi keçiriləcək.
Türkiyənin Ankara şəhərində "Çocuq Arkadaş Klubu"nun X toplantısı olmuşdur. "Türk-Metal" Sendikasının təşkilatçılığı ilə keçən bu tədbirdə Metal İşçiləri Hİ Federasiyası 25, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 20 nəfərlik qruplarla təmsil edilmişdir. Ümumilikdə toplantıya 9 ölkədən 600 uşaq qatılmışdı.
"Avtonəqliyyatservis" Departamenti və Dəmir Yolu Məlumat Hesablama Mərkəzi həmkarlar ittifaqı komitələrinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş "Qızıl zər" uğrunda nərd turniri təşkil edilmişdir.
Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Gənclik" Tələbə İdman Cəmiyyəti ali təhsil müəssisələrinin işçiləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci illiyi münasibətilə spartakiada keçirmişlər.
Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar "Spartak" İdman Cəmiyyətinin Respublika Şurasının təşkilati dəstəyi ilə "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin xidməti sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında mini-futbol, şahmat, dama və nərd üzrə kütləvi yarışlar keçirilmişdir.
Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda "Kənd idmançıları, Vətənin müdafiəsinə hazır olun!" ƏMH kompleksi üzrə respublika yarışlarının final mərhələsinə start verilmişdir. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş yarışlar "Kənd Qida" Həmkarlar İttifaqı Federasiyası, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil olunmuşdu.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurası ali təhsil müəssisələrinin işçiləri arasında ümummilli lider Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş spartakiada keçirir. İdmanın 6 növü (voleybol, şahmat, stolüstü tennis, dama, nərd, futzal futbolu) üzrə keçirilən spartakiada yarışlarına mayın 1-də start verilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə idmanın bir neçə növü üzrə AHİTA-nın birinciliyi keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) keçirilən gənclər arasında boks yarışında "Spartak" İdman Cəmiyyəti Bakı Şurasının və "Zenit" İdman Cəmiyyəti Sumqayıt Şurasının yetirmələri fərqlənmişlər. Hər komanda 3 qızıl medal qazanmışdır. Yunan-Roma güləş növü üzrə birinciliyə qatılan sumqayıtlı zenitçilərin uğurları daha böyük olmuşdur. 8 çəki dərəcəsindən beşində gənclik şəhərinin güləşçiləri döşəyi məğlubiyyətsiz tərk etdilər.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarına əsasən 2007-2008-ci tədris ilində təhsilin keyfiyyətini yaxşılaşdırmaq və stimullaşdırmaq məqsədi ilə "Ən yaxşı məktəbəqədər müəssisə" nominasiyası üzrə Gəncədə müsabiqə keçirilmişdir.
Həmkarlar ittifaqının nümayəndələri avadanlığın və işçi heyətinin xüsusi mülkiyyətə keçməsinin əleyhinədir
Çərşənbə günü Fransada liman işçiləri avadanlıqların və işçi heyətinin şəxsi mülkiyyətə keçməsini özündə əks etdirən yeni islahatlara qarşı çıxmışlar. Bununla əlaqədar, onlar 24 saatlıq tətil elan etmişlər. Aksiya Ümumi Əmək Federasiyası və Milli Liman Federasiyasının təşəbbüsü ilə baş tutmuşdur.
İki ay davam edən "Novruz-2008" müsabiqəsinə yekun vuruldu. "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyinin təşəbbüsü və AHİK-in, Təhsil Nazirliyinin bir sıra ictimai qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə baş tutmuş bu layihədə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən Şəki, Qəbələ, İsmayıllı rayonlarından əqli və fiziki cəhətdən zəif, xüsusi qayğıya ehtiyacı olan 2500-ə qədər uşağın 3000-dən artıq rəsm əsəri, gil, plastilin, kağız və müxtəlif materiallardan hazırladığı eksponat nəzərdən keçirildi.
Ötən həftəsonu İtaliyanın Peşkara şəhərində "Pekin-2008"-ə lisenziya verən boks üzrə Avropa Təsnifat Turniri başa çatıb. Boksçularımız üçün əhəmiyyət kəsb edən yarışda millimizdən yalnız bir idmançı sevinə bilib. "Zenit" İdman Cəmiyyətinin yetirməsi olan Şahin İmranov (57 kq.) 2-ci yeri tutub. Bununla da ona verilmiş lisenziyanı təsdiqləyərək, "Çin səddini aşmağa" imkan tapıb.
Ötən saylarımızda xəbər vermişdik ki, 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə "Zenit" İdman Cəmiyyətinin açıq birinciliyi keçirilmişdir. Bu yarışma fevralın 29-da start götürmüş, martın 1-də başa çatmışdır. 4 komandanın iştirakı ilə keçirilən turnirdə 67 idmançı gücünü sınayıb.
Fevralın 22-dən 24-dək Bakı şəhərində "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının yeniyetmələr arasında sərbəst güləş üzrə birinciliyi keçirilmişdir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.