Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mobil operatorlar danışıq qiymətlərini ucuzlaşdıracaq

16.02.09 - 11:56444 baxılıb

Telefonlar rəqəmli ATS-lərə keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda fəaliyyət göstərən mobil operatorların bağlanma qiymətlərini iki dəfədən artıq ucuzlaşdırıb. Qeyd edək ki, mobil operatorların bir-biri ilə ara bağlantısını nazirlik müəyyənləşdirir. Əvvəllər bu qiymət mobil operatorlarda 1 dəqiqə danışıq üçün 5 qəpik müəyyənləşdirilirdi. Nazirliyin bu qiyməti 5 qəpikdən 2 qəpiyə endirməsi bazara yeni daxil olan operatorlara da şamil edilib.


Böyük alim, əvəzsiz dost

16.02.09 - 11:56446 baxılıb

Fevralın 11-də Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında görkəmli tarixçi, MEA-nın həqiqi üzvü Tofiq Köçərlinin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə MEA-nın prezidenti, akademik Mahmud Kərimov açdı. O, nadir şəxsiyyət, əvəzsiz elm adamı olan T.Köçərlinin Azərbaycan tarixinə verdiyi töhfələrdən danışdı.


Atletlərimiz 1 qızıl, 2 bürünc medal qazanıblar

02.02.09 - 17:09435 baxılıb

Rusiyanın Volqoqrad şəhərində atletika üzrə Qubernator kuboku uğrunda beynəlxalq turnir keçirilib.


İmadəddin Nəsiminin heykəlinin aqibəti müəmmalıdır

02.02.09 - 17:08575 baxılıb

Heykəlin harada saxlanılmasından
heç bir dövlət qurumu xəbərdar deyil

Bir neçə ay öncə Bakının mərkəzində yerləşən İmadəddin Nəsiminin heykəli söküldü. Tolstoy küçəsi 191 ünvanında yerləşən park sökülərkən bildirilirdi ki, Nəsiminin heykəli yenidən bərpa olunaraq əvvəlki yerində yerləşdiriləcək. Parkın ərazisində isə yeni 300 maşınlıq 3 mərtəbəli yeraltı qaraj tikiləcək. Son günlər yayılan bəzi məlumatlara görə, parkın ərazisində qaraj yox, hündürmərtəbəli yaşayış binası tikilir. Belə olan halda İmadəddin Nəsiminin heykəlinin sonrakı aqibəti müəmmalı olaraq qalır.


Azərbaycan aşıq musiqisi dünya meridianlarında

02.02.09 - 17:07616 baxılıb

Fevral ayının 2-də Bakıdakı Muzey Mərkəzində "Azərbaycan aşıq musiqisi antologiyası" diskinin təqdimat mərasimi olacaq. Diskin tərtibatçısı YUNESKO-nun şifahi və qeyri-maddi irs üzrə eksperti, Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq namizədi Sənubər Bağırovadır.
Sənubər xanım bu diskin ərsəyə gəlməsindən ötrü təxminən bir il gərgin çalışıb. Lakin antologiya barədə danışmazdan əvvəl oxucularımızı Sənubər xanımla yaxından tanış etmək istərdik.


Nəqliyyat Nazirliyinin vədləri özünü doğrultmur

26.01.09 - 11:13512 baxılıb

Samir Həsənov: "Sərnişindaşımada ciddi qayda-qanun yaradılması
iri tutumlu avtobusların tam gətirilməsindən sonra mümkün olacaq"

Paytaxtda sərnişindaşıma sahəsində vəziyyət hələ də ürəkaçan deyil. Şəhərin mərkəzində hərəkət edən mikroavtobuslar nisbətən iritutumlularla əvəz olunsa da, sərnişin daşınması sahəsində qayda-qanun yaratmaq mümkün olmayıb. Həmçinin sərnişin avtobuslarının sürücülərinin vahid geyimlə təchiz edilməsi və biletlərin tətbiqi ilə bağlı verilən vədlər də özünü doğrultmadı. 2009-cu ilin əvvəllərinədək bu sahədə problemlərin aradan qaldırılacağı bildirilsə də, vəziyyət dəyişməyib.


Ermənilər Azərbaycan proqramlarının onların efirlərinə müdaxilə etməsindən narazıdırlar

26.01.09 - 11:12515 baxılıb

Əli Abbasov: "Yayım işinin gücləndirilməsi nəticəsində müşahidə olunan müdaxilələr Azərbaycanın günahı deyil, qarşı tərəfin beynəlxalq yayım tələblərini həyata keçirməməsindən irəli gəlir"


Yaponiyadan xoş xəbər

19.01.09 - 12:57536 baxılıb

Ötən ilin iyun-avqust aylarında ABŞ-ın Nyu-York və Yaponiyanın Tokio şəhərlərində təşkil olunmuş 9-cu Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə yanvarın ilk günlərində yekun vurulmuşdur. Müsabiqədə 58 dövlətdən göndərilmiş 22.000 rəsm əsərinə baxılmışdır.


Səkkiz çəkidən beşi “Zenit"in aktivində

19.01.09 - 12:57398 baxılıb

Yanvarın 9-dan 11-nə kimi Azərbaycan Beynəlxalq Universitetinin İdman Zalında yeniyetmələr və gənclər arasında sərbəst güləş üzrə Bakı birinciliyi keçirilmişdir.


Paytaxt Bakıya köçür

19.01.09 - 12:56562 baxılıb

Bu ili İslam mədəniyyəti paytaxtında yaşamağımızla bağlı düşüncələr

2009-cu ildə küləklər şəhəri ikiqat paytaxt olmaq məsuliyyətini daşıyır: həm müstəqil Azərbaycan Respublikasının, həm də İslam mədəniyyətinin paytaxtı olmaq məsuliyyət və şərəfini.1918-ci il sentyabrın 15-dən bəri Bakının 90 illik ölkə paytaxtı olmaq təcrübəsi var. Beləcə, 91 yaşın içində Bakımızın milli mədəniyyətimizi, dünya mədəniyyətinə bu çağadək nə qədər töhfələr verdiyimizi bir daha nümayiş etdirmək, həmçinin beynəlxalq səviyyəli neçə-neçə mötəbər məclisə, sənət tədbirinə ev sahibliyi etmək imkanı olacaq.


Teatrda manyak peyda olub

11.01.09 - 9:51699 baxılıb

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Diqqət, şəhərdə manyak var!" adlı yeni əsərin məşqləri gedir. Tamaşanın librettosu məşhur türk yazıçısı Əziz Nesinin "Öldür məni, əzizim" pyesinin motivləri əsasında yazılıb. Tamaşanın bəstəkarı Sərdar Fərəcovdur.


Qənaətbəxş qiymətləndirildi

26.12.08 - 17:51626 baxılıb

"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti Respublika Şurasının hesabat-seçki konfransı keçirilmişdir. Konfransda Şuranın 2003-2008-ci il ərzində gördüyü işlər barədə məruzə dinlənilmişdir.
Təşkilatın bu dövrdəki fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir. Tədbirdə təşkilati məsələlərə baxılmışdır. Fazil Hadıbəyov yenidən Cəmiyyətin Respublika Şurasının sədri seçilmişdir.


Xeyriyyə yarmarkası

05.12.08 - 17:13426 baxılıb

Gəncə Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi xeyriyyə məqsədi ilə satış yarmarkası keçirmişdir. Yarmarkada təşkilatın nəzdində yeni yaradılmış "Moda dizayn" klubunun hazırladıqları geyimlər nümayiş etdirilmişdir. Satışdan yığılan vəsait hesabına qurbanlıq heyvan alınıb imkansız tələbələrə paylanacaq.


Beynəlxalq Tələbə Günü qeyd olundu

05.12.08 - 17:13458 baxılıb

Beynəlxalq Tələbə Gününü qeyd etmək Gəncə Dövlət Universitetində artıq ənənəyə çevrilmişdir. Bu münasibətlə bir neçə gün əvvəl 500 nəfərə yaxın tələbə "Qızıl Ay" şadlıq sarayına toplaşmışdı. Onların tədbirinə müəllimləri də qoşulmuşdular.


Spartakiada start götürdü

05.12.08 - 17:12415 baxılıb

Dünən Texniki Universitetin İdman Kompleksində sahə həmkarlar ittifaqları təşkilatlarının III Respublika Spartakiadasının təntənəli açılış mərasimi olmuşdur.


Beynəlxalq Əlillər Gününə həsr edilmiş yarış

05.12.08 - 17:12383 baxılıb

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin maliyyə dəstəyi ilə "Spartak" KBTİC-in Respublika Şurası Ramana qəsəbəsində yerləşən "Gənc Əlillərin Əmək və İstirahət Evi"ndə Beynəlxalq Əlillər Gününə həsr edilmiş stolüstü idman növləri üzrə yarışlar keçirmişdir.


Yığmaya ən güclülər düşdülər

01.12.08 - 12:56435 baxılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti Respublika Şurasının birgə keçirdikləri "Sağlamlıq - 2008" spartakiadası noyabrın 19-da başa çatmışdır.


Retro mahnılar gənclərin ifasında

01.12.08 - 12:55505 baxılıb

"Ötən illərin mahnıları" retro musiqi festivalının ikinci mərhələsində neft və qaz sənayesində çalışan istedadlar ifaçılıq qabiliyyətlərini nümayiş etdirmişlər.


“Yeddi gözəl”in qayıdışı

01.12.08 - 12:55501 baxılıb

Tamaşa fərqli yozumda, yeni
biçimdə təqdim edilir

…Bu axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında premyeradır. Əslində, bu, elə bir qeyri-adi xəbər deyil. Yəni teatr varsa, onun truppası çalışırsa, deməli, yeni tamaşa da olmalıdır. Amma səhnə sənətinə az-çox bələd olanlar bilirlər ki, teatr sənətinin ən qəliz janrı sayılan musiqili teatrda yeni tamaşanın hazırlanıb təhvil verilməsi dramatik teatrlara baxmış xeyli çətin işdir. Odur ki, bütün dünya miqyasında təzə opera və balet kimi irihəcmli musiqili səhnə əsərinin nadir hallarda yazıldığı bir zamanda Opera və Balet Teatrında hazırlanan hər yeni tamaşaya daha çox diqqət yetirməyə dəyər. Üstəlik, əgər bu əsər bizim Opera və Balet Teatrının repertuarında daimi yer tutmağa mənəvi haqqı çatan müəllifin əsəridirsə!..


Baş mükafatı avtonəqliyyatçılar qazandılar

21.11.08 - 13:44391 baxılıb

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin də imzaladığı protokolda "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının XI Spartakiadası ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, insanların sağlamlığının möhkəmləndirilməsi baxımından təsirli tədbir kimi qiymətləndirilir.


< 1 2 3 4 5 6 7 8 9 10 9 10 11 12 13 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.