Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Artıq üçüncü aydır ki, "Simurq" Mədəniyyət Assosiasiyası Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə köməyi ilə "Azərbaycan gəncləri üçün interaktiv mədəniyyət məktəbi" adı altında layihə həyata keçirir. Təşkilatçılar layihəyə yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə gənclərdə idarəçilik vərdişləri yaratmağı, onların dünyanın demokratik ölkələrinin qabaqcıl ictimai-mədəni normalarını, qaydalarını və texnologiyalarını mənimsəməsinə nail olmağı qarşılarına məqsəd qoymuşlar.
Noyabrın 15-də Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələr arasında "Nə?", "Harada?", "Nə zaman?" intellektual oyunu keçirdi. Yarışmada universitetin müxtəlif fakültələrindən ümumilikdə 54 komanda iştirak edirdi.
Kənd idmançılarının Milli oyunlar üzrə ənənəvi spartakiadası başa çatmışdır. Azərbaycanda prezident seçkilərinə həsr olunmuş budəfəki spartakiadaya təşkilatçılıq missiyasını Kənd Təsərrüfatı, Gənclər və İdman nazirliklərinin, AHİK, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ Federasiyası və "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurası öz üzərinə götürmüşdü.
Bu günlərdə Sahibkarlıq, Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Həmkarlar İttifaqının bir qrup məsul işçisi Ədliyyə Nazirliyi Pentensiar Xidmət İdarəsinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində olmuşdur.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) oktyabrın 30-31-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə regionlararası konfrans keçirib.
Azərbaycan Həmkarlar İttifaqlarının təşkilatçılığı ilə keçirilən "Ötən illərin mahnıları" festivalının birinci mərhələsi başa çatmaq üzrədir. İlkin mərhələdə respublikamızın şəhər və rayonlarının istedadları öz bacarıqlarını nümayiş etdirirlər.
Oktyabrın 17-də "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının xidmət göstərdiyi 7 sahə həmkarlar ittifaqının XI spartakiadasının açılış mərasimi olmuşdur. Açılışda AHİK sədrinin müavini Aqil Dadaşov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, spartakiadanın baş hakimi Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov çıxış edərək idmançılara uğurlar arzulamışlar.
Restoran və şadlıq saraylarında işçilərin qonaqları xoş üzlə qarşılaması, yüksək qulluq göstərməsi, təamların ləzzətlə hazırlanması vacibdir. Lakin gigiyenik normaların gözlənilməsi, səliqə-səhman, başqa sözlə təmizlik daha önəmlidir. Sivill xarici ölkələrdə bu ölçü gözlənilir. Respublika ərazisində xüsusilə də paytaxtda fəaliyyət göstərən iaşə obyektlərində isə vəziyyət bir qədər fərqlidir. Bizdə restorana gələn müştəriləri personalın milliyyəti, onun tibbi arayışının olub-olmaması, xidmətin səviyyəsi ən son maraqlandıran məqamlardır.
Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək
Milli musiqi günü ilə bağlı olaraq Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Baş direktorluğunun binasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov və onun şah əsəri "Leyli və Məcnun" operasının 100-cü ildönümü üçün hazırlanan fotosərginin açılışı olub.
Ötən il ərzində 1396 avtoxuliqanın aşkarlanması bu işə həvəslilərin heç də az olmadığını göstərir. Bəs gəncləri avtoxuliqanlıq etməyə sövq edən nədir? Bu vərdişə həvəs haradan başlayır? Müasir dövrdə cəmiyyətdə yer tutmaq üçün kompyuter biliklərinin olması vacibdir. Əgər kompyuteri əla bilsən, nə qədər çox proqramlarda işləməyi bacarsan bir o qədər də işin asan olar. Amma nədənsə müasir gənclər proqramlar öyrənmək əvəzinə, kompyuterdən daha çox əyləncə vasitəsi kimi istifadə edirlər. Bunlardan biri də oyunlardır.
İdmançımız üç təkanla tullanmada ikiqat mükafatçı oldu
Çinin paytaxtı Pekində davam edən XIII Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı uğur əldə edib. Üç təkanla uzununa tullanma yarışlarında həmyerlimiz Zeynuddin Bilalov gümüş medal qazanıb.
Şahin İmranov: “Olimpiadada ən çox yadımda qalan həmvətənlərimin mənə dəstəyi oldu”
Son vaxtlar hamı onun göstərdiyi qəhrəmanlıqdan danışır. Çünki Azərbaycanın adını dünyamiqyaslı fəxri kürsüyə ucaldıb. Avqust ayında Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarının bürünc medalını vətənə gətirib. Adətən bu boksçunu yaxından tanıyanlar onda üç mühüm cəhəti xarakterizə edirlər-əzmkarlıq, məsuliyyət və təvazökarlıq.
Pasiyentin burnunu əməliyyat edən həkimlər onun qulaqlarını da eybəcər hala salıblar
Həkim müalicə etmək əvəzinə, sağlamlığınıza zərər vurubsa, nə etməli?...
Bir müddət öncə Leyla Şıxlinskaya adına Xəstəxanada burnunda əməliyyat aparılmış 35 yaşlı Bakı şəhər sakini Mətanət Hüseynova eybəcər hala düşüb. Bizimlə söhbətində pasiyent bildirdi ki, yıxıldıqdan sonra burnunda fəsadlar özünü büruzə verməyə başlayıb. Sınma diaqnozu ilə xəstəxanaya gətirilən zərərçəkənin üzərində həkim Rafiq Dəmirçalov cərrahiyyə əməliyyatı aparıb: "Əməliyyat zamanı qulaqlarımın qığırdaqları çıxarılaraq burnuma yerləşdirildi. Nəticədə isə həm burnum eybəcər hala düşdü, həm də qulaqlarım. Bu azmış kimi eşitmə və nəfəsalmamda da çətinliklər yaranıb". Necə deyərlər, "peşəkar" ağxalatlılar qaş düzəltmək istəyəndə, vurub pasiyentin gözünü də çıxarıblar.
Ötən sayımızda xəbər verdiyimiz kimi, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı üzvlərinin 20 nəfər uşağı dincəlmək üçün Türkiyənin Ankara şəhərində olmuşdu. Avqustun 5-də isə Türk Metal Sendikasından 22 uşaqdan və müşahidəçilərdən ibarət qrup Bakıya gəlmişdir.
Avqustun 8-də saat 8-də Çin Xalq Respublikasının paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunları üçün inşa edilmiş və "Quş yuvası" adlandırılan nəhəng stadionda Olimpiada-2008-in təntənəli açılış mərasimi keçiriləcək.
Türkiyənin Ankara şəhərində "Çocuq Arkadaş Klubu"nun X toplantısı olmuşdur. "Türk-Metal" Sendikasının təşkilatçılığı ilə keçən bu tədbirdə Metal İşçiləri Hİ Federasiyası 25, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 20 nəfərlik qruplarla təmsil edilmişdir. Ümumilikdə toplantıya 9 ölkədən 600 uşaq qatılmışdı.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.