Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

"Qızıl zər" uğrunda turnir

13.06.08 - 18:29512 baxılıb

"Avtonəqliyyatservis" Departamenti və Dəmir Yolu Məlumat Hesablama Mərkəzi həmkarlar ittifaqı komitələrinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş "Qızıl zər" uğrunda nərd turniri təşkil edilmişdir.


Spartakiada başa çatdı

13.06.08 - 18:28514 baxılıb

Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Gənclik" Tələbə İdman Cəmiyyəti ali təhsil müəssisələrinin işçiləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci illiyi münasibətilə spartakiada keçirmişlər.


Yubiley yarışları

18.05.08 - 8:48519 baxılıb

Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar "Spartak" İdman Cəmiyyətinin Respublika Şurasının təşkilati dəstəyi ilə "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin xidməti sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında mini-futbol, şahmat, dama və nərd üzrə kütləvi yarışlar keçirilmişdir.


Sabirabadlılar birinci oldular

18.05.08 - 8:48690 baxılıb

Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda "Kənd idmançıları, Vətənin müdafiəsinə hazır olun!" ƏMH kompleksi üzrə respublika yarışlarının final mərhələsinə start verilmişdir. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş yarışlar "Kənd Qida" Həmkarlar İttifaqı Federasiyası, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil olunmuşdu.


Spartakiada davam edir

18.05.08 - 8:48573 baxılıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurası ali təhsil müəssisələrinin işçiləri arasında ümummilli lider Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş spartakiada keçirir. İdmanın 6 növü (voleybol, şahmat, stolüstü tennis, dama, nərd, futzal futbolu) üzrə keçirilən spartakiada yarışlarına mayın 1-də start verilmişdir.


Ümummilli liderin şərəfinə

27.04.08 - 9:54639 baxılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə idmanın bir neçə növü üzrə AHİTA-nın birinciliyi keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) keçirilən gənclər arasında boks yarışında "Spartak" İdman Cəmiyyəti Bakı Şurasının və "Zenit" İdman Cəmiyyəti Sumqayıt Şurasının yetirmələri fərqlənmişlər. Hər komanda 3 qızıl medal qazanmışdır.
Yunan-Roma güləş növü üzrə birinciliyə qatılan sumqayıtlı zenitçilərin uğurları daha böyük olmuşdur. 8 çəki dərəcəsindən beşində gənclik şəhərinin güləşçiləri döşəyi məğlubiyyətsiz tərk etdilər.


Uğurlar qiymətləndirilir

15.04.08 - 13:06634 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarına əsasən 2007-2008-ci tədris ilində təhsilin keyfiyyətini yaxşılaşdırmaq və stimullaşdırmaq məqsədi ilə "Ən yaxşı məktəbəqədər müəssisə" nominasiyası üzrə Gəncədə müsabiqə keçirilmişdir.


Fransada liman işçilərinin tətili

07.04.08 - 12:05584 baxılıb

Həmkarlar ittifaqının nümayəndələri avadanlığın və işçi heyətinin xüsusi mülkiyyətə keçməsinin əleyhinədir

Çərşənbə günü Fransada liman işçiləri avadanlıqların və işçi heyətinin şəxsi mülkiyyətə keçməsini özündə əks etdirən yeni islahatlara qarşı çıxmışlar. Bununla əlaqədar, onlar 24 saatlıq tətil elan etmişlər. Aksiya Ümumi Əmək Federasiyası və Milli Liman Federasiyasının təşəbbüsü ilə baş tutmuşdur.


Bahar bayramı əlil uşaqların gözü ilə

03.04.08 - 11:56533 baxılıb

İki ay davam edən "Novruz-2008" müsabiqəsinə yekun vuruldu. "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyinin təşəbbüsü və AHİK-in, Təhsil Nazirliyinin bir sıra ictimai qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə baş tutmuş bu layihədə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən Şəki, Qəbələ, İsmayıllı rayonlarından əqli və fiziki cəhətdən zəif, xüsusi qayğıya ehtiyacı olan 2500-ə qədər uşağın 3000-dən artıq rəsm əsəri, gil, plastilin, kağız və müxtəlif materiallardan hazırladığı eksponat nəzərdən keçirildi.


Şahin İmranov "Çin səddi"ni aşdı

10.03.08 - 17:43610 baxılıb

Ötən həftəsonu İtaliyanın Peşkara şəhərində "Pekin-2008"-ə lisenziya verən boks üzrə Avropa Təsnifat Turniri başa çatıb. Boksçularımız üçün əhəmiyyət kəsb edən yarışda millimizdən yalnız bir idmançı sevinə bilib. "Zenit" İdman Cəmiyyətinin yetirməsi olan Şahin İmranov (57 kq.) 2-ci yeri tutub. Bununla da ona verilmiş lisenziyanı təsdiqləyərək, "Çin səddini aşmağa" imkan tapıb.


"Zenit" zenitliyini sübut etdi

10.03.08 - 17:42585 baxılıb

Ötən saylarımızda xəbər vermişdik ki, 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə "Zenit" İdman Cəmiyyətinin açıq birinciliyi keçirilmişdir. Bu yarışma fevralın 29-da start götürmüş, martın 1-də başa çatmışdır. 4 komandanın iştirakı ilə keçirilən turnirdə 67 idmançı gücünü sınayıb.


İdmanın kütləviliyinə diqqət artır

10.03.08 - 17:42568 baxılıb

Fevralın 22-dən 24-dək Bakı şəhərində "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının yeniyetmələr arasında sərbəst güləş üzrə birinciliyi keçirilmişdir.


İlk qalib məlum oldu

03.03.08 - 15:32584 baxılıb

Fevralın 25-dən 29-dək İtaliyanın Peşkara şəhərində "Pekin-2008"-ə lisenziya verən boks üzrə Avropa Təsnifat Turniri keçirilmişdir.


"Euronews"lə müqavilə imzalandı

03.03.08 - 15:31544 baxılıb

Üç dildə turizm potensialını əks etdirən
reklam nümayiş olunacaq


Fevralın 14-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "Euronews" kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən Azərbaycanın turizm potensialını əks etdirən üç dildə reklam çarxı mart ayından etibarən yayımlanmağa başlayacaq.


Sağalmayan yara

03.03.08 - 15:30467 baxılıb

Fevralın 25-də "Kənd-Qida İş" Hİ Federasiyasında XX əsrin ən böyük terroru - Xocalı faciəsi qeyd edildi.


İşə məsuliyyətləri artırıldı

03.03.08 - 15:30538 baxılıb

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti növbəti iclasında "ADDY "Lokomotiv" İstehsalat Birliyinin müəssisələrində Əmək Məcəlləsinin tələblərinə, əməkhaqqı və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olunması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə Birliyin rəhbərliyi ilə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında" məsələ müzakirə etmişdir.


Fərqlənənlər mükafat aldılar

03.03.08 - 15:29548 baxılıb

Dəmiryolçuların Müstəqil HİRK-i uzun illərdir ki, "Firudin Ağayev adına", "Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi" və "İlin ən yaxşı müəssisəsi" devizləri altında baxış-müsabiqələr keçirir. Ötən ildən bu bəhsləşməyə daha bir yarış forması-"İlin qabaqcıl həmkarlar işçisi" də əlavə olunmuşdur.


"Zenit"çilər qaliblər sırasında

25.02.08 - 12:23572 baxılıb

Fevralın ikinci ongünlüyündə gənclər arasında keçirilmiş Azərbaycan (boks) və Bakı (sərbəst güləş) birinciliklərində "Zenit" İdman Cəmiyyətinin yetirmələri uğurla çıxış etmişlər.


ŞƏRƏF SÜFRƏSİ

25.02.08 - 12:22623 baxılıb

Qaziləri hörmətli olan ölkə basılmaz

"Təbəssüm" şadlıq sarayında mənə bir qədər qeyri-adi təsir bağışlayan cəhət tədbirə çağırılmış insanların bir-biri ilə köhnə tanışlar kimi görüşüb hal-əhval tutması idi. Axı sayı təxminən 300 nəfər olan qonaq hamısı Bakı Elektrik Şəbəkədə çalışsa da, müxtəlif ərazilərdə işləyir. Bir-birilərilə heç on ildə bir dəfə qarşılaşmalarına səbəb də yoxdur. Məclis başlanandan xeyli sonra mənə bu mehribançılığın səbəbi aydın oldu. Bu barədə bir qədər sonra.


60 yaşlı cavan

18.02.08 - 16:02558 baxılıb

Bir neçə gün öncə Səfər müəllimin 60 yaşının tamam olduğunu eşidəndə xeyli təəccübləndim. Açığı mən onu çoxdan tanısam da, elə bilirdim hələ 5-ci onluğu xırdalayıb qurtarmayıb. Görünür, onun zahirən belə cavan, gümrah qalması daxilən nikbin, xoşniyyətli adam olmasından irəli gəlir. Məhz qəlbinin saflığındandır ki, həyatın sərt döngələri onu sındırmağı, qocaltmağı bacarmayıb. Səfərov Səfər İsrafil oğlu 1948-ci il yanvarın 19-da Qərbi Azərbaycanın Vedi bölgəsində anadan olub. İtirilmiş Yurd yeri acısını yaşayıb. Rusiyanın Stavropol şəhərində Politexnik İnstitutunu bitirib. Tikinti sahəsində zəngin təcrübəsi var.


< 1 2 3 4 5 ... 8 9 10 9 10 11 12 13 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.