Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

"Zenit"çilərin uğurlu çıxışları

10.02.08 - 16:19554 baxılıb

Fevralın 1-dən 3-dək Bakıda gənclər arasında (1988-1991-ci illər) sərbəst güləş üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Bu birincilikdə "Zenit" İdman Cəmiyyətinin yetirmələri də layiqincə iştirak etmişlər.


İş günü hesab edilməyən istirahət günləri

05.02.08 - 15:54797 baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Əmək Məcəlləsinə, Seçki Məcəlləsinə və Nazirlər Kabinetinin "2008-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 7 dekabr 2007-ci il tarixli, 198 nömrəli qərarına əsasən, 2008-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:


Avropa çempionatına vəsiqə qazanmışdır

25.01.08 - 19:18794 baxılıb

Bu yaxınlarda sərbəst güləş üzrə keçirilən respublika çempionatında "Məhsul" İdman Cəmiyyətinin İmişli Rayon Şurasının yetirməsi Emin Əzizov 66 kq. çəki dərəcəsində çempionatın qalibi olmuş və Avropa birinciliyinə vəsiqə qazanmışdır.


Beynəlxalq yarışlara hazırlaşır

25.01.08 - 19:17622 baxılıb

Kişilər arasında Bakıda keçirilən boks üzrə Azərbaycan çempionatında "Zenit" İdman Cəmiyyətinin legioner üzvü Aşba David 91 kq-dan yuxarı çəki dərəcəsində birinci yeri tutmuşdur.


Federasiya yeni tövsiyələr təsdiq etmişdir

25.01.08 - 19:16644 baxılıb

Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının İcraiyyə Komitəsi xidmətində olan sahə müəssisələrində 2008-2010-cu illər üçün kollektiv müqavilələrin hazırlanması və bağlanmasında HİK-lərə kömək məqsədi ilə tövsiyələr qəbul etmişdir.


Yaşın nə fərqi var ki...

25.01.08 - 19:16515 baxılıb

"Həmkarlar işi elə mənim boyuma biçilibmiş"

Haqqında söz düşəndə onu yaxından tanıyanlar deyirlər: "gözəl insandır." İşgüzarlığı ilə maraqlansan müdiriyyət iftixarla bildirəcək: "əla işçidir." Etiraf edək ki, eyni zamanda həm gözəl insan, həm də əla işçi kimi tanınmaq səadəti hər kəsə qismət olmur. Amma Böyükkişi Süleymanov bu iki xüsusiyyəti özündə birləşdirib. Yaxşılıq soy-kökündən, ailə tərbiyəsindən gəlib.


XƏSTƏXANALAR PULSUZ İŞLƏYƏCƏK

19.01.08 - 10:47726 baxılıb

SƏHİYYƏ NAZİRLİYİ TİBB MÜƏSSİSƏLƏRİNDƏ PULLU XİDMƏTİ LƏĞV EDİB

Səhiyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən müalicə- profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidməti ləğv edib. Nazir Oqtay Şirəliyevin dünən imzaladığı əmrə əsasən, Səhiyyə Nazirliynin strukturuna daxil olan bütün tibb müəssisələrində əhaliyə göstərilən səhiyyə xidmətləri pulsuz olacaq.


“VƏTƏN GÖZDÜR..."

19.01.08 - 10:46852 baxılıb

Güclü ordu quruculuğuna öz töhfəsini vermək ölkənin hər bir vətəndaşının müqəddəs borcudur.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Dəvəçi Rayon Komitəsi də bu şərəfli işdə öz səy və bacarığını əsirgəmir. Bu günlərdə rayon komitəsinin bir qrup fəal üzvü "N" saylı sərhəd zastavasının qonağı olmuşdur.


AVROPA ÇEMPİONATINA VƏSİQƏ QAZANDI

19.01.08 - 10:44550 baxılıb

AVROPA ÇEMPİONATINA VƏSİQƏ QAZANDI

Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İsayevin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir başa çatmışdır.
Azərbaycandan, yeddi xarici dövlətdən 300 nəfərə qədər pəhləvanın qatıldığı yarışda "Zenit" İdman Cəmiyyətinin yetirməsi Əlisa Abbasov 42 kq. çəki dərəcəsində birinci yeri tutmuşdur.


"NƏ? HARADA? NƏ ZAMAN?"

12.01.08 - 9:05597 baxılıb

İNTELLEKTUAL YARIŞMASI YEKUNLAŞDI

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarı əsasında ali məktəb tələbələri arasında "Nə? Harada? Nə zaman?" devizi ilə keçirilmiş intellektual yarışın final mərhələsi olmuşdur.


BAYRAM SÜFRƏSİ AÇILMIŞDIR

12.01.08 - 9:04511 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gədəbəy Rayon Komitəsi sərhədlərimizin keşiyində dayanmış əsgərlərimizə baş çəkmiş, onlar ərzaq sovqatı aparmışdır.


SEMİNAR-MÜŞAVİRƏ GENDER BƏRABƏRLİYİNƏ HƏSR EDİLMİŞDİ

12.01.08 - 9:03427 baxılıb

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Əmək və Sosial Münasibətlər Akademiyasında gender bərabərliyi komissiyaları üçün seminar-müşavirə keçirmişdir.
Tədbirə RK-nın şəhər komitələrinin gender bərabərliyi komissiyalarının sədrləri və fəal üzvləri qatılmışlar.


ƏLAQƏLİ İŞ - SƏMƏRƏLİ NƏTİCƏ

12.01.08 - 9:01491 baxılıb

Nəsimi rayonunun təhsil sahəsi üzrə ilk həmkarlar ittifaqı təşkilatları öz üzvlərinin sosial müdafiəsi yönümündə çox işlər görür. Kifayət qədər imicə malikdir. Bu, əsasən rayon komitəsinin fəaliyyətində ilk təşkilatlarla birbaşa əlaqələrə üstünlük verməsi nəticəsində mümkün olur.
Rayon komitəsi ilk təşkilatların sədrləri və müəssisə rəhbərləri üçün vaxtaşırı seminar-müşavirələr təşkil edir. Əməyin mühafizəsinə, təhlükəsizlik texnikası tələblərinə riayət edilməsinin gedişinə baxış-müsabiqələr keçirir.


"XƏZƏR-LƏNKƏRAN" İLK GÖRÜŞÜNÜ LİTVA ÇEMPİONU İLƏ KEÇİRƏCƏKDİR

12.01.08 - 9:00615 baxılıb

"Xəzər-Lənkəran" futbol klubunun MDB və Baltikyanı ölkələrin çempionlarının Moskvada keçiriləcək "Birlik kuboku" turnirində ilk görüşü yanvarın 19-da Litvanın "Kaunas" klubu ilə olacaqdır.


BAYRAM SÜFRƏLƏRİ ÜÇÜN

29.12.07 - 9:06703 baxılıb

Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyəti və İdarənin Həmkarlar İttifaqı Komitəsi uzun illərdir Kəlbəcər, Şuşa, Ağdam, Laçın... rayonlarından qaçqın düşmüş, Qax şəhərində məskunlaşmış 272 ailəyə hamilik edir.
HİK sədri Sərhəd Qasımov demişdir ki, ildə ən azı 2-3 dəfə qaçqın soydaşlarımıza baş çəkir, onlara ərzaq sovqatı aparırıq.


ƏSGƏRLƏRƏ BAYRAM HƏDİYYƏSİ

29.12.07 - 9:01592 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi ənənəsinə sadiq qalaraq bu il də müqəddəs Qurban bayramını xeyirxah tədbirlərlə qeyd etmişdir. Komitə rayon ərazisində yerləşən "N" saylı hərbi hissənin əsgər və zabitlərinə Qurban hədiyyələri aparmışdır.


AKADEMİYADA TƏDBİR KEÇİRİLDİ

29.12.07 - 9:00678 baxılıb

Dekabrın 27-də Azərbaycan Sosial Münasibətlər Akademiyasında AHİK-in III qurultayı qarşısında Tələbə Elmi Cəmiyyətinin "Əmək bazarı və Azərbaycanda sosial-iqtisadi inkişafın əsas istiqamətləri" mövzusunda konfrans keçirildi. Tədbiri giriş sözü ilə Akademiyanın rektoru, sosiologiya elmləri namizədi Hüseyn Qaraşov açdı.


ULU ÖNDƏR ANILDI

15.12.07 - 9:04589 baxılıb

Dekabrın 9-10-da sərbəst güləş üzrə kodetlər (kiçikyaşlılar) arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zenit" İdman Cəmiyyətinin birinciliyi keçirilmişdir.


KEÇMİŞSİZ GƏLƏCƏK YOXDUR

15.12.07 - 9:01659 baxılıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların və respublika həmkarlar ittifaqı hərəkatı veteranlarının görüşü olmuşdur. Görüşü giriş sözü ilə açan Akademiyanın rektoru, sosioloji elmlər namizədi, dosent Hüseyn Qaraşov belə tədbirlərin gənclərimizin vətənə, peşəyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etmişdir.


“LİDER QADIN KİMDİR?”

15.12.07 - 9:00573 baxılıb

Bu günlərdə TİAHİ Salyan rayon komitəsində "Gender bərabərliyi və qadın problemləri"nə həsr olunmuş "Lider qadın kimdir?" mövzusunda dəyirmi masa keçirilmişdir.


< 1 2 3 4 5 ... 9 10 9 10 11 12 13 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.