Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Qağayı"da keçən günlər

03.08.11 - 12:54198 baxılıb


Xoş və mənalı gəzintilər

03.08.11 - 12:53145 baxılıb

"Yayın sonlarına qədər respublikamızın dilbər guşələrinə qısamüddətli səfərlər nəzərdə tutmuşuq. Yeri gəlmişkən deyim ki, belə səfərləri artıq ənənəyə çevirmişik", - deyə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul işçisi Arifə Zülfüqarova bildirdi.
Sonra dedi ki, hər il yay mövsümündə AHİK-in turizm mərkəzlərinə yüzlərlə yollayışlar paylayırıq. Təbii ki, bunlar çoxsaylı üzvlərimizin tələbatını tam ödəmir.


Bakıda 60-dan çox qəsəbə yenidən qurulacaq

18.07.11 - 13:44145 baxılıb

Şahin Mustafayev: "20 milyon kvadratmetrə yaxın qəsəbədaxili yolların tikintisi aparılacaq"

"2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" ilə bağlı tədbirlər planı hazırlanıb. Burada proqramda qarşıya qoyulan məsələlərin hər birinin yerinə yetirilməsinin konkret mexanizmləri, yolları öz əksini tapıb. İqtisadi inkişaf naziri Şahin Mustafayevin bildirdiyinə görə, tədbirlər planında yerinə yetirilməsi nəzərdə tutulan bütün işlər, layihələrin və tikinti obyektlərinin başlanması, onların tamamlanması və digər məsələlər tam təfərrüatı ilə göstərilib.


Azərbaycan IX Beynəlxalq Xalq Aşıqları Bayramında təmsil olunub

04.07.11 - 12:42164 baxılıb


Bakıətrafı qəsəbələrdə ilan və zəhərli hörümçək sancması halları artıb

04.07.11 - 12:40250 baxılıb

Azər Maqsudov: "İlan sancması ilə zəhərlənənlər bir sutka ərzində həkimə müraciət etməlidir"

Bu il ilan sancması nəticəsində zəhərlənənlərin sayı bir qədər artıb. İlin əvvəlindən indiyədək ilan sancmalarla bağlı iki ölüm faktı da qeydə alınıb. Hətta bu il respublikada zəhərli hörümçəklərin sancması halları da müşahidə olunub ki, bu da ilan sancmasından heç də az təhlükəli deyil. Maraqlıdır, bu hallara daha çox respublikanın hansı ərazilərində rast gəlinir və ilan sancması zamanı ilkin yardım nədən ibarət olmalıdır?


Yay istisi yerin altına da çatıb

24.06.11 - 16:58185 baxılıb

Nəzakət Tanrıverdiyeva: "Vaqonlarda nə vaxt kondisioner quraşdırılacağı hələ bilinmir"

Yay mövsümü başlayandan bəri, xüsusən səhər və axşam saatlarında Bakı Metropoliteninin vaqonlarında nəfəs almaq mümkün deyil. Bir müddət əvvəl metropolitenin texniki-istehsal şöbəsinin müdiri Fuad Tağızadə vaqonlara kondisioner qoyulacağını açıqlamışdı. Maraqlıdır, bu işlərə nə zaman başlanılacaq və heç olmasa bu yay sərnişinlər metro vaqonlarında kondisioner görə biləcəklərmi?


“Mahur"un mahir ifaçıları

20.05.11 - 19:05338 baxılıb

Nə qədər çətin olsa da, bəlkə çoxlarına təəccüblü gəlsə də, televiziyanın, internetin və sairə informasiya texnologiyalarının, əyləncə mərkəzlərinin gündəlik həyatımıza hakim kəsildiyi bir vaxtda Balaxanı qəsəbəsindəki Adil İsgəndərov adına Mədəniyyət Sarayı insanları özünə cəlb etməyi bacarır. Əslində burada elə təəccüblü bir sirr də axtarmaq düzgün olmazdı. Səbəb odur ki, Dövlət Neft Şirkətinin Mədəniyyət və İstirahət İşləri Departamentinin balansında olan bu kollektivdə işini sevən, yenilik hissi ilə yaşayan peşəkar toplaşıb.


Taxıl ehtiyatımız çox olduğundan çörəyin qiyməti qalxmayacaq

13.05.11 - 16:44236 baxılıb

Dünya bazarlarında taxılın və unun qiymətinin qalxması çörəyin də qiymət və çəkisinin sabit qalmaması ilə nəticələnib.

Amma bu təsir qiymətdən çox çəki və keyfiyyətdə özünü göstərir. Dünya bazarında taxıl bahalaşdıqca, çörəyin qiymətini sabit saxlamaq üçün çəkisində qram-qram azalma müşahidə olunur. Ucuzlaşanda da oxşar vəziyyət yaranır. Çörəyin qiyməti 5 qəpik düşəndə, çəkisi təxminən 100 qram azalır.


Rəqs günü qeyd edildi

29.04.11 - 17:36205 baxılıb

Dünən H.Z.Tağıyev adına Toxuculuq Kombinatının klubu daha bir bayram gününün çal-çağırına şahidlik etdi.

Onlarla insan bu ünvana Beynəlxalq Rəqs Gününü qeyd etməyə yığışmışdı. Rəqs gününün məhz burada keçirilməsi təsadüfi deyildi. Klubda incəsənətin bu növü üzrə güclü tədris potensialı var.
Peşəkar rəqqas olmaq həvəsinə düşən yeniyetmələrin arzularına rəğmən mədəniyyət ocağında 3 rəqs dərnəyi yaradılmışdır. Hər üçünə də bir-birindən istedadlı oğlan və qızlar toplaşıb. Artıq "Aliyə" (rəhbəri A.Zeynalova), "Züleyxa" (rəhbəri Z.Atamoğlanova) və "Azəri-Qafqaz" (rəhbəri V.Həsənli) kollektivləri öz ətrafına çoxsaylı pərəstişkar toplaya bilib. Gənc rəqs həvəskarlarnı bütün konsertlərdə sevinclə qarşılayır, alqışlarla yola salırlar.


Azərbaycan turizminin 75 yaşı tamam olur

22.04.11 - 16:12197 baxılıb

Mayın 11-də Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının yaranmasının 75-ci ildönümü tamam olur.

Oxucularımıza təqdim etdiyimiz aşağıdakı yazıda bu qurumun tarixinə yığcam ekskurs edilir.


Diqqətdən kənar qalan olmadı

01.04.11 - 15:29215 baxılıb

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə martn 15-dən 20-dək Bakının Ramana qəsəbəsində yerləşən Gənc Əlillərin Əmək və İstirahət Evinin (GƏƏİE) kontingenti arasında Novruz bayramına həsr edilmiş stolüstü idman növləri üzrə yarışlar keçirilmişdir. 5 idman növü üzrə (şahmat, nərd, dama, gücsınama və darts) keçirilən yarışlarda 60 əlil iştirak etmişdir. I, II, III yerləri tutan iştirakçılar təşkilatçı qurumların Fəxri fərmanları və müvafiq olaraq 40, 35 və 30 manat məbləğində pulla mükafatlandırılmışlar.


Bayram ərəfəsində möhtəşəm konsert

11.03.11 - 18:02465 baxılıb

Tələbə Həmkarlar İttifaqı Komitəsi Beynəlxalq Qadınlar Günü ərəfəsində möhtəşəm konsert tədbiri təşkil edib.

Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onların cəmiyyətdəki rolundan danışıb.
Deyib ki, xanımların ölkəmizin ictimai-siyasi həyatında çəkisi gündən-günə artır. Çıxış edən digər natiqlər də qadınlarımız barədə xoş sözlər söyləyiblər.


Xatirə turniri

25.02.11 - 15:51237 baxılıb

"Bu gün siz çox müqəddəs bir amal uğrunda həyatından keçmiş insanın xatirəsinə həsr olunmuş yarışa toplaşmısınız. İdmanın mətinləşdiyi mübariz ruh bəxş etdiyi bu insan həm tatami üzərində, həm də döyüş meydanında əsl qəhrəmanlıqlar göstərirdi. İnanıram ki, siz onun həyat yolunu özünüz üçün örnək seçəcəksiniz. Onun kimi vətənimizin bayrağını, adını hər yerdə ucalardan ucaya qaldıracaqsınız".


Tədbirlər planı hazırlanmışdır

25.02.11 - 15:51351 baxılıb


Şair ömrü tükənən deyil

18.02.11 - 15:39396 baxılıb


İlin sonunadək 200-300 ədəd iri və ortatutumlu avtobus gətiriləcək

18.02.11 - 15:38233 baxılıb

Paytaxtın nəqliyyat sistemində qayda-qanun yaradılması istiqamətində görülən tədbirlərə baxmayaraq, vəziyyət hələ də ürəkaçan deyil.

Respublikamıza iritutumlu avtobusların və taksilərin gətirilməsi yekunlaşmayıb. Bu il ərzində nəqliyyatın intellektual idarəetmə sisteminin işə salınması gözlənilsə də, avtobus dayanacaqlarının quraşdırılması başa çatmayıb.
Həmçinin şəhərin bir çox yerlərində dayanacaqlar yaşayış binalarının qarşısında quraşdırıldığından sakinlərin narazılığına səbəb olub.


Yekun konfrans keçirildi

11.02.11 - 17:26304 baxılıb


Bəzi ağaclar təhlükə mənbəyinə çevrilib

11.02.11 - 15:55320 baxılıb

Azər Aslanov: "Bakı Şəhər Yaşıllaşdırma İdarəsi öz vəzifəsini elə icra etməlidir ki, bu vəziyyət yaranmasın"

Nizami rayonunda ağac aşması nəticəsində baş verən faciədən qısa müddət sonra eyni vəziyyət paytaxtın digər rayonlarında da təkrarlanıb. Belə ki, Yasamal və Səbayel rayonlarında ağaclar minik avtomobillərinin üstünə aşıb. Nəticədə həmin avtomobillər yararsız vəziyyətə düşüb. Yasamal rayonunda ağacın aşması nəticəsində yaşayış binasının bəzi mənzillərinin şüşələri də sınıb.


Peyk antenalarının yığışdırılması birmənalı qarşılanmır

04.02.11 - 14:10187 baxılıb

Rəşid Hacılı: "Bu, insanların mülkiyyət hüququnun və alternativ informasiya əldə etmək hüququnun pozuntusu olardı"

Əflatun Şərifov: "Nazirlik əhaliyə el ə kömək edəcək ki, heç kim ən keyfiyyətli peyk kanalına baxmaq üçün əlavə vəsait xərcləməyəcək"


Deyəsən yaxın vaxtlarda paytaxdakı yaşayış binalarının qarşısında, binaların damında yan-yana düzülən onlarla peyk antenasını görməyəcəyik. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirirlər ki, eyvanlara, damlara asılan çanaq antenaları şəhərlərin arxitekturasına xələl gətirməklə yanaşı, binaların damındakı bacalara və digər kommunal sistemlərə maneə yaradır.


Gənclərə qayğı əsas vəzifədir

28.01.11 - 15:21198 baxılıb

Azərbaycan həmkarlar ittifaqları öz fəaliyyətində əsas istiqamətlərdən biri olaraq gənclərlə aparılan işi mühüm hesab edir.

AHİK bütün üzv təşkilatları ilə birgə gənclər siyasətinin düzgün həyata keçirilməsinə səy göstərir. Həmkarlar ittifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.
Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilmişdir.


< 1 2 3 4 5 ... 9 10 11 12 13 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.