Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

İşə məsuliyyətləri artırıldı

03.03.08 - 15:30594 baxılıb

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti növbəti iclasında "ADDY "Lokomotiv" İstehsalat Birliyinin müəssisələrində Əmək Məcəlləsinin tələblərinə, əməkhaqqı və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olunması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə Birliyin rəhbərliyi ilə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında" məsələ müzakirə etmişdir.


Fərqlənənlər mükafat aldılar

03.03.08 - 15:29607 baxılıb

Dəmiryolçuların Müstəqil HİRK-i uzun illərdir ki, "Firudin Ağayev adına", "Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi" və "İlin ən yaxşı müəssisəsi" devizləri altında baxış-müsabiqələr keçirir. Ötən ildən bu bəhsləşməyə daha bir yarış forması-"İlin qabaqcıl həmkarlar işçisi" də əlavə olunmuşdur.


"Zenit"çilər qaliblər sırasında

25.02.08 - 12:23616 baxılıb

Fevralın ikinci ongünlüyündə gənclər arasında keçirilmiş Azərbaycan (boks) və Bakı (sərbəst güləş) birinciliklərində "Zenit" İdman Cəmiyyətinin yetirmələri uğurla çıxış etmişlər.


ŞƏRƏF SÜFRƏSİ

25.02.08 - 12:22675 baxılıb

Qaziləri hörmətli olan ölkə basılmaz

"Təbəssüm" şadlıq sarayında mənə bir qədər qeyri-adi təsir bağışlayan cəhət tədbirə çağırılmış insanların bir-biri ilə köhnə tanışlar kimi görüşüb hal-əhval tutması idi. Axı sayı təxminən 300 nəfər olan qonaq hamısı Bakı Elektrik Şəbəkədə çalışsa da, müxtəlif ərazilərdə işləyir. Bir-birilərilə heç on ildə bir dəfə qarşılaşmalarına səbəb də yoxdur. Məclis başlanandan xeyli sonra mənə bu mehribançılığın səbəbi aydın oldu. Bu barədə bir qədər sonra.


60 yaşlı cavan

18.02.08 - 16:02601 baxılıb

Bir neçə gün öncə Səfər müəllimin 60 yaşının tamam olduğunu eşidəndə xeyli təəccübləndim. Açığı mən onu çoxdan tanısam da, elə bilirdim hələ 5-ci onluğu xırdalayıb qurtarmayıb. Görünür, onun zahirən belə cavan, gümrah qalması daxilən nikbin, xoşniyyətli adam olmasından irəli gəlir. Məhz qəlbinin saflığındandır ki, həyatın sərt döngələri onu sındırmağı, qocaltmağı bacarmayıb. Səfərov Səfər İsrafil oğlu 1948-ci il yanvarın 19-da Qərbi Azərbaycanın Vedi bölgəsində anadan olub. İtirilmiş Yurd yeri acısını yaşayıb. Rusiyanın Stavropol şəhərində Politexnik İnstitutunu bitirib. Tikinti sahəsində zəngin təcrübəsi var.


"Zenit"çilərin uğurlu çıxışları

10.02.08 - 16:19622 baxılıb

Fevralın 1-dən 3-dək Bakıda gənclər arasında (1988-1991-ci illər) sərbəst güləş üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Bu birincilikdə "Zenit" İdman Cəmiyyətinin yetirmələri də layiqincə iştirak etmişlər.


İş günü hesab edilməyən istirahət günləri

05.02.08 - 15:54834 baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Əmək Məcəlləsinə, Seçki Məcəlləsinə və Nazirlər Kabinetinin "2008-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 7 dekabr 2007-ci il tarixli, 198 nömrəli qərarına əsasən, 2008-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:


Avropa çempionatına vəsiqə qazanmışdır

25.01.08 - 19:18847 baxılıb

Bu yaxınlarda sərbəst güləş üzrə keçirilən respublika çempionatında "Məhsul" İdman Cəmiyyətinin İmişli Rayon Şurasının yetirməsi Emin Əzizov 66 kq. çəki dərəcəsində çempionatın qalibi olmuş və Avropa birinciliyinə vəsiqə qazanmışdır.


Beynəlxalq yarışlara hazırlaşır

25.01.08 - 19:17648 baxılıb

Kişilər arasında Bakıda keçirilən boks üzrə Azərbaycan çempionatında "Zenit" İdman Cəmiyyətinin legioner üzvü Aşba David 91 kq-dan yuxarı çəki dərəcəsində birinci yeri tutmuşdur.


Federasiya yeni tövsiyələr təsdiq etmişdir

25.01.08 - 19:16691 baxılıb

Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının İcraiyyə Komitəsi xidmətində olan sahə müəssisələrində 2008-2010-cu illər üçün kollektiv müqavilələrin hazırlanması və bağlanmasında HİK-lərə kömək məqsədi ilə tövsiyələr qəbul etmişdir.


Yaşın nə fərqi var ki...

25.01.08 - 19:16540 baxılıb

"Həmkarlar işi elə mənim boyuma biçilibmiş"

Haqqında söz düşəndə onu yaxından tanıyanlar deyirlər: "gözəl insandır." İşgüzarlığı ilə maraqlansan müdiriyyət iftixarla bildirəcək: "əla işçidir." Etiraf edək ki, eyni zamanda həm gözəl insan, həm də əla işçi kimi tanınmaq səadəti hər kəsə qismət olmur. Amma Böyükkişi Süleymanov bu iki xüsusiyyəti özündə birləşdirib. Yaxşılıq soy-kökündən, ailə tərbiyəsindən gəlib.


XƏSTƏXANALAR PULSUZ İŞLƏYƏCƏK

19.01.08 - 10:47779 baxılıb

SƏHİYYƏ NAZİRLİYİ TİBB MÜƏSSİSƏLƏRİNDƏ PULLU XİDMƏTİ LƏĞV EDİB

Səhiyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən müalicə- profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidməti ləğv edib. Nazir Oqtay Şirəliyevin dünən imzaladığı əmrə əsasən, Səhiyyə Nazirliynin strukturuna daxil olan bütün tibb müəssisələrində əhaliyə göstərilən səhiyyə xidmətləri pulsuz olacaq.


“VƏTƏN GÖZDÜR..."

19.01.08 - 10:46913 baxılıb

Güclü ordu quruculuğuna öz töhfəsini vermək ölkənin hər bir vətəndaşının müqəddəs borcudur.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Dəvəçi Rayon Komitəsi də bu şərəfli işdə öz səy və bacarığını əsirgəmir. Bu günlərdə rayon komitəsinin bir qrup fəal üzvü "N" saylı sərhəd zastavasının qonağı olmuşdur.


AVROPA ÇEMPİONATINA VƏSİQƏ QAZANDI

19.01.08 - 10:44575 baxılıb

AVROPA ÇEMPİONATINA VƏSİQƏ QAZANDI

Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İsayevin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir başa çatmışdır.
Azərbaycandan, yeddi xarici dövlətdən 300 nəfərə qədər pəhləvanın qatıldığı yarışda "Zenit" İdman Cəmiyyətinin yetirməsi Əlisa Abbasov 42 kq. çəki dərəcəsində birinci yeri tutmuşdur.


"NƏ? HARADA? NƏ ZAMAN?"

12.01.08 - 9:05638 baxılıb

İNTELLEKTUAL YARIŞMASI YEKUNLAŞDI

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarı əsasında ali məktəb tələbələri arasında "Nə? Harada? Nə zaman?" devizi ilə keçirilmiş intellektual yarışın final mərhələsi olmuşdur.


BAYRAM SÜFRƏSİ AÇILMIŞDIR

12.01.08 - 9:04546 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gədəbəy Rayon Komitəsi sərhədlərimizin keşiyində dayanmış əsgərlərimizə baş çəkmiş, onlar ərzaq sovqatı aparmışdır.


SEMİNAR-MÜŞAVİRƏ GENDER BƏRABƏRLİYİNƏ HƏSR EDİLMİŞDİ

12.01.08 - 9:03454 baxılıb

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Əmək və Sosial Münasibətlər Akademiyasında gender bərabərliyi komissiyaları üçün seminar-müşavirə keçirmişdir.
Tədbirə RK-nın şəhər komitələrinin gender bərabərliyi komissiyalarının sədrləri və fəal üzvləri qatılmışlar.


ƏLAQƏLİ İŞ - SƏMƏRƏLİ NƏTİCƏ

12.01.08 - 9:01514 baxılıb

Nəsimi rayonunun təhsil sahəsi üzrə ilk həmkarlar ittifaqı təşkilatları öz üzvlərinin sosial müdafiəsi yönümündə çox işlər görür. Kifayət qədər imicə malikdir. Bu, əsasən rayon komitəsinin fəaliyyətində ilk təşkilatlarla birbaşa əlaqələrə üstünlük verməsi nəticəsində mümkün olur.
Rayon komitəsi ilk təşkilatların sədrləri və müəssisə rəhbərləri üçün vaxtaşırı seminar-müşavirələr təşkil edir. Əməyin mühafizəsinə, təhlükəsizlik texnikası tələblərinə riayət edilməsinin gedişinə baxış-müsabiqələr keçirir.


"XƏZƏR-LƏNKƏRAN" İLK GÖRÜŞÜNÜ LİTVA ÇEMPİONU İLƏ KEÇİRƏCƏKDİR

12.01.08 - 9:00641 baxılıb

"Xəzər-Lənkəran" futbol klubunun MDB və Baltikyanı ölkələrin çempionlarının Moskvada keçiriləcək "Birlik kuboku" turnirində ilk görüşü yanvarın 19-da Litvanın "Kaunas" klubu ilə olacaqdır.


BAYRAM SÜFRƏLƏRİ ÜÇÜN

29.12.07 - 9:06749 baxılıb

Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyəti və İdarənin Həmkarlar İttifaqı Komitəsi uzun illərdir Kəlbəcər, Şuşa, Ağdam, Laçın... rayonlarından qaçqın düşmüş, Qax şəhərində məskunlaşmış 272 ailəyə hamilik edir.
HİK sədri Sərhəd Qasımov demişdir ki, ildə ən azı 2-3 dəfə qaçqın soydaşlarımıza baş çəkir, onlara ərzaq sovqatı aparırıq.


< 1 2 3 4 5 ... 12 13 12 13 14 15 16 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.