Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Tədbiri giriş sözü ilə açan THİK-in sədri Daşqın Qənbərov 20 Yanvar faciəsinin xalqımızın şərəfli tarix səhifələrindən biri olduğunu, xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların hünərindən söz açdı.
Firudin Qurbansoy:"Bu il insanlar bir-birilərinə münasibətdə daha çox güzəştə gedəcəklər" "Azərbaycanın ərazisində də torpaq sürüşmələri, təbii fəlakətlərin olması istisna deyil"
Artıq ikinci həftədir ki, yeni təqvim ilini yaşayırıq. Həmişə ilin necə keçəcəyi ilə bağlı məlumatlar insanları daha çox maraqlandırıb. Pələng ili dünyada, o cümlədən Azərbaycanda da təbii fəlakətlər, kəskin hava şəraiti ilə yadda qaldı. Bəs görəsən, dövşan ili bizə nə vəd edir? Bununla bağlı suallarımızı tanınmış astroloq Firudin Qurbansoy cavablandırdı.
AHİK-in təşkitatçılığı ilə Azərbaycan peşəkar bəstəkarların əsərlərindən ibarət 2-ci retro musiqi festivalı bu başlıq altında start götürmüşdü.
Festivalın bir çox məqsədlərin həyata keçirilməsində yardımçı rol oynayacağına ümid edirik. Əvvəla, bu tədbir yaradıcı qurumla əməkdaşlığı möhkəmləndirəcək. Müəssisə və təşkilatlarda, təhsil ocaqlarında istedadların üzə çıxmasına kömək göstərəcək. Onlarda korifey bəstəkarların musiqi irsinə məhəbbət oyadacaq, əməkci insanların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli olacaq.
Oktyabrın 23-dən start götürən rabitə işçilərinin Respublika spartakiadası davam edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti tərəfindən keçirilən spartakiadanın proqramına daxil olan bir neçə idman növünün yekunları barədə ötən sayımızda məlumat vermişdik. İndi isə növbəti idman oyunlarının nəticələri ilə tanış olun:
Atletika (kross) yarışlarında "Aztelekom" İstehsalat Birliyi 1-ci olmuşdur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Hərbiləşdirilmiş Mühafizə İdarəsi müvafiq olaraq 2-ci, 3-cü yerləri bölüşmüşlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Opera və Balet Teatrının solisti, xalq artisti, muğam ustası Mənsum İbrahimovu 50 illiyi münasibətilə "Şöhrət" ordeni ilə təltif etməsi xəbəri bütün sənətsevərlərin ürəyindən xəbər verdi. Bu mükafat ölkə Prezidentinin Azərbaycan incəsənətinə,sənətə və sənətkara verdiyi qiymətin daha bir bariz ifadəsi idi. Ulu öndər Heydər Əliyevin xalqın mənəvi simasını müəyyən edən atributların biri kimi musiqimizi yüksək qiymətləndirməsi hamıya məlum olan həqiqətdir. Ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz bütün sahələrdə olduğu kimi, bu sahədə də ümummilli liderin yolunu davam etdirir və Azərbaycan incəsənətinin inkişafı, dünyada tanınması üçün möhtəşəm tədbirlər həyata keçirilir.
"Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyədə saxlaya bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır". Ölkə başçısı cənab İlham Əliyevin bu istəyinə qoşulan həmkarlar ittifaqları öz xidmətinə daxil olan müəssisə, idarə, təşkilat işçilərinin fiziki tərbiyəsini təmin etməkdən ötrü müntəzəm müxtəlif çeşidli tədbirlər həyata keçirir. Belə tədbirlər içərisində spartakiadalar önəmli yer tutur. Biz oktyabr ayında start götürmüş iki spartakiada barədə məlumatları oxucularımıza təqdim edirik.
Ali məktəbə qəbul imtahanlarında bəzi dəyişikliklər edilib. Artıq növbəti qəbulda riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıq tipli olacaq.
Maraqlıdır, bu dəyişiklik ali məktəbə qəbul imtahanlarında abituriyentlərə çətinlik yaratmayacaqmı və açıq tipli testlərlə biliyin qiymətləndirilməsi hansı nəticələrə səbəb ola bilər? Məsələyə münasibət bildirən ekspert Firudin Cəlilovun sözlərinə görə, test üsulunun tətbiqi müsbət hadisə olsa da, bu özünü yalnız ilk vaxtlar doğruldub: "Zaman keçdikcə testin də müəyyən fəsadları müşahidə olunur. Buna görə də yeni bir qanun hazırlanmalıdır. Ali məktəbə sənəd verənlər qəbul edilməli, amma sonradan kim oxuya bilirsə, ali məktəbdə saxlanılmalıdır. Oxuya bilməyən isə 1-ci semestrdən sonra universitetdən çıxarılmalıdır. Bununla ali məktəblərdə manipulyasiyaların qarşısını almaq olar".
Oktyabr ayının sonuncu bazar günü - oktyabrın 30-dan 31-nə keçən gecə ölkə ərazisində saatların əqrəbləri bir saat geri çəkiləcək. Bununla da ölkədə yay vaxtı bitmiş hesab olunacaq və qış vaxtına keçiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 7-də hava şəraiti günəşli keçəcək, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaqdır.
Gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaqdır. Avqustun 8-də də hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27, gündüz müsbət 37-39 dərəcə təşkil edəcəkdir. Azərbaycanın rayonlarında avqustun 7-8-də hava şəraiti günəşli keçəcək və şərq küləyi əsəcəkdir.
Azərbaycan həmkarlar ittifaqı işçilərin birbaşa əmək və sosial hüquqlarının yaxşılaşdırılmasına təsir göstərən beynəlxalq tədbirləri çox məmnuniyyətlə ənənə şəklinə salmağa çalışır. Belə tədbirlərdən biri də hər il bütün dünyada qeyd olunan 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür.
Ölkə həmkarlar ittifaqları, o cümlədən Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı həmin günü çox geniş miqyasda, rəngarəng tədbirlər həyata keçirməklə qeyd etmişdi. Lakin AHİK, onun üzv təşkilatları 28 apreli kampaniya halından çıxararaq əməyin mühafizəsini ilboyu fəaliyyətinin prioritet cəhətinə çevirdi. Beynəlxalq Əmək Təşkilatı tərəfindən təklif olunmuş "Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması" devizi altında bir-birindən təsirli tədbirlər hazırlanıb reallaşdırılır. Növbəti tədbir "Şəki-ipək" Açıq Səhmdar Cəmiyyətində baş tutub.
Bəlkə bəzi iş adamları bu şüarı əldə rəhbər tutub ölkədə tütün istehsalının azalmasına rəvac verirlər?
Azərbaycanda tütün məhsullarının istehsalı azalıb. İlk baxışda bu faktı ölkə əhalisinin zərərli vərdişdən imtinası-yəni tələbatın aşağı düşməsi kimi də izah edib sevinmək olar. Amma, təəssüf ki, məsələnin məğzində heç də müştərilərin siqaretin fəsadlarını başa düşməsi yox, müəyyən qrup əhalinin iqtisadi gəlirlərinə ziyan gətirəcək amillər durur.
Azərbaycan həmkarlar ittifaqları Dövlət Gənclər Siyasətini əsas tutaraq gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox böyük əhəmiyyət verir.
Artıq 10 ildir ki, Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyi mədəni hamiliyə götürülmüşdür. Konfederasiya burada gənc hərbiçilərin dövlət dilinə və rəmzlərinə, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Bu illər ərzində liseydə təhsil alan gənc hərbiçilər arasında mütəmadi olaraq vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir, dərs əlaçılarına, tağım və bölüklərə, müsabiqə qalibləri olan istedadlı müdavimlərə AHİK-in diplomları və qiymətli hədiyyələri, sahə həmkarlar ittifaqı komitələrinin pul mükafatları təqdim olunur.
Mayın 23-də ABŞ-ın Merilend Universitetinin doktoru Riçard Veysmillerin rəhbərlik etdiyi tələbə heyəti Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qonağı olmuşdur.
Universitet tələbələrinin səfəri "Azərbaycanda Yay Ətraf Mühiti" layihəsi çərçivəsində baş tutmuşdur. Qeyd edək ki, Azərbaycanın Xəzər Universiteti ilə Merilend Universiteti arasında mübadilə proqramı çərçivəsində həyata keçirilən bu proqram Merilend Universitetinin psixologiya fakültəsinin 4-cü kurs tələbəsi Hökümə Kərimovanın təşəbbüsü ilə yaradılaraq həyata keçirilir. İyun ayının 4-nə qədər Azərbaycanda həyata keçiriləcək "Azərbaycanda Yay Ətraf Mühiti" layihəsi adekvat olaraq azərbaycanlı tələbələr tərəfindən ABŞ-da da keçiriləcəkdir.
Artıq bir neçə gündür ki, Cənubi Afrikada liman və dəmiryolu şirkətlərinin 18 min işçisi kütləvi nümayişlərə başlayıb.
Nəqliyat işçiləri həmkarlar ittifaqının nümayəndələri bildiriblər ki, işçilər əməkhaqqının 15 faiz artacağınadək tətilləri davam etdirəcəklər. "Transnet" şirkətinin rəhbərliyi isə əməkhaqqının yalnız 11 faiz artacağını söyləyib. Məlumat üçün deyək ki, əgər tətil və nümayişlər uzun müddət davam etsə, yanacağın dəmiryolu vasitəsilə ölkəyə çatdırılmasında böyük problemlərin yaşanacağı gözlənilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.