Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Faşizm üzərindəki Qələbənin 65 illiyinə həsr edilmiş Yaradıcılıq Ongünlüyü davam edir. Budəfəki tədbir H.Z.Tağıyev adına TTSK ASC-nin klubunda təşkil olunmuşdu.
Oqtay Babayevin rəhbərlik etdiyi "Məşəl" instrumental ansamblının solistləri Zeynəb və Kəmalə Qurbanovalar, məktəbli aşıq Məhət Qazaxlı, sintezator müəllimi Elşən Babazadənin ifa etdiyi vətənpərvər mahnılar sürəkli alqışlarla qarşılandı. Klubun fəal veteranı,75 yaşlı Valentin Çapliginin ifa etdiyi "Müharibə dövrünün mahnıları" bütün veteranları kövrəltdi. Qurbanəli Mürsəlovun rəhbərlik etdiyi xalq teatrının üzvləri isə yüksək coşqunluqla "Biz qalib gəldik" kompozisiyasını nümayiş etdirdilər.
AHİK-in faşizm üzərində qələbənin 65 illiyi münasibətilə keçirdiyi yaradıcılıq dekadası davam edir. Bu günlərdə Şamaxı Təhsil İşçiləri Evi Mədəni-Maarif Texnikumunda müharibə veteranları ilə görüş keçirdi.
Tələbə və müəllim heyəti müharibə veteranlarını çay süfrəsi arxasında qarşıladılar. Dəhşətli müharibənin canlı şahidləri olan Məstalı Məmmədov, Qiyasəddin Babayev, Vəli Vəliyev, Böyükağa Hidayətov, 85 yaşlı Qədir Qədirov, hazırda Çuxuryurd kənd orta məktəbində müəllim işləyən Saday Mütəllimov cəbhə illərini xatırladılar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birlikdə bir sıra tədbirlər həyata keçirməkdədir.
Belə tədbirlərdən biri də müəllimlər arasında şahmat yarışlarıdır.Yarışların final görüşləri ümummilli liderin doğum günü paytaxtda baş tutacaq. Hələlik isə bölgələr üzrə qaliblər müəyyənləşdirilir. Artıq Daşkəsən müəllimlərini final mərhələsində təmsil edəcək nümayəndə məlumdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ATİAHİ Gəncə Şəhər Komitəsi şəhərin orta məktəblərinin müəllimləri arasında şahmat yarışı keçirdi.
Şəhər şahmat məktəbində baş tutmuş yarışın yekununa həsr edilmiş tədbiri giriş sözü ilə komitə sədri Bayram Hacıyev açdı. Bildirdi ki, yarışlarda 50-dən çox müəllim iştirak edirdi. Yüzlərlə insan onların mübarizəsini maraqla izlədi. Bu tədbir göstərdi ki, şəhərimizdə şahmata böyük maraq var. Biz bundan sonra da belə tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Yağıntılar respublika ərazisində qeyri-bərabər paylanacaq.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi aran rayonlarında isə normadan az olacağı ehtimal olunur.
Tarixçilər beynəlxalq status almış bu günün yaranmasının müxtəlif tarixi mənbələri olduğunu iddia edirlər
8 Mart Beynəlxalq Qadınlar Günü artıq uzun illərdir ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilməkdədir. Qadınlar Gününün yaranma tarixi ilə bağlı müxtəlif versiyalar var. Bəzi tarixçilər bu günü 1910-cu ildə qadınları mübarizəyə səsləyən Klara Setkinin adı ilə bağlasalar da, digər tarixi mənbələr bu bayramın hələ Qədim Roma dövründən qeyd edildiyini iddia edir. 1857-ci ildə Nyu-Yorkda tekstil sənayesinin işçiləri və tikiş fabrikinin fəhlələri iş şəraitinin dözülməz olmasına və əməkhaqqının azlığına etiraz əlaməti olaraq aksiyalara başladılar. Həmin aksiya da məhz 8 marta təsadüf etdi. Qadınlar əməkhaqlarının kişilərlə bərabər olmasını tələb edirdilər.
Fevralın 24-də "Əbədi muğam" adlı layihə çərçivəsində Bakının Şirvanşahlar Sarayında həftəlik muğam konsertlərin silsiləsinin davamı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyib.
O bildirib ki, fevralın 17-dən etibarən hər çərşənbə günü muğam konsertləri davam edəcək, silsilənin açılışı isə fevralın 24-ü xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayacaq. Bu dəfə layihə çərçivəsində Azərbaycanın gənc muğam ifaçılarının iştirakı nəzərdə tutulur.
Azər Rəsulov: “Keyfiyyətli müdafiə üçün vəkillərə ödənilən məbləğ nəzərəçarpacaq dərəcədə artırılmalı idi” Fərhad Nəcəfov: "Məbləğin artırılması dövlət hesabına işə çıxan vəkillərin işinə müsbət təsir edəcək"
Azərbaycanda vəkillik sahəsində rast gəlinən əsas problemlərdən biri kimi dövlət hesabına işə çıxan vəkillərə ödənilən vəsaitin azlığı ilə bağlı idi. Belə ki, artıq neçə illərdir dövlət hesabına hüquqi yardım göstərilməsinin bir saatına görə vəkilə təxminən 99 qəpik qonorar verilirdi. Bu günlərdə isə Nazirlər Kabineti "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərarına dəyişikliklərlə bağlı qərar qəbul edib. Yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 90 qəpikdən 2 manatadək artırılıb.
Soyad sonluqlarının milliləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Hələlik qanun qəbul edilməsə də ötən ilin iyun ayından Milli Elmlər Akademiyasının nəzdində fəaliyyətə başlayan Xüsusi Komissiya adlar və soyadların, soyad sonluqlarının dəyişdirilməsi, milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlayıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov sözügedən məsələnin uzun müddətdir ki, gündəmdə olduğunu diqqətə çatdırdı: "Elə bilirəm ki, bu dəyişiklik dövrümüzün bəlkə də ən ciddi hadisələrindən olacaq. Xüsusi Komissiyada həm adlar, həm soyadlarla bağlı tövsiyələr işlənib hazırlanıb. Tövsiyələr bir daha müzakirə olunacaq və sonra çox güman ki, yekun bir qərar qəbul ediləcək".
Bu günlərdə R. Behbudov adına Mahnı Teatrında Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK -in H.Z.Tağıyev adına Toxuculuq Kombinatının klubunda fəaliyyət göstərən "Aliyə" rəqs kollektivinin yaradılmasının 5 illiyi təntənə ilə qeyd edildi.
"Aliyə" ötən beş il ərzində bir - birindən maraqlı rəqslərə quruluş verib, tamaşaçıların qəlbini ələ alaraq özünə pərəstişkarlar qazana bilib. Gənc istedadlar çıxış etməyi çox sevirlər. Onlar klubun bütün mədəni - kütləvi tədbirlərində, AHİK - in keçirdiyi baxış - müsabiqələrdə, yaradıcılıq dekadalarında, “ANS” televiziya kanalının elan etdiyi rəqs müsabiqələrində uğurla çıxış edərək dəfələrlə diplom və Fəxri fərmanlarla təltif olunublar.
Yeni il qədim bayramlardan biri sayılır. Fərziyyələrə görə, Qədim Misirdə Yeni il Nil çayının daşması zamanı, yəni sentyabrın sonunda qeyd edilirdi. Bayram zamanı misirlilər sitayiş etdikləri bütləri qayığa qoyub Nil çayına buraxırdılar. Qayıq çayda bir müddət üzdükdən sonra bütləri götürüb məbədə qaytarırdılar. Qədim romalılar isə uzun müddət Yeni il bayramını martın əvvəli keçirirdilər. Bayram ərəfəsində ölkə əhalisi evlərini müxtəlif bəzək əşyaları ilə bəzəməklə yanaşı, bir-birinə hədiyyələr verirdilər.
Həmkarlar ittifaqlarının mədəniyyət müəssisələrində fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin iştirakı ilə Qurban Abbasov adına Mədəniyyət Sarayında "Uşaq ili"nə həsr edilmiş yekun konsert proqramı təşkil olunmuşdur.
Tədbir sarayın foyesində tərtib edilmiş sərgi ilə başlandı. Neft və Qaz Sənayesi, Dövlət İdarələri və İctimai Xidmət, Toxucu və Yüngül Sənaye işçiləri sahə təşkilatlarının rəsm və foto dərnəklərinin, Lənkəran şəhərində yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrin rəsm və foto işləri tamaşaçıların marağına səbəb oldu.
- Allah mübarək eləsin! Xoşbəxt olsunlar! Mütləq iştirak edəcəm. Sonuncu dəfə nə vaxt gördüyümü, hətta adını belə xatırlamadığım tanışımın dəvətnaməsini alıb yazı masasının daxılına qoydum. Yaxın 15-20 gün üçün 6-cı dəvətnamə idi. 2 toy eyni gündədir. Amma problem bu deyildi. Onsuz da səs-küydən toylarda çox oturmaq olmur, çatdırmaq mümkündür. Əsas məsələ başqadır. Onu necə edəsən, haradan tapasan, nədən kəsəsən?
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.