Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycanın dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının layihəsi hazırdır. Yaxın günlərdə sənəd Prezident Administrasiyasına təqdim ediləcək. Azərbaycan dəmir yollarının inkişafı ilə bağlı investisiyaların qoyuluşu davam etdiriləcək. Növbəti 5 ildə də bu istiqamətdə tədbirlər görüləcək. Beşillik proqram çərçivəsində dəmir yollarının inkişafına 1 milyard dollardan artıq investisiya qoyulacaq.
Dörd gün əvvəl ictimai televiziyada çox maraqlı bir süjet nümayiş etdirildi. İctimai Televiziya və Radio Yayımları Şirkətinin həyətində bəzədilmiş maşından bəy və gəlin paltarında iki gənc düşdü. Həyətə toplaşmış insanlar onları gül-çiçək dəstələri ilə qarşıladılar. Öpüb bağırlarına basdılar. Şirkətin Həmkarlar İttifaqı Komitəsinin sədri İsmayıl Əliyev, veteran işçilər bəy və gəlinə xeyir-dua verdilər, ünvanlarına xoş sözlər söylədilər. Sonra xoşbəxt cütlük limuzində yoluna davam etdi. Bu yol onları toy mərasimi qurulmuş şadlıq evinə apardı.
Oktyabr ayının 10-da Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibə və əmək əlilləri pansionatında olub. Pansionatda Azərbaycanın müxtəlif regionlarından olan 200-ə qədər əlil məskunlaşıb.
«Rayonumuzun təhsil işçiləri peşə bayramlarına kifayət qədər sanballı nailiyyətlərlə gəliblər». Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Fazil Sadıqov bizimlə söhbətə bu sözlərlə başladı. Dedi ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ərazisindəki «Nurvin» şadlıq sarayında görüş keçirilib. Zəngin nemətlərlə bəzədilmiş süfrə arxasında rayonumuzun yüzlərlə ən qabaqcıl müəllimi əyləşmişdi. Onlar bu dəfə də peşə bayramlarını alnıaçıq, üzüağ qarşıladılar.
RİTN-ın 20.7 milyon manat investisiya qoyuluşu həyata keçirib
Bir ildir davam edən dünya maliyyə böhranı telekommunikasiya və informasiya texnologiyaları sektorundan da yan keçməyib. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bir sıra antikrizis tədbirlər həyata keçirilməkdədir. Respublikamızda sektorun inkişafı üçün yaradılmış bazis onun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin edib. Bu sahədə ətraflı məlumat almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevə müraciət etdik. Şöbə müdiri 2009-cu ilin I yarımilliyində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 495,5 milyon manat olduğunu bildirdi:
Bazarda rəqabət şəraiti yaxşılaşdıqca, bu proseslər qiymətə də təsir etməlidir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən təxminən 2,5 dəfə aşağı salınması barədə qərar çıxarıb. Bununla yanaşı, ölkənin aparıcı internet provayderi olan "Delta Telecom" şirkəti sentyabrın 1-dən oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirilməsinə dair qərar qəbul edib.
Arzu Mustafayev: "Onlar seçilərkən antropogen təsirə az məruz qalmaları, böyüklüyü və turizm üçün cəlbediciliyi nəzərə alınıb"
Dünyada mövcud olan 800-ə qədər palçıq vulkanından təxminən 350-si Azərbaycandadır. Azərbaycanda olan palçıq vulkanları ölkənin 16 min kvadratkilometr ərazisinə səpələnib. Hazırda bəzi palçıq vulkanları olan ərazilərə az da olsa turist turları təşkil edilir. Təbiətin bu mənzərəsini qorumaq üçün palçıq vulkanlarının ətrafında mühafizə zonası tikiləcək.
Bu ilin orta məktəb məzunlarının imtahan nəticələri çox aşağı oldu. Az qala 20 minə yaxın 11-ci sinif şagirdinin mərkəzləşdirilmiş qaydada keçirilən imtahandan kəsilməsi bu faktı bir daha təsdiqlədi. Digər tərəfdən, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlər də aşağı göstərici nümayiş etdirdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilkin açıqlamasına görə, bu il abituriyentlərin 31 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300 bal, 21,2 faizi 300-500 bal, cəmi 6,4 faizi isə 500-700 bal arasında nəticə göstərib. Nəticə, təbii ki, qənaətbəxş deyil. Səbəb nədir? Nə üçün Azərbaycan inkişaf etdiyi halda, onun təhsil sistemi daha da geriləyir?
Sadiq Gözəlov: "Onların arasında azyaşlı uşaqlara da, ruhi xəstələrə də, ailəsində müəyyən problemlər olan şəxslərə də rast gəlinib"
Son vaxtlar paytaxtın müxtəlif ərazilərinə partlayıcı qurğu qoyulması barədə hüquq-mühafizə orqanlarına daxil olan anonim zənglərin sayı artıb. Metro stansiyalarına, əhalinin sıx olduğu ərazilərə bomba qoyulması barədə polisə anonim zəng edənlər cəzalandırılır. Hətta telefon terrorçuluğunda ittiham olunan şəxslər məhkəmə qarşısında da cavab verməli olub. Görülən bu tədbirlərə baxmayaraq, anonim zənglər azalmır.
Bir neçə həftəlik məhdudiyyətə səbəb aparılan təmir işləridir
İçərişəhərdə bir neçə həftə ərzində avtomobillərin hərəkəti dayandırılıb. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb ərazidə aparılan təmir-bərpa işləridir. Belə ki, hazırda Yunanıstan səfirliyindən Qoşa Qala qapılarına qədər Kiçik Qala küçəsində daş döşəmə işləri aparılır. Qeyd edək ki, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib. İçərişəhərin tarixi görkəminə xələl gətirmədən görülən işlər burada yerləşən qədim tikili və mədəniyyət obyektlərinin əhəmiyyətini daha da artırır.
Azərbaycan təbii sərvətlər, müalicəvi suları ilə çox zəngin bir ölkədir. Bu məmləkətin müalicəvi şəfa sularından biri də Masallı şəhərindən 13 km. aralıda Viləş çayının sahilində çıxan isti sudur. Bu şəfa ocağının yaranma tarixini bilən yoxdur. Ən maraqlısı da budur ki, yerin təkindən 60 dərəcədən yuxarı isti halda məhlul çıxır.
Bu günlərdə Zərdab şəhəri, 2 saylı uşaq bağçasında böyük canlanma var idi. Burada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının uşaq ili münasibətilə elan etdiyi Uşaq Yaradıcılıq Dekadası çərçivəsində "Gülün, gülsün dünyamız" musiqili görüş keçirilirdi. Rayonun digər uşaq bağçalarının yetirmələri də bu şənliyə toplaşmışdı.
"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası xidmətində olan təşkilatlarda çalışan işçilərin övladlarının mənəvi tərbiyəsini, sağlamlıqlarını daim diqqət mərkəzində saxlayır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.