Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əməkhaqqının və ya son haqq-hesabın verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə dedikdə, əməkhaqqının, o cümlədən son haqq-hesabın müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun işçinin bankdakı hesabına köçürülməməsi, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməməsi başa düşülməlidir. Bu hal ilk anda əmək mübahisəsi yaratmır. Belə ki, bu zaman əməkhaqqı hesablansa da, onun işçiyə verilməsində işəgütürənin iradəsindən asılı olaraq gecikdirmələr yaranır. Bu hallar əsasən işçinin iradəsini sındırmaq, onu müəyyən mənada maddi tərəfdən cəzalandırmaq, hər hansı bir sənədə imza etdirmək (məsələn: gələcəkdə işçinin müəssisəyə qarşı hər hansı bir iddiasının olmaması və şikayət etməməsi barədə sənədə imza etdirmə halları), işəgötürənin kadr, maliyyə və digər işçilərinin öz vəzifə borclarını yerinə yetirməməsi və digər hallarda baş verir . Belə olan hallarda isə işəgötürən maddi məsuliyyət daşıyır və işçi müvafiq qaydada məhkəməyə müraciət etməklə hər gecikdirilmiş gün üçün ümumi əməkhaqqının və ya son haqq-hesabın azı bir faizı məbləğində ödənc verməsini işəgötürəndən tələb etməyə haqlıdır. Praktikaya əsasən deyə bilərəm ki, bir çox hallarda məhkəmə hakimləri fərdi əmək mübahisəsi yaradan əməkhaqqı ilə fərdi əmək mübahisəsi yaratmayan (işəgötürənin təqsiri üzündən sonradan fərdi əmək mübahisəsinə çevrilən) əməkhaqqına eyni məzmunlu iddia kimi baxır və əsassız qərarlar qəbul edirlər. Nəzərə almaq lazımdır ki, birinci halda fərdi əmək mübahisəsi varsa və ya yarana bilərsə, ikinci halda belə bir əmək mübahisəsi yoxdur və yalnız sübuta ehtiyacı olmayan hallarda işəgötürənin təqsiri üzündən süni şəkildə yarana bilər. Burada artıq işəgötürən tərəfindən də qəbul edilən, hesablanmış və ya hesablanmalı olan, lakin onun tərəfindən və onun iradəsindən asılı olan səbəblərdən məqsədli və ya məqsədsiz gecikdirilən əməkhaqqından bəhs olunur. Bir çox hallarda işəgötürənlər son haqq-hesabın alınmamasında işçiləri təqsirləndirirlər və bu ödənişlərin onlar tərəfindən vaxtında almamasını bəhanə edirlər. Halbuki əmək müqaviləsinə xitam verilmiş hər bir işçi bu son haqq-hesabın alınmasında maraqlıdır, almamaq ona gələcəkdə işəgötürənə qarşı hər hansı bir hüquqi üstünlük vermir, işəgötürən isə bu əməkhaqqını qanunla nəzərdə tutulan qaydada onun bank hesabına köçürməklə və ya poçt vasitəsilə yaşadığı ünvana göndərməklə maddi məsuliyyətdən qaça bilər. 3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yazılı surətdə tərtib edilməli və məzmununda aşağıdakılar göstərilməlidir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsi əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab oiunan rəsmi sənədlər. Bu maddədə nəzərdə tuulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İşəgötürənlər tərəfindən əmrin tərtibatında belə hüquqi səhvlərə yol verildiyi hallarda işçilər məhkəməyə müraciət etməyə və əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmrinin məhkəmə tərəfindən etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə çalışmalıdırlar. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yuxarıda göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ-hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Praktika göstərir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) əksər hallarda yuxarıda göstərilən məlumatlar olan sadə formada tərtib edilir. Hesab edirəm ki, bu sahədə də işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulur və işəgötürənin əmri (sərəncamı, qərarı) əksər hallarda yuxarıda göstərilən məlumatlar olan sadə formada tərtib edilir. Fikrimcə, əmək müqaviləsinə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi), 73-cü (müddətli əmək müqaviləsinə xitam verilməsi hallarında), 74-cü maddəsinin a) bəndi (işçi hərbi və ya alternativ xidmətə çağrıldıqda) və e) bəndi (işçi vəfat etdikdə) əsasları ilə xitam verildiyi hallarında əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) sadə formada tərtib edilə bilər. Digər hallarda isə, yəni əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları), 74-cü (tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsasları) və 75-ci (əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi) maddələrində göstərilən əsaslarla xitam verildiyi hallarında əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) mütləq qaydada normativ-hüququ aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olan formada tərtib edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürənin bu Məcəllənin 70-ci maddəsi müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən tərəfindən əmək müqaviləsinə : müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət qədər olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda əsasları ilə xitam verildiyi halda əmək müqaviləsinin ləğv edilməsi zəruriliyi əsaslandırılmadıqda və normativ-hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olan formada tərtib edilmədikdə işçinin əmrin məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Belə əmrlərin tərtib edilməsində neft və qaz sahəsində çalışan xarici şirkətlər tərəfindən daha çox qanun pozuntularına yol verilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.