Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
4. Hər bir işçi bilməlidir ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericilikdə onlar üçün bir çox təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən: işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin b bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. - 77.2-ci maddəsinə əsasən: xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. - 77.3-cü maddəsinə əsasən: əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin a (müəssisə ləğv edildikdə) və b (ışçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) bəndləri ilə iəğv edilərkən işçilərə: orta aylıq əməkhaqqından az olmamaqla işdənçıxma müavinəti: ışdən çıxarıldığı gündən yeni işə düzələnədək ikinci və üçüncü aylar üşün orta aylıq əməkhaqqı ödənilir. - 77.4-cü maddəsinə əsasən: işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı (əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə) maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə , işçiyə onun razılığı ilə azı iki ay əməkhaqqını bir dəfəyə ödəməklə ,müvafiq əsasla əmək müqaviləsinə xiam verə bilər. - 77.5-ci maddəsinə əsasən: bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta aylıq əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) tərəfindən işçiyə verilən arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında (Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında) qeydiyyata alınan işçilərə verilir. - 77.6-cı maddəsinə əsasən: kollektiv müqavilələrdə,əmək müqaviləsində müavinətlərin ödənilməsi üçün göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. - 77.7-ci maddəsinə əsasən: əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin c bəndi (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi), 74-cü maddəsinin a (işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda) və c (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə, vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin ç bəndi (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyir. - 77.8-ci maddəsinə əsasən : işəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş " Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri peşə hazırlığına cəlb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Bu zaman işçilərin əvvəlcədən xəbərdarlıq edilməsi qanunda nəzərdə tutulmamışdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. 5.Azərbaycan Respublikası Əmək Məcəlləsində göstərilən təminatlardan başqa işəgötürənlə müəssisənin əmək kollektivi arasında bağlanmış kollektiv müqavilələrdə, əmək müqaviləsində, müəssisədaxili qəbul olunmuş əsasnamə və ya protokollarda əmək müqaviləsinə xitam verilərkən işçilər üçün əlavə əməkhaqqı və ya müavinətlərin ödənilməsi nəzərdə tutula bilər. Belə ödəmələrə misal olaraq müddətli əmək nüqaviləsinə xitam verilən işçilərə 3 aylıq əlavə əməkhaqqı məbləğində ödənişlərin verilməsi barədə BP, ARDNŞ və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 5 fevral 2007-ci il tarixli Protokolu göstərmək olar. Bu Protokola əsasən Azəri-Çıraq-Günəşli layihəsində 12 aydan çox işləmiş və adı həmin Protokolda olan Şirkət işçilərinin hər birinə müddətli əmək nüqaviləsinə xitam verilərkən 3 aylıq əlavə əməkhaqqı məbləğində ödənişlərin verilməsi nəzərdə tutulmuşdur. BP və ARDNŞ şirkətləri tərəfindən yerli işçilərə edilən bu güzəştlər çox təəssüf ki, bəzi xarici şirkətlər tərəfindən Protokolda nəzərdə tutulan qaydada yerinə yetirilməmişdir. Azərbaycanlı işçilərdən bir çoxu bu ödəmələri müxtəlif bəhanələrlə ödəməkdən imtina edən "Kentek", "Riqblast" və digər şirkətlərə qarşı iddia ilə məhkəməyə müraciət etmiş və öz hüquqlarını yalnız məhkəmə vasitəsilə təmin etmişlər. (davamı gələn sayımızda)
- Hansı vətəndaşlar Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər?
Dilarə QULİYEVA, Bakı şəhəri.
- Bakı şəhərində daimi yaşayan aşağıdakı vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər: o Ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar. Müvəqqəti başqa yerdə yaşayan və müvəqqəti başqa yerdə yaşadığı dövrdə mənzil sahəsi hüququnu saxlayan ailə üzvləri ailənin tərkibində hesab edilirlər. o Yarım kirayə şərtləri ilə dövlət və ictimai mənzil fondunun evlərində, kirayə müqavilələri əsasında mənzil tikintisi kooperativlərinə məxsus evlərdə, yaxud fərdi mənzil fondunun evlərində uzun müddət yaşayan və Bakı şəhərində başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. o Mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq yerləşdirilən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar. o Tutduğu mənzil sahəsinin ölçüsündən asılı olmayaraq müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən, ictimai və dövlət fonduna daxil olan evdə (mənzildə) yaşayan vətəndaşlar (yarımzirzəmilər, barak tipli evlər, əsaslı təmir edilməsi mümkün olmayan qəzalı evlər, neft mədənlərinin ərazisində və qazlı zonada yerləşən evlər, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərdən və özbaşına tikilmiş tikintilərdən başqa sanitariya və arxitektura-tikinti nəzarət orqanlarının rəyinə əsasən sanitariya və texniki tələblərə cavab verməyən digər mənzillər və yaşayış binaları). o Tutduqları yaşayış sahəsinin ölçüsündən asılı olmayaraq fabriklərin, zavodların, məktəblərin, xəstəxanaların və digər müəssisə və təşkilatın ərazisində yaşayan vətəndaşlar. o Qohumluq əlaqəsi olmayan, bir otaqda, yaxud bir-birindən təcrid edilə bilməyən bir neçə iç-içə otaqda yaşayan iki və daha çox ailə. o Üzvləri arasında müəyyən olunmuş qaydada təsdiq edilmiş xəstəliklərin siyahısında göstərilmiş bəzi xroniki xəstəliklərin ağır formasına tutulan və əlavə mənzil sahəsi almaq hüququna malik şəxslər olan ailələr, bu şərtlə ki, xəstəyə ayrıca otaq və ya on kvadratmetr ölçüsü olan əlavə mənzil sahəsi verildikdən sonra xəstə ilə birlikdə yaşayan ailənin hər üzvünə düşən mənzil sahəsi beş kvadratmetr və daha az olsun. o Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər hər bir ailə üzvünə altı kvadratmetr və daha az mənzil sahəsinə malikdirlərsə, Bakı şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. o Vərəmin yoluxucu formalarına tutulan, 14 yaşınadək uşaqların yaşadıqları çox ailəli mənzillərdə yaşayan vətəndaşlar. İdarə, müəssisə və təşkilatların əmək kollektivinin qərarı ilə kollektiv müqavilələrdə iş yerində mənzil sahəsi ilə təmin edilərkən onların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilməsinin güzəştli əsasları, habelə bu məqsədlər üçün ayrıca mənzil sahəsinin ölçüsü nəzərdə tutula bilər.
- Dövlət sirrinə aid edilməyən məlumatlar barədə izahat verməyinizi xahiş edirəm.
Ruqiyyə ŞİRİNOVA, Bakı şəhəri.
- Aşağıda göstərilən məlumatlar dövlət sirrinə aid edilmir və məxfiləşdirilmir: o İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında. o Ekologiya, səhiyyə, sanatoriya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında. o Dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında. o İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında. o Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında. o Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında.
Aşağıdakı 2 sualıma cavab istəyirəm. 1. Dövlət qulluqçuları hansı müddətdə attestasiyadan keçirilir və attestasiya hansı hüquqi nəticələrə səbəb ola bilər? 2. Dövlət qulluqçularının attestasiyadan keçirilməsı hansı məqsədlə həyata keçirilir?
Fəridə HƏSƏNOVA, Əli Bayramlı şəhəri.
1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-31.3-cü maddəsinə əsasən: İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir. Attestasiya kollegial, obyektiv surətdə, müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini və attestasiyanın nəticələrini müvafiq dövlət qulluğunu idarəetmə orqanı (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya) təsdiq edir. Dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi hesab edilərsə, onun aşağı vəzifəyə keçirilməsi və ya azad edilməsi məsələsi qoyulur. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.
2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 31.4-31.12-ci maddəsinə əsasən: Dövlət qulluqçularının attestasiyadan keçirilməsınin əsas məqsədləri aşağıdakılardır: o Dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi. o İşçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliliyini artırmağa stimullaşdırılması. o Qulluqçuluq ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi. o Kadrın irəli çəkilməsinin uzunmüddətli planını tərtib etmək imkanının təmin edilməsi, habelə dövlət qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha aşağı ixtisaslı işə keçirilməsi. o Attestasiya ümumi kadr potensialının aşkara çıxarılmasına və dövlət orqanının funksional təyinatının optimal surətdə təmin edilməsinə kömək göstərilməlidir. o Attestasiyanın keçirilməsinin konkret müddətləri, habelə cədvəli müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən işçilərin nəzərinə çatdırılır. o Tutduğu vəzifədə 1 ildən az işləmiş dövlət qulluqçuları, stajçılar növbəti attestasiyadan keçməli deyildirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadınlar işə çıxdıqdan sonra bir ildən tez olmayaraq növbəti attestasiyadan keçməlidirlər. o Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı beş komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər daxil olurlar. o Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı iki həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Xasiyyətnamədə işçinin şəxsiyyətinə hərtərəfli qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya həmçinin əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir. o Attestasiyadan keçən işçi onun barəsində verilən xasiyyətnamə ilə qabaqcadan, attestasiyaya ən azı 2 həftə qalmış tanış olmalıdır. o İşçi attestasiyadan keçirilərkən onun işlədiyi struktur bölməsinin rəhbəri orada iştirak etməlidir. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir. o Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə komissiya attestasiyanı onsuz keçirə bilər.
- Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanının) insan hüquqlarının pozulmasına dair şikayətlərə baxması hansı nəticələrə səbəb ola bilər?
Kamal XUDAVERDİYEV, Bakı şəhəri.
- "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanı) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanının) insan hüquqlarının pozulmasına dair şikayətlərə baxması aşağıdakı nəticələrə səbəb ola bilər: - müvəkkil şikayətə baxması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı cavab verir. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulmasını aşkar etdikdə aşağıdakı tədbirləri həyata keçirə bilər: - qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və ya yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində müvəkkilə görülən tədbirlər barədə yazılı məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər); - cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək; - əlavə kasasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək; - qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək; - insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək; - insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək; - dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin - qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək; - şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.