Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Hansı hallarda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır?
C.SƏFƏRƏLİYEV, Xırdalan qəsəbəsi.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsi aşağıdakı hallarda qadağandır. - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - məzuniyyətdə, ezamiyyətdə olduğu habelə kollektiv danışıqlarda iştirak etdiyi vaxtda. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin /a/ bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (müddətli əmək müqaviləsinə xitam verilməsi) ilə əmək müqaviləsinə xitam verilən hallara şamil edilmir.
- Matros-dalğıclar üçün qısaldılmış iş həftəsinin müddəti neçə saatdır?
Loğman FƏTİŞEV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "İşcilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 16-cı bölməsinin 30-cu bəndinə əsasən, dalğıc işlərini yerinə yetirən matros-dalğıclar üçün qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları hansı şəxslərə şamil edilmir?
Qulam PƏNAHOV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 303-cü maddəsinə əsasən, müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərə şamil edilmir.
- Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası hansı qiymətlərdən birini verə bilər? Dilbər HÜSEYNOVA, Gəncə şəhəri.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 31.13-31.22-ci maddəsinə əsasən, dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verə bilər:
o tutduğu vəzifəyə uyğun gəlir; o işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar yoxlamadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir; o tutduğu vəzifəyə uyğun gəlmir. o Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, müvafiq vəzifələr üzrə vəzifə maaşlarının dəyişdirilməsi, vəzifə maaşlarına əlavələr müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi, irəli çəkilmək üçün ehtiyata daxil edilməsi, vəzifəsinin aşağı salınması və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər, habelə attestasiyadan keçən şəxslərin yüksəldilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması barədə təkliflər irəli sürə bilər. Bu halda komissiya müvafiq təkliflər irəli sürərkən hansı mülahizələrə əsaslandığını göstərməlidir. o Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət komissiyanın tövsiyələri attestasiyadan keçən şəxsin iştirakı olmadan səsvermə yolu ilə qəbul edilir. o Attestasiya və ya səsvermə təsdiq edilmiş tərkibdə olan attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir. o Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılır. o Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqi və xasiyyətnaməsi şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir. o Attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə riayət etməklə ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində maddi və mənəvi cəhətdən mükafatlandırılması, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi, iş ixtisasının artırılmasına göndərilməsi, dövlət qulluqçusunun vəzifəsinin yüksəldilməsi və ya aşağı salınması, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilir və ya attestasiyadan keçən şəxsin diqqəti qulluq vəzifələrinin icrasındakı nöqsanlara və ya fəaliyyətinin nəticələrinin zəif olmasına cəlb edilir. o Həmin qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən ən geci iki ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra həmin attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun vəzifə maaşının aşağı salınmasına, ona əlavənin azaldılmasına və ya ləğv edilməsinə, dövlət qulluqçusunun vəzifədən azad edilməsinə icazə verilmir. o Dövlət qulluqçusunun xəstə və ya məzuniyyətdə olması iki ay müddətinə daxil edilmir. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya şikayət edə bilər.
- Şəxsi toxunulmazlıq hüququ qanunla hansı qaydada tənzimlənir?
Ülvi QASIMOV, Mərdəkan qəsəbəsi.
- Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən : 1. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 2. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır. 3.Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və ya yayılmasına yol verilmir. 4. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət tərəfindən təminat verilir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
- Dalğıc, qaz kəsicisi, qaz qaynaqçısı və kessonçu peşəsində işləyən işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ varmı?
Kəramət HÜSEYNOV, Bakı şəhəri. - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci maddəsinə (ümumi peşələr) əsasən: - Sualtı işlərdə məşğul olan dalğıclar və başqa şəxslər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat olduqda; -rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri; -rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; -kessonçular - aparatçılar; -kessonçular - qazmaçılar; -kessonçular - çilingərlər; -kessonçular - elektrik quraşdırıcılarının - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.