Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Səhiyyə sahəsində çalışan kitabxanaçı, həkim, diş texniki, pedaqoji və təhsil sahəsinin müdirinin, əmək üzrə təlimatçının, fəhlələrin, istehsalat sahəsində təlimatçının, mədəni kütləvi işlər üzrə təlimatçının, istehsalat müalicə emalatxanalarının və yardımçı kənd təsərrüfatı ustasının, kiçik tibbi və xidmətedici heyətin (xəstələrə qulluq edən kiçik tibb bacısı, sanitar qadın) bufet işçisinin, çörək paylayanın, mətbəx işçisinin, hamamçının, təsərrüfat bacısının, paltar dəyişənin, dayənin, istehsalat sahəsinin və xidmət otaqlarını yığışdıranın və bərbərin qısaldılmış iş həftəsinin müddəti neçə saatdır? Mətanət OSMANOVA, Bakı şəhəri.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 22-ci bölməsinin 1-10-cu bəndlərinə əsasən : Səhiyyə sahəsində çalışan, idarələrdə və şöbələrdə xəstələrə bilavasitə xidmət edən kitabxanaçı, həkim, diş texniki, pedaqoji və təhsil sahəsinin müdirinin, əmək üzrə təlimatçının, fəhlələrin, istehsalat sahəsində təlimatçının, mədəni kütləvi işlər üzrə təlimatçının, istehsalat müalicə emalatxanalarının və yardımçı kənd təsərrüfatı ustasının, kiçik tibbi və xidmətedici heyətin(xəstələrə qulluq edən kiçik tibb bacısı, sanitar qadın) bufet işçisinin, çörək paylayanın, mətbəx işçisinin, hamamçının, təsərrüfat bacısının, paltar dəyişənin, dayənin, istehsalat sahəsinin və xidmət otaqlarını yığışdıranın və bərbərin qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.
1. Mülki işlərdə nümayəndənin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilərmi? 2. Mülki işlərdə məhkəmə tərəfindən hansı sübutlar qəbul edilir? Gülağa SEYİDOV, Bakı şəhəri.
1. Mülki Prosessual Məcəllənin 75-ci maddəsinə əsasən: Mülki işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər, müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Qanunla müəyyən edilmiş qaydada nümayəndənin səlahiyyətlərinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş nümayəndəni başqası ilə əvəz etməlidir. 2. Mülki Prosessual Məcəllənin 80-81-ci maddələrinə əsasən: Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
- Kimya istehsalatları sahəsində etil məhlulunun istehsalında çalışan fəhlə və mütəxəssislərin, ventilyasiya bölməsində etil mayesinin istehsalına xidmət edən fəhlələr, rəhbərlər və mütəxəssislərin, etil mayesinin sex anbarında çalışan fəhlə və mütəxəssislərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Fəridə HƏSƏNOVA, Sumqayıt şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən ,zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının 7-ci bölməsinin 116,118 və 119-cu bəndlərinə əsasən: Kimya istehsalatları sahəsində etil məhlulunun istehsalında çalışan fəhlə və mütəxəssislərin - 18 gün, ventilyasiya bölməsində etil mayesinin istehsalına xidmət edən fəhlələr, rəhbərlər və mütəxəssislərin - 18 gün, etil mayesinin sex anbarında çalışan fəhlə və mütəxəssislərin 6 gün əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.
1. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatında olan mülki(o cümlədən iqtisadi mübahisələrə dair) ,cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi kasasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş qaydada prosessual qaydada ədalət məhkəməsini həyata keçirir, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibinə Ali Məhkəmənin sədri, onun müavinləri və hakimlər daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsində mülki işlər üzrə, iqtisadi mübahisələrə dair işlər üzrə, cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə və hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyaları təşkil edilir. 2. Məhkəmə hakimləri "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsaslar olduqda intizam məsuliyyətinə cəlb edilirlər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hakimlər barəsində intizam icraatını bu qanunda göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu qanunda göstərilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda (işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda, hakim etikasını pozduqda, əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini pozduqda, hakim adına ləkə gətirən hərəkətə yol verdikdə və sair) səlahiyyətli şəxslər intizam icraatının başlanması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməyə borcludur. Məhkəmə-Hüquq Şurası intizam icraatının başlanmasına dair müraciətə iki ay müddətində baxır və intizam icraatının başlanması və ya belə icraatın başlanması barədə müraciətin təmin edilməməsi barədə qərar qəbul edir. Məhkəmə-Hüquq Şurası intizam icraatının başlandığı gündən üç ay müddətinə məsələni bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir.
- Dövlət qulluqçuları ictimai və ya siyasi fəaliyyətlə məşğul ola bilərmi? Emil HÜSEYNLİ, Bakı şəhəri.
- "Dövlət qulluqçularını etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən: - Qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir. - Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. - Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. - Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqı istisna olmaqla) , dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır. - Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.
- Azərbaycan Respublikasında hansı şəxslər məşğul şəxslər hesab olunur? Fərman CƏLİLOV, Mərdəkan qəsəbəsi.
- Azərbaycan Respublikasında məşğul şəxslərə aşağıdakılar aiddir: o muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar; o sahibkar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar; o haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər; o Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər; o əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar; o Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; o Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.