Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ADVOKAT

18.05.08 - 8:481061 baxılıb

- 1987-ci ildən bu günə qədər Kəlbəcər Rayon Dövlət Sığorta Agentliyində müxtəlif vəzifələrdə işləyirəm. İşlədiyim müddətdə əmək məzuniyyətindən istifadə etməmişəm. Sizdən xahiş edirəm ki, indiyə qədər istifadə etmədiyim məzuniyyət illərindən hansı qaydada istifadə etməyim barədə məlumat verəsiniz.

Yaqub CƏMİLOV,
Kəlbəcər rayonundan məcburi köçkün.

- Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə 07.12.2007-ci il tarixdə edilmiş əlavə və dəyişikliklərə əsasən:
53.4. maddə: İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək miqdarda (770 manatdan -1650 manatadək) çərimə edilir.
53.5. maddə: İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda (1650 manatdan -2200 manatadək) çərimə edilir.
Yuxarıda göstərilən bu normativ-hüquqi aktları əsas tutaraq hesab edirik ki, sizin bu iş illəri üçün hər hansı bir səbəbdən asılı olmayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya almaq hüququnuz vardır.

- Hörmətli redaksiya!
- Aşağıdakı sualıma cavab tapmaqda mənə kömək göstərəsiniz. Avtomaşını idarə etməkdən ötrü verilən etibarnamənin müddəti qurtarmışdır. Maşını satan şəxs isə həbsdədir. Rayon notariat kontoru isə etibarnamənin vaxtının uzadılmasından imtina edir. Qanuna əsasən yeni etibarnamə almaqdan ötrü kimə müraciət etməliyəm?

Əhmədağa ƏLİYEV,
Astara rayonu.

- Mülki Məcəllənin 362.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Göstərilən hüquq normasını əsas tutaraq hesab edirəm ki, siz müvafiq etibarnaməni almaq üçün şəxsin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisinə müraciət etməklə, həmin şəxsin razılığı əsasında notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamə ala bilərsiniz.

- Torpaq icarəsi müqaviləsi hansı qaydada tənzimlənir?

Kamal HƏSƏNOV,
İmişli rayonu.

- İcarəyəverənlə icarəçi arasında torpaq münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir.
Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbiq olunmalıdır. Torpaq icarəsi müqaviləsində aşağıdakılar nəzərdə tutulur:
o İcarəyəverənlə icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri,onların hüquq və vəzifələri;
o Torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar;
o İcarənin müddəti, icarəhaqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları;
o Torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətlərinin yaxşılaşdırılması şərtləri;
o Müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;
o Müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası.
Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər nəzərdə tutula bilər.

- Podrat müqaviləsi üzrə iddia müddəti barədə məlumat verməyinizi xahiş edirəm?
Pərvin İSAYEV,
Bakı şəhəri.

- Sifarişçi icranın qüsuru barəsində iddia tələbini işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb işin tam qəbul olunduğu gündən başlayır. Qeyd etmək istəyirəm ki, göstərilən bu iddia müddəti üzrlü səbəblərdən buraxılırsa, bu müddət məhkəmə tərəfindən sifarişçinin müddətin bərpa olunması barədə ərizəsi əsasında bərpa oluna bilər.




Əmək müqaviləsinə xitam verilərkən işçilərin hüquq və təminatları

(əvvəli qəzetimizin 11-12-13-14-15-16-17-18-ci saylarında)

- dördüncüsü, izahat verməməklə işçilər, sadəcə olaraq, əmək qanunvericiliyinə laqeyd yanaşdıqlarını sübut etmiş olurlar. Hər bir işçi bilməlidir ki, onun əsaslandırılmış izahatı rəsmi sənəd hesab olunmaqla işdə saxlanılır və əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əlavə edilir. Hər bir işçi çalışmalıdır ki, bu izahatda ilk növbədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə nəzərdə tutulan əmək müqaviləsi üzrə əsas vəzifələrini yerinə yetirdiyini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əmək vəzifələrini kobud surətdə pozma hallarına yol vermədiyini və ya yol verdiyi hallarda bunun təsadüfi olduğunu və ya törədilmiş xatanın üzrlü olmasını təsdiq edən sənədləri və faktları təqdim etməklə üzrlü olduğunu müvafiq qaydada əsaslandırsın;
- beşincisi, izahat verməklə işçilər yol verdikləri xatanın təsadüfi olduğunu sübut edə bilərlər, üzrlü sayılması üçün əsaslar gətirə bilərlər (məsələn: xəstə olmalarına baxmayaraq xəstəlik vərəqi ala bilməmələri, yaxın qohumlarının vəfatı, yolda ondan asılı olmayan səbəblərdən gecikmə, yaxın qohumlarının xəstəliyi, qəza, yanğın, xeyir işlərlə əlaqədar yaxın qohumlarına kömək və sair). Bu hallar isə işəgötürən tərəfindən üzrlü hal kimi qiymətləndirilə bilər və işçi ilə əmək münasibətləri davam etdirilə bilər.
İntizam tənbehi işçi tərəfindən əmək və icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
İntizam xatasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xatalarına görə isə, işçiyə həmin xatalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam vermək yalnız bu səlahiyyətə malik işəgötürən tərəfindən verilə bilər.
Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal tutulmayıbsa, işəgötürən əmək müqaviləsinə xitam vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər.Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam səlahiyyəti vermək səlahiyyətini başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyət dairəsi müəyyən edilməlidir. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan əhəmiyyətsiz əmr hesab edilir. İşəgötürən tərəfindən qanunun bu tələbi pozulubsa və əmək müqaviləsinə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla xitam verilibsə, işçi bu əmrin məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə və öz hüquqlarını bərpa edə bilər.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən, intizam tənbehi tədbiq olunarkən , eyni zamanda intizam tənbehi tədbiq olunmaqla əmək münasibətlərinə xitam verilərkən bir intizam xatasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
İntizam tənbehi işçiyə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim edilməlidir.
İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
Qeyd etmək lazımdır ki, bir çox hallarda işçilər intizam tənbehi barədə işəgötürənin əmrini (sərəncamını, qərarını) tələb etmir və ya almaqdan imtina edir. İşçilər hesab edir ki, bununla onlar əmrə etiraz etmiş olurlar, əmrin surətini almamaqla bunu etiraz forması kimi qəbul edirlər. Əslində isə işçilər bununla özlərinin gələcəkdə məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmış olurlar. Hesab edirəm ki, işçilər məhkəməyə müraciət etmək hüquqlarından istifadə edib-etməməsindən asılı olmayaraq intizam tənbehi verilməsi barədə işəgötürənin əmrini (sərəncamını, qərarını) almağa borcludur. Sadəcə olaraq, bu sənədin surətini alarkən və imza edərkən həmin sənəddə aldıqları tarixi günü, ayı və ili dəqiq göstərməklə imza etməlidirlər. Praktikada belə hallar mövcud olmuşdur ki, işəgötürən (Bos Şelf Şirkəti) intizam tənbehi verilməsi (əmək müqaviləsinə xitam verilməsi) barədə əmrini (sərəncamını, qərarını) müxtəlif bəhanələrlə gecikdirmiş və iki ay gecikdirdikdən sonra işçiyə arxa tarixlə imza etdirməklə təqdim etmişdir. Bununla da işçi qanunla nəzərdə tutulan qaydada iddia müddətini ötürmüş və bir ay müddətində məhkəməyə müraciət etmək hüququndan məhrum olmuşdur.

(davamı gələn sayımızda)

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.