Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

13.06.08 - 18:361061 baxılıb

- Meşəqırma bileti, order və meşə bileti barədə ətraflı məlumat verməyinizi istəyirəm.
Nadir HƏZİYEV,
Qəbələ rayonu.

- Meşəqırma bileti - ikinci dərəcəli meşə materiallarının tədarükü və daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
Order - özü yıxılmış və ya qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.
Meşə bileti - onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.
Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

- Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləği pensiya alan şəxsdən tutula bilərmi?

Səmayə İSAYEVA,
Sumqayıt şəhəri.

- Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləği əmək pensiyası alan şəxsin razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğindən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz.
Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.
Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

- Vəsiyyətnamələr hansı qaydada ləğv edilə və dəyişdirilə bilər?

İlkin MUSAYEV,
Cəlilabad rayonu.

- Notarius, dövlət notariat arxivinin müdiri, müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqda vəsiyyətnamənin notariat kontorunda, dövlət notariat arxivində və ya müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi binada saxlanılan nüsxəsində və notariat hərəkətlərin qeydiyyatı reyestrində bu barədə qeyd edir.
Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında ərizədə olan imza mütləq notariat qaydasında təsdiq olunmalıdır.
Notarius və ya müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq etdiyi ona məlum olarsa, aparılmış notariat hərəkət barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərməlidir.

- 1980-1997-ci illərdə "Kəndkimya" Birliyində baş mühəndis vəzifəsində işləmişəm və işlədiyim müddətdə məzuniyyət hüququndan istifadə etməmişəm. 1997-ci ildən "Kəndkimya" Birliyi fəaliyyətini dayandırıb. İstifadə etmədiyim məzuniyyət pullarını hansı qaydada ala bilərəm?
Camaləddin KAZIMOV,
Gəncə şəhəri.

- Əslində hesab edirəm ki, "Kəndkimya" Birliyinin müdiriyyətində təmsil olunan ikinci məsul vəzifəli şəxs kimi siz həm işlədiyiniz müddətdə, həm də "Kəndkimya" Birliyi ləğv edilərkən həm özünüzün, həm də digər işçilərin məzuniyyət hüquqlarını həyata keçirməyə borclu olan bir şəxs kimi bu hüquqları bilməlisiniz. Bununla bərabər bildirirəm ki, ləğv olunmuş müəssisələrin həm maliyyə, həm də digər öhdəliklərinə görə məsuliyyəti həmin müəssisələrin hüquqi varisləri və ya tabe olduqları yuxarı orqanlar daşıyırlar. Sizin istifadə etmədiyiniz məzuniyyət pullarının alınmasında digər əsas problemlərdən biri də bu pulların tələb edilməsi üçün iddia müddətinin buraxılmasıdır.


- Tapşırıq müqaviləsi nə deməkdir?

İsaxan VƏLİYEV,
Bakı şəhəri.

- Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlanıla bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Əgər tapşırıq alan özünü hüquqi hərəkətlərin yerinə yetirilməsi üzrə öhdəliklər bağlamaq niyyətində deyildirsə və yalnız ictimai, ənənəvi və ya dostluq münasibətləri ilə hərəkət edirsə, bu cür hərəkətlər tapşırıq müqaviləsinin doğurduğu hüquqi nəticələri doğurmur.

- Hörmətli redaksiya!
18 ildir ki, uşaq bağçasında təsərrüfat müdiri işləyirəm. Bağçanın təsərrüfat avadanlığıının qorunması, onların bərpa olunması, ərazinin təmizliyinə riayət edilməsi, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edilmə, ərzaqların alınması, yanğından mühafizə və sair işlər bağçada mənə həvalə edilmişdir. 18 ildir 30 təqvim günü ilə məzuniyyətə çıxmışam. Sovet hakimiyyəti dövründə həmişə 24 günlük məzuniyyətə getmişəm. Bilmək istəyirəm ki, hazırda təsərrüfat müdiri kimi mənim əmək məzuniyyətim neçə gündür?
Əli QOCAYEV,
Bakı şəhəri.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üzrə ümumi olan qulluqçu vəzifələrinin vahid tarif- ixtisas sorğu kitabçasına əsasən, təsərrüfat müdiri müəssisəsinin rəhbər işçiləri mütəxəssis və qulluqçular kateqoriyasına aiddir. Əmək Məcəlləsinin 114.3-cü maddəsinə əsasən isə, müəssisələrdə çalışan müəssisənin rəhbər işçilərinin və mütəxəssislərin 30 təqvim günü ödənişli əsas məzuniyyət almaq hüququ vardır.

- Xaricə köçmüş şəxslərə əmək pensiyasının ödənilməsi hansı qaydada həyata keçirilir?

Malik ORUCOV,
Şirvan şəhəri.

- Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduğu müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesablarına yaşadıqları digər dövlətlərə köçürülür.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmış şəxslərə xaricdə olduqları müddətdə yalnız əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə köçürülməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

- Mülki işlər üzrə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi ilə nəticələnə bilərmi?

Təranə İSAYEVA,
Sumqayıt şəhəri.

- Mülki Prosessual Məcəllənin 387-ci maddəsinə əsasən, mülki işlər üzrə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir:
o işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa;
o işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;
o işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa;
o məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq vəzifələrinə dair məsələni həll etmişsə;
o qətnamə işə baxan hakim tərəfindən qəbul edilmişdirsə;
o qətnamə onda göstərilən hakim tərəfindən imzalanmışdırsa,
o işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa.
Göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.