Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Ailə kəndli təsərrüfatı hansı hallarda statusunu itirə və ya ləğv edilə bilər?
- Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda statusunu itirir: o Ailə kəndli təsərrüfatının illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən həddən çox olduqda; o Ailə kəndli təsərrüfatı üzvləri bu təsərrüfatçılıq formasından könüllü imtina etdikdə; o Sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda ləğv edilir: o Ailə kəndli təsərrüfatı üzvlərindən və ya onların varislərindən heç kim qalmadıqda; o Ailə kəndli təsərrüfatının istifadə etdiyi torpaq sahəsinə və ya digər əmlaka mülkiyyət və ya icarə hüququna xitam verildikdə. Ailə kəndli təsərrüfatı ləğv edildikdə əmlak münasibətləri Azərbaycan Respublikasının ailə, mülki və torpaq qanunvericiliyinə uyğun həyata keçirilir. Vüsal MƏMMƏDOV, Lerik rayonu.
- İnsanın sağlamlığı üçün zərərli olan istehsalat amillərinə görə qısaldılmış iş həftəsinin müddəti neçə saatdır?
Etimad MÖVSÜMOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "İşcilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 5-ci bölməsinin 1 və 2-ci bəndlərinə əsasən, neft quyusunun qazılması, neft və qazın hasilatı sahəsində: sərbəst hidrogen- sulfid ayıran neft və qazın hasilatı və daşınmasında, neftin vurulmasında çalışan əmtəə operatorunun, sərbəst hidrogen- sulfid ayıran, kükürdlü neftin və kükürdlü neftdən olan mazutların, qazın və kükürdlü qaz kondensatının emalında texnoloji qurğuların böyük operatoru, texnoloji qurğuların operatoru, texnoloji nasosların maşinisti, cihazçı, texnoloji qurğuların təmiri üzrə çilingər peşələrində əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan istehsalat amillərinə görə qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.
- Valideynləri naməlum olan uşaqlar Azərbaycan Respublikası vətəndaşı hesab olunurlarmı?
Təranə İSAYEVA, Bakı şəhəri.
- Bəli, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində anadan olan, hər iki valideyni naməlum olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxma barədə məlumat verməyinizi xahiş edirəm.
Səməd PƏNAHOV, Göyçay rayonu.
- Azərbaycan Respublikasının vətəndaşlığından cıxma qanunla müəyyən edilmiş qaydada şəxsin vəsadəti ilə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsadət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və ya fiziki şəxslərin mənafeləri ilə olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsadəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə vəsadət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafeyinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə vəsadət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəyir.
- Hakimlərin ictimai birliklərin üzvü olmaq hüququ varmı?
İkram SƏMƏDOV, Bakı şəhəri.
- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 105-1-ci maddəsinə əsasən, hakimlər ümumi maraqlar əsasında birləşərək, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipi əsasında öz ictimai birliklərini təsis edə bilərlər. Hakimlər ictimai birliklərinin fəaliyyətinin əsas məqsədləri hakimləri birləşdirməkdən, onların müstəqilliyinin möhkəmləndirilməsindən, məhkəmə-hüquq islahatlarının dərinləşməsinə kömək etməkdən ibarətdir.
- Nikaha daxil olanların öz hüquq və vəzifələri ilə tanış edilməsi, nikahın qeyd gününün təyin edilməsi hansı qaydada aparılır? Elmira OCAQOVA, Xırdalan şəhəri.
- Ərizəni qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməyə, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ər-arvad və valideyn kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqda maneələrin gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq Ailə Məcəlləsinin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq təyin edilir. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlər.
- Qaynaq işləri sahəsində: qazla doğrayan, qaz qaynaqçısı, asetilin qurğuşununun generatorçusu, elektrik qaynağı, qazın qaynağı və qaynaq yığma sexlərində məşğul olan kran maşinisti (krançı), elektrodçu, avtomat və yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı, əllə qaynaq edən elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələrində əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Fazil MEHDİYEV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 10-cu bölməsinin 1-4 və 10-12-ci bəndlərinə əsasən qaynaq işləri sahəsində: qazla doğrayan, qaz qaynaqçısı, asetilin qurğuşununun generatorçusu, elektrik qaynağı, qazın qaynağı və qaynaq yığma sexlərində məşğul olan kran maşinisti (krançı), elektrodçu, avtomat və yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı, əllə qaynaq edən elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələrində əmək fəaliyyəti ilə məşğul olan işçilərin 6 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.
- Notariuslar tərəfindən sənədlər saxlanılmaq üçün qəbul edilə bilərmi?
Sənubər VƏLİYEVA, Lənkəran şəhəri.
- Notariuslar tərəfindən sənədlər saxlanılmaq üçün siyahı üzrə qəbul edilə bilər. Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə saxlanılır. Sənədlər notariusun iştirakı ilə qablaşdırılmışdırsa, notarius şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edə bilər. Qablaşdırma notariusun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhvil verən şəxsin imzaları ilə təsdiq edilməlidir. Sənədləri saxlanılmaq üçün təhvil verən şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir. Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları təhvil verən şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılmalıdır.
- Məhkəmə hakimlərinin siyasi təşkilat üzvü olmaq səlahiyyəti varmı?
Seymur HƏSƏNOV, Gəncə şəhəri.
- "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 105-ci maddəsinə əsasən, hakim vəzifəsinə təyin olunmuş şəxslər andiçmədən qabaq siyasi partiyanın və ya digər siyasi təşkilatın üzvlüyündən çıxmalıdır. Bu barədə verilmiş ərizə hakimlərin şəxsi işlərinə əlavə edilir. Hakim vəzifəsinə təyin olunmuş şəxslər siyasi partiyanın və ya digər siyasi təşkilatın üzvlüyündən çıxmadan hakim vəzifəsinin icrasına buraxılmırlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.