Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ADVOKAT

30.06.08 - 14:14816 baxılıb

- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti hansı qanunla tənzimlənir?

Vüsal İSAZADƏ,
Sumqayıt şəhəri.

- "Əmək miqrasiyası haqqında" Qanunun 12- ci maddəsinə əsasən, 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi yolla xarici şirkətlərdə işə düzələ bilərlər.
Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri bu barədə 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.
Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq almalıdırlar.
Vasitəçilik fəaliyyətini həyata keçirməyə hüquq verən xüsusi razılıq almış hüquqi şəxslər, onların xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə bağladıqları müqavilələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra həmin müqavilələr əsasında Azərbaycan Respublikası vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunmasını nəzərdə tutmalıdır.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidir. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə miqrantlardan haqq almalarına yol verilmir.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Fiziki şəxslərin bu sahədə fəaliyyət göstərmələri qadağandır.


- Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına hansı sənədlər təqdim olunmalıdır?
Əjdər SÜLEYMANOV,
Şəki rayonu.

- Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı hüququ əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyat haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə edilən sənədlər göstərilməlidir.
Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:
o torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri;
o torpaq sahəsinin planı və ölçüsü;
o torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın və onların tərkib hissələrinin texniki pasportu və ölçüsü;
o dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Hüquq əldə edənin adından başqa şəxs ərizə verirsə, ona verilən etibarnamə notariat qaydada təsdiqlənməlidir.Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidirlər.

- Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası işçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququ sahəsində öz üzərinə hansı öhdəliklər götürüb?
- Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan iş yerində ləyaqəti qorumaq hüququ sahəsində öz üzərinə hansı öhdəliklər götürüb?

Mətanət İSAYEVA,
Bakı şəhəri.

- "Avropa Sosial Xartiyasının tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası işçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında onların hüquqlarının müdafiəsi sahəsində öz üzərinə aşağıdakı öhdəlikləri götürüb:
o Bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ.
o Qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ.
Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər.
- "Avropa Sosial Xartiyasının tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası iş yerində ləyaqəti qorumaq hüququnu səmərəli təmin etmək məqsədi ilə öz üzərinə aşağıdakı öhdəlikləri götürüb:
o İş yerində və ya işlə bağlı seksual təqib barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.
o İş yerində və ya işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.

- Dövlət sirri haqqında məlumat verməyinizi xahiş edirəm.

Svetlana HƏMİDOVA,
Bakı şəhəri.

- Dövlət sirri haqqında qanunvericilik Konstitusiyadan, "Dövlət sirri haqqında" Qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. "Dövlət sirri haqqında" Qanun Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfililiyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
o Dövlət sirri - dövlətin hərbi, xarici, siyasi, iqtisadi kəşfiyyat, əks - kəşfiyyat və əməliyyat- axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması respublikanın təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
o Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir.
o Dövlət sirrinin mühafizə sistemi-dövlət sirrinin mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur.
o Dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirmə qaydasıdır.
o Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma - səlahiyyətli vəzifəli şəxsin icrası ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır.
o Məxfilik qrafiki - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekrizitlərdir.
o İnformasiyanın mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir.
o Dövlət sirri təşkil edən məlumatların siyahısı-müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirdiyi məlumat qruplarının məcmusudur.

- İşçilərdən tutulan gəlir vergisi barədə ətraflı məlumat verməyinizi istəyirəm.

Vidadi ƏHMƏDOV,
Tovuz rayonu.

- Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 01.01.2008-ci il tarixdən fiziki şəxslərin aylıq gəlirlərindən aşağıdakı dərəcələrlə vergi tutulur:
o Aylıq gəlir 2000 manatadək olduqda -14 faiz gəlir vergisi, 2000 manatdan çox olduqda - 280 manat, üstəgəl 2000 manatdan çox olan məbləğin 35 faizi məbləğində gəlir vergisi tutulur. Fiziki şəxslərin aylıq gəlirləri 200 manatadək olduqda- 60 manatadək olan məbləğ vergiyə cəlb olunmur, 60 manatdan 200 manatadək olan məbləğdən isə 14 faiz gəlir vergisi tutulur.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, 01.01.2008-ci il tarixdən fiziki şəxslərin illik gəlirlərindən aşağıdakı dərəcələrlə vergi tutulur:
o İllik gəlir 24000 manatadək olduqda -14 faiz gəlir vergisi, 24000 manatdan çox olduqda - 3360 manat, üstəgəl 24000 manatdan çox olan məbləğin 35 faizi məbləğində gəlir vergisi tutulur.
İki və daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.