Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
a- Texniki pasportu mənim adıma verilmiş mədəni mallar mağazası 1998-ci il sentyabr ayının 26-da özəlləşdirilmişdir. İndi bələdiyyədən deyirlər ki, mağazanın yerləşdiyi torpaq bizim balansımızdadır. Onu da özəlləşdirməlisən. Onlar haqlıdırlarmı? Qüdrət MURADOV, Qəbələ rayonu, Zaraqan kəndi.
- Bildiririk ki, sualınızla əlaqədar sizinlə şifahi qaydada söhbət aparılmış və hüquqi məsləhətlər verilmişdir. Bizim verdiyimiz hüquqi məsləhətlər və rəylər sizi və bələdiyyə rəhbərlərini təmin etmədiyindən sizin mübahisəyə müvafiq məhkəmə orqanında baxılmaqla qərar qəbul edilməlidir. Eyni zamanda bildiririk ki, fiziki və hüquqi şəxslərin torpaq və digər daşınmaz əmlak üzərində mülkiyyət hüququ "Mülkiyyət hüququ haqqında" Şəhadətnamə ilə təsdiq olunmalıdır. Göstərilənləri əsas tutaraq hesab edirik ki, torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulan qaydada özəlləşdirilməsi barədə bələdiyyənin tələbi qanuni və əsaslıdır.
- Hörmətli redaksiya! 1964-cü ildən 1977-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolunda ali təhsilli mühəndis vəzifəsində çalışmışam. 1977-ci ildən "Azneft" İstehsalat Birliyinin Neft və Qazçıxarma İdarəsinə köçürmə yolu ilə işə qəbul olunmuşam. Bilmək istəyirəm, Azərbaycan Dövlət Dəmir Yolunda ali təhsilli mühəndis vəzifəsində çalışdığım 13 il "Azneft" İstehsalat Birliyinin Neft və Qazçıxarma İdarəsində çalışdığım illərlə bərabər neft sənayesində mövcud olan fasiləsiz iş stajına daxil edilməlidirmi?
Y. NURİYEV, İmişli şəhəri, İslam Bayramov-32.
- Sizin 1964-cü ildən əmək fəaliyyətinizin sonuna qədər işlədiyiniz və əmək münasibətlərində olduğunuz bütün iş illəri ümumi əmək stajına daxil edilməlidir. Lakin Azərbaycan Dövlət Dəmir Yolu və "Azneft" İstehsalat Birliyi ( ARDNŞ) müxtəlif istehsalat sahələri olduğundan və ayrı-ayrı nazirliklərə tabe olduğundan 1964-cü ildən 1977-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolunda ali təhsilli mühəndis vəzifəsində çalışdığınız illər Azərbaycan Dövlət Dəmir Yoluna, 1977-ci ildən "Azneft" İstehsalat Birliyinin Neft və Qazçıxarma İdarəsində çalışdığınız illər isə neft sənayesində işlədiyiniz iş illəri kimi iş stajı hesab olunmalıdır.
- Hörmətli redaksiya! Bilmək istəyirəm, qanuna əsasən fiziki şəxsin bir neçə yaşayış yeri ola bilərmi?
Sərdar HÜSEYNOV, Oğuz rayonu.
- Mülki Məcəllənin 27 - ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluqda olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
- Fizioloji keyfiyyətlərlə bağlı işçilərə neçə təqvim günü müddətində məzuniyyət verilir? Rəvan HÜSEYNOV, Gəncə şəhəri.
- Əmək Məcəlləsinin 119 - cu maddəsinə əsasən: o yaşı 16 dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, o 16 yaşdan 18 yaşadək işçilərə 35 təqvim günündən, o əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
- 1941-1945-ci il müharibəsində arxa cəbhədə çalışmışam. Fədakar əməyə görə medal almışam. Ermənistandan məcburi surətdə qaçqın düşərkən medalla bərabər sənədləri də özümlə götürə bilmədim. Bu barədə Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Məhkəməyə çağırılmış şahidlər də öz ifadələrində təsdiq etdilər ki, mən həqiqətən 1941-1945-ci il müharibəsində arxa cəbhədə çalışmışam və fədakar əməyə görə medal almışam. Lakin Sabunçu Rayon Sosial Müdafiə Fondu və Sabunçu Rayon Məhkəməsi bu faktı qəbul etmədilər. Mənə bildirdilər ki, medalın özü və ya sənədi olmalıdır. Lakin mənim həmin sənədi Ermənistandan gətirməyim qeyri-mümkündür. İndi mən nə etməliyəm? Hüseyn ƏLİYEV, Sabunçu rayonu.
- Sualınızdan da görünür ki, sizin bu barədə olan iddianıza Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq məhkəmə qətnaməsi qəbul edilib. Bu iddia üzrə məhkəmə qətnaməsi qəbul olunduğundan siz bu qətnamədən Bakı Apelyasiya Məhkəməsinə 1 ay müddətində apelyasiya şikayəti təqdim edə bilərsiniz. Qeyd etmək istəyirəm ki, bu müddət məhkəmə qətnaməsi sizə təqdim olunan və ya aldığınız gündən hesablanır. Əgər məhkəmə qətnaməsi sizə təqdim olunmayıbsa, onu Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsindən tələb edib almaqla bu hüququnuzu həyata keçirə bilərsiniz. Göstərilən müddət sizin tərəfinizdən üzrlü səbəblərdən buraxılıbsa, apelyasiya şikayəti ilə bərabər müddətin bərpa olunması barədə ərizə də təqdim etməlisiniz. Hesab edirəm ki, müraciət etdiyiniz bu hüququnuz yalnız məhkəmə qərarı ilə bərpa oluna bilər.
- Gürcüstan Respublikasının vətəndaşıyam. 6 aya yaxındır ki, Azərbaycan Respublikasına köçərək burada yaşamaqla işləyirəm. Azərbaycan Respublikası vətəndaşlığını qəbul edərək ailəmlə birlikdə Bakıda daimi qalmaq istəyirəm. Bilmək istəyirəm, mənim və ailəmin Azərbaycan Respublikası vətəndaşlığını alması üçün qanunvericilikdə hansı qaydalar var? Rüfət DAŞDƏMİROV, Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhəri.
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq öz vəsadəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsadət qaldıran şəxs Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş dövlət quruculuğunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa vətəndaşlığa qəbul haqqında vəsadəti rədd edilir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsadət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
- 1994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olmuşam. Hər iki ayağımda 1, 2 və 3-cü barmaqlarım falanqa səviyyəsində kəsilib. Həmin vaxtdan 8 il müddətində 2-ci qrup əlil olmuşam. Sonradan isə mənim qrupum 3-cü qrupa endirilib. Ayağımda ağrılar olur, normal yeriyə bilmirəm. Bilmək istəyirəm ki, sağalmağa heç bir ümidi olmayan əlillərə ömürlük əlillik qrupu neçə ildən sonra təyin olunmalıdır? Vüqar MÜRZƏYEV, Dəvəçi şəhəri.
- Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin birinci bəndinə əsasən, əlilliyin ağırlıq dərəcəsindən asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Qərarın bu bəndinə əsasən orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədi ilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcəli əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən müəyyən edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamlı, dönməz morfoloji dəyişiklikləri və pozulmaları zamanı görülən reabilitasiya tədbirlərinin səmərəsizliyi nəticəsində xəstəliyin gedişini yaxşılaşdırmaq və sosial uyğunlaşmanı bərpa etmək mümkün olmayan hallarda əlillik yenidən (təkrar) müayinə müddəti göstərilmədən müəyyən edilir. Əlillik qrupu ilə razılaşmadığınız və onu qanunsuz hesab etdiyiniz halda sizin zona TSEK sədrinə, ali pillə ekspert komissiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və rayon məhkəməsinə müraciət etmək hüququnuz vardır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.