Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

11.07.08 - 19:021479 baxılıb

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bu Qanunun 1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Sosial sığorta stajı dedikdə əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun bu maddəsinə əsasən, sizin pensiya təyin olunduqdan əvvəl aldıqlarınız əməkhaqqı və digər gəlirlər nəzərə alınır, eyni zamanda əmək fəaliyyətinizdə olduğunz bütün iş illəri ümumi iş stajınıza daxil edilir. Sizin Daxili İşlər orqanlarında işləməyiniz və dövlət qulluğunda olmağınızı nəzərə alaraq bildirirəm ki, "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Bu Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla hesablanır.

- Dağ-mədən sahəsində sahə rəisi, o nların müavinləri və böyük usta vəzifəsində işləyən mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ varmı?
A. AĞAYEV,
Astara şəhəri.

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1-ci bölməsinə əsasən sahə rəisi, onların müavinləri (köməkçiləri) və böyük usta vəzifəsində işləyən rəhbər və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır.

- Hörmətli redaksiya!
Bizim idarə - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyində Təsərrüfathesablı Təchizat və İstehsalat İdarəsi 1993-cü ildən fəaliyyət göstərir və Baş İdarənin bütün əmr və göstərişlərini icra edir. 1993-cü ildən indiyə kimi istifadə etmədiyimiz əmək məzuniyyətlərindən hansı qaydada istifadə etməliyik? Əgər ödənilməlidirsə, hansı məbləğdə və qaydada və hansı vəsait hesabına ödənilməlidir?

M. MÜRSƏLOV,
İdarənin Həmkarlar İttifaqı
Komitəsinin sədri.

- Bildiririk ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə əmək məzuniyyətlərinin verilməsi ilə əlaqədar edilən əlavə və dəyişiklikdən sonra bu əmək münasibətləri ilə əlaqədar bu mövzuda redaksiyamıza çoxlu sayda müraciətlər daxil olur. Verdiyimiz cavablar bu suallara uyğun olduğundan bəzi hallarda eyni sual və cavablar bəzi hallarda bu və ya digər hallarda təkrarlanmış olur. Bununla əlaqədar olaraq çoxlu sayda olan oxucu müraciətlərini nəzərə alaraq bu suala daha geniş surətdə cavab vermək istəyirəm və hesab edirəm ki, bu cavab əmək fəaliyyəti ilə məşğul olan digər oxucularımız üçün də maraqlı olacaqdır.
Əmək qanunvericiliyinə əsasən, əmək məzuniyyətlərinin verilməsində əsas məqsəd müvafiq iş ili ərzində işləyən, ağır zəhmət çəkən, fiziki, psixoloji və sair cəhətlərdən yorulan və istirahətə ehtiyacı olan işçilərə istirahət etmək, dincəlmək, əmək qüvvəsini bərpa etmək, şəxsi işlərini həll etmək, ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, sanatoriya-kurort müalicəsi almaq, təhsil almaq, yaradıcı və elmi işlə məşğul olmaq və sair hallarla əlaqədar verilir. Məhz bu səbəblərdən də əmək qanunvericiliyi hər il işçilərə məcburi qaydada ödənişli əmək məzuniyyətlərinin verilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən də bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əmək Məcəlləsinin 139-cu maddəsinə əsasən isə məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta aylıq əməkhaqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 25 avqust tarixli, 137 №-li qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş Siyahısı qəbul olunmuşdur və əmək məzuniyyəti vaxtı üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənişlərin həyata keçirilməsi hər bir işəgötürən üçün məcburidir.
Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta aylıq əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məzuniyyət vaxtı üçün hesablanmış orta aylıq əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
İşçilərə ödənilən əmək məzuniyyəti işçinin əmək münasibətlərində olduğu və əmək müqaviləsi bağladığı işəgötürənin vəsaiti hesabına həyata keçirilir. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, Əmək Məcəlləsinin 309-cu maddəsində və "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydada işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti həyata keçirən Təsərrüfathesablı Təchizat və İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri kimi sizin də Əmək Məcəlləsinin 135-ci maddəsində göstərilən qaydada müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etməyən işçilərə həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyində Təsərrüfathesablı Təchizat və İstehsalat İdarəsindən tələb etmək hüququnuz vardır. Əmək Məcəlləsinin 135-ci maddəsində göstərilən qaydada müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etməyən işçilərə həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsi heç bir halda və hər hansı bir səbəblə işəgötürənlər tərəfindən məhdudlaşdırıla bilməz və işçilərin bu hüquqları əmək qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.


- Əmək xəsarəti almış və ya digər səbəblərdən əmək qabiliyyətini itirmiş işçilərə xəstəlik vərəqələrinə görə müavinətlər hansı miqdarda ödənilir?

Abdulla HƏSƏNOV,
Masallı şəhəri.

- Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin
o 61-ci bəndinə əsasən: əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qazancın 100 faizi miqdarında verilir.
o 62-ci maddəsinə əsasən: əmək qabiliyyətini müvəqqəti itirən və 5 ilədək ümumi iş stajı olan işçilərə qazancın 60 faizi miqdarında, əmək qabiliyyətini müvəqqəti itirən və 5 ildən 8 ilə qədər ümumi iş stajı olan işçilərə qazancın 80 faizi miqdarında, əmək qabiliyyətini müvəqqəti itirən, 8 il və daha çox ümumi iş stajı olan işçilərə qazancın 100 faizi miqdarında müavinət ödənilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.