Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

04.08.08 - 15:151336 baxılıb

verməyinizi xahiş edirəm.
Sənan Quliyev,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən rəhbər işçilərin birgünlük ezamiyyə normaları, ona edilən əlavələr və rəhbər işçilərin kateqoriyası aşağıdakı qaydada müəyyən edilmişdir:




Rəhbər işçinin vəzifəsi

Əlavə (faizlə)
1.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
Azərbaycan Respublikası Baş nazirin müavinləri;
Azərbaycan Respublikasının Baş Prokuroru;
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili(ombudsman);
Azərbaycan Respublikası;
Azərbaycan Respublikası Milli Məclisinin deputatları;
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri 50%

2.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və hakimləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini;
Azərbaycan Respublikası Baş Prokrorunun müavinləri;
Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini və auditoriyaları;
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini;
Azərbaycan Respublikası Apelasiya məhkəmələrinin sədrləri və sədr müavinləri;
Məhkəmə-Hüquq Şurasının üzvləri;
Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Ağır cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədrləri və sədr müavinləri;
mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri 30%

3.Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər 25%


Cədvəlin 1-ci bəndində göstərilən şəxslərə xidməti ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi olanlara nəqliyyat xərcləri təyyarə üçün "biznes klass", dəmiryol qatarları üçün "biznes klass" və ya "2 yerli kupeli yumşaq vaqon" tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün "ekonom klass", dəmiryol qatarları üçün "4 yerli kupeli vaqon" tarifləri ilə ödənilir.
Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanalarda yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfə çox olmamaq şərtilə ödənilir.
Dövlət və hökumət nümayəndə heyətinə Azərbaycan Respublikasının hökuməti adından çıxış etmək səlahiyyəti və ya tapşırığı verilmiş nümayəndə heyətləri aid edilir.
Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.



- Əgər işçi bir təqvim ilində öz hesabına əməkhaqqı saxlanılmadan ödənişsiz məzuniyyətdə olarsa, işçiyə həmin il üçün növbəti ödənişli əmək məzuniyyəti necə verilməlidir? Yəni ödənişli əmək məzuniyyəti bütünlüklə verilməli və yaxud öz hesabına ödənişsiz məzuniyyətdə olduğu aylara düşən əmək məzuniyyəti günləri qədər çıxılmalı, həmin günlər qədər azaldılmalıdır. Bu barədə məlumat verməyinizi xahiş edirəm.
Mircəlal Seyidov,
Naxçıvan şəhəri.


- Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən:
işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
o əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
o uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti;
o təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
o ödənişsiz məzuniyyət.
Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.
Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Əmək Məcəlləsinin 132.2-ci maddəsinə əsasən isə, yalnız bu Məcəllənin 127- ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Əmək Məcəlləsinin bu maddələrinə əsasən, ödənişli və ödənişsiz məzuniyyət hüququ ayrı-ayrı məzuniyyət növləri hesab edilir və hər bir işçinin bu Məcəllənin 114-127-ci maddələrində nəzərdə tutulan ödənişli məzuniyyət hüququndan istifadə etmək hüququ vardır və ödənişsiz məzuniyyət hüququndan istifadə etmək ödənişli məzuniyyət hüququnun və günlərinin azalması ilə nəticələnmir.

Vətəndaşların qanuni istifadəsində olan torpaqlar özəlləşdirilə bilərmi?

İlkin QƏMBƏROV,
Qax rayonu.

- “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlara aid olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

- Azərbaycan Respublikası qanunvericiliyi ilə Rusiya Federasiyasında, Rusiya Federasiyasının Moskva və Sankt- Peterburq şəhərlərində, Ukrayna Respublikasında, Ukrayna Respublikasının Kiyev şəhərində, Belarus Respublikasında, Belarus Respublikasının Minsk şəhərində 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?

İkram HÜSEYNOV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Rusiya Federasiyasında -150 ABŞ dolları məbləğində, Rusiya Federasiyasının Moskva və Sankt- Peterburq şəhərlərində - 240 ABŞ dolları məbləğində, Ukrayna Respublikasında - 160 ABŞ dolları məbləğində, Ukrayna Respublikasının Kiyev şəhərində - 210 ABŞ dolları məbləğində, Belarus Respublikasında-140 ABŞ dolları məbləğində, Belarus Respublikasının Minsk şəhərində -180 ABŞ dolları məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- Birinci instansiya məhkəmələrində mülki işlərə hansı müddətdə baxılır?
Seymur ACALOV,
Bakı şəhəri.

- Mülki işlərdə ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayaraq müddətdə işə baxılmalı və qətnamə çıxarılmalıdır.
İşə bərpa, aliment tutulma sı, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (hərəkətsizliyinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.
Ayrı-ayrı kateqoriya işlərə baxılması və qətnamə çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər.

- Notariat qaydasında təsdiq edilmiş sənədin dublikatının verilməsi hansı qaydada mümkündür?

Rəvan MƏLİKOV,
Şəki şəhəri.

- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itdikdə şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.
İtirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Notariusun və ya müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı verir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.