Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

08.08.08 - 15:01840 baxılıb

- 1994-cü ildən 2004-cü ilədək Balakən rayonunda kitabxana direktoru vəzifəsində işləmişəm. Bu 10 il ərzində məzuniyyətdən istifadə etməmişəm. Məzuniyyətə çıxdığım illərin pul əvəzinin ödənilməsi ilə əlaqədar Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinə müraciət etmişəm. Oradan cavab verirlər ki, 2004-cü ilin 19 iyunundan 2005-ci ilin 18 iyuluna qədər işdə fasilə verdiyim üçün istifadə etdiyim məzuniyyətlərin pul əvəzi ödənilməyəcək. Bu məsələnin hüquqi tərəfi barədə ətraflı məlumat verməyinizi xahiş edirəm. Doğrudanmı, işdə bir il fasilə verdiyimə görə istifadə etdiyim məzuniyyətlərin pul əvəzini almaq hüququm yoxdur?

Gülarə MURADOVA,
Balakən rayonu.

- Sualınızda işdə yol verdiyiniz bir il müddətində fasilənin hansı səbəblərdən olmasını konkret göstərməmisiniz. Əgər bu fasilə qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsi, qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə və sair hallarla əlaqədar əmək müqaviləsinə xitam verilmədən və əmək münasibətlərinin kəsilmədən davam edən hallara aiddirsə, o halda sizin istifadə etmədiyiniz məzuniyyətlərin pul əvəzi Əmək Məcəlləsinin 135-ci maddəsində göstərilən qaydada və məbləğdə kompensasiya şəklində ödənilməlidir. Əgər sizin əmək müqavilənizə 2004-cü ilin 19 iyununda Əmək Məcəlləsinin 68-76, 83 və 84-cü maddələrində göstərilən qaydada xitam verilibsə, sizin bu kompensasiyanı almaq hüququnuz həmin dövrdə, yəni 2004-cü ilin 19 iyununda yaranıb. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin dövrdə sizin bu hüququnuz işəgötürən tərəfindən təmin olunmamışdır və göründüyü kimi, aranızda fərdi əmək mübahisəsi yaranmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən isə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bu maddədə qeyd olunan iddiaçının "yaxın qohumu" dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər.
Göstərilənləri əsas tutaraq hesab edirəm ki, 19 iyun 2004-cü il tarixdə əmək müqavilənizə xitam verilərkən istifadə etmədiyiniz iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi işlədiyiniz təşkilatın rəhbərliyi tərəfindən könüllü olaraq ödənilmədiyindən nəzərdə tutduğunuz ödəniş yalnız məhkəmə qərarı vasitəsilə həyata keçirilə bilər.


- Azərbaycan Respublikası qanunvericiliyi ilə Moldova Respublikasında, Moldova Respublikasının Kişinyov şəhərində, Gürcüstan Respublikasında, Gürcüstan Respublikasının Tbilisi şəhərində 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?

Nicat QƏŞƏMOV,
Bakı şəhəri.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına bir nömrəli əlavəyə Moldova Respublikasında -110 ABŞ dolları məbləğində, Moldova Respublikasının Kişinyov şəhərində-150 ABŞ dolları məbləğində, Gürcüstan Respublikasında - 140 ABŞ dolları məbləğində, Gürcüstan Respublikasının Tbilisi şəhərində - 155 ABŞ dolları məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- Mirasda məcburi pay nə deməkdir?

Gülər PƏNAHOVA,
Lerik rayonu.

- Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatan payın yarısını (məcburi pay) təşkil etməlidir.
Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüquqi vərəsəlik üzrə keçir.
Məcburi pay, vəsiyyət tapşırığı da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Vərəsələrin hər birinin məcburi payı müəyyənləşdirilərkən, əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.

- Dövlət mülkiyyətində olan hansı torpaqlar icarəyə verilə bilər?

Ruslan ORUCOV,
Bakı şəhəri.

- Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:
o dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;
o meşə fondu torpaqları;
o Xəzər dənizinin (gölünün), Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla, su fondu torpaqları;
o yay və qış otlaqlarının torpaqları;
o dövlət elmi - tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları;
o sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar;
o dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar.
Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Dövlət torpaqları icarəyə verilərkən onların hüquqi statusu, rejimi məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir.

- Hörmətli redaksiya!
ARDNŞ öz işçilərinə hər iş günü üçün 3 manat yemək pulu ödəyir. Bizim mühasibatlıq bu pulu ayın axırında əməkhaqqının üzərinə əlavə edib 18 faiz gəlir vergisi tutur. Yerdə qalan məbləğdən yenidən 18 faiz ƏDV (əlavə dəyər vergisi) tutur və sonra hər adambaşına 3 manatdan Fəhlə Təchizatı İdarəsinin hesabına pul köçürür. Bu nə dərəcədə doğrudur?

F. H. BAYRAMOV,
Kompleks Qazma İşləri Trestinin Tompanaj İdarəsi İstehsalat texniki şöbəsinin rəisi.


- Əməkhaqqından, üzərinə 3 manat yemək pulu da əlavə edilməklə, tutulan 18 faiz gəlir vergisinə aiddir. Bunun 14 faizi gəlir vergisidir. 3 faizi Sosial Müdafiə Fonduna olan ödəmə və 1 faizi isə müəssisə həmkarlar ittifaqı təşkilatına tutulan məbləğdir. Yerdə qalan məbləğdən yenidən 18 faiz ƏDV tutulması barədə sualınıza cavab olaraq bildirirəm ki, işçilərin əməkhaqqından yuxarıda göstərilən vergi və tutulmalardan əlavə 18 faiz ƏDV tutulması vergi qanunvericiliyinin tələblərinə ziddir. Bununla bərabər hesab edirəm ki, KQİT-nin Tompanaj İdarəsinin mühasibatlığı tərəfindən belə səhvlərə yol verilməsi də qeyri-mümkündür. Şübhə etmirəm ki, dediyiniz 18 faiz ƏDV işçilərin əməkhaqqından tutulmur. KQİT-nin Tompanaj İdarəsinin işlərin görülməsi və xidmətlərin göstərilməsi (işçilərin Fəhlə Təchizatı İdarəsi tərəfindən yeməklə təmin olunması ilə əlaqədar) ilə əlaqədar öz vəsaiti hesabına dövlət büdcəsinə köçürülən ödəmədir.

- Hansı vətəndaşların dövlət qulluğuna qəbul olunmaq hüququ vardır?

Seymur POLADOV,
Gəncə şəhəri.

- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən:
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsiyyətindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğunluğun peşə hazırlığına malik olan vətəndaşların dövlət qulluğuna girmək hüququ vardır.
Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda götürülə bilməz:
onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
məhkəmə onu müəyyən müddətə dövlət vəzifəsi tutmaq hüququndan məhrum etmişsə;
bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və qudalıq (ər-arvad, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
Dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanıla bilər. Yoxlamanın qaydası qanunvericiliklə müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.