Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

15.08.08 - 17:59686 baxılıb

2 sualıma izahat verməyinizi xahiş edirəm.

- 1) "Dövlət sirri haqqında" AR Qanunu hansı şəxslərə şamil edilir?
-2) Dövlət sirrinə aid edilməyən məlumatlar hansılardır?

Firdus HÜSEYNOV,
Sumqayıt şəhəri.


1.
- "Dövlət sirri haqqında" AR Qanununun 3-cü maddəsinə əsasən, bu qanunun müddəaları AR ərazisində və onun hüdudlarından kənarda AR dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatları, dövlət sirri haqqında AR qanunvericiliyinin tələblərini yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan AR vəzifəli şəxsləri və vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən hökmən icra edilməlidir. Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadıqda, digər dövlətlər tərəfindən Azərbaycan Respublikasına verilmiş dövlət sirri təşkil edən məlumatlar bu qanuna müvafiq mühafizə edilir.

2.
- Aşağıda göstərilən məlumatlar dövlət sirrinə aid edilmir və məxfiləşdirilmir:
o İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında
o Ekologiya, səhiyyə, sanatoriya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında
o Dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə, təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında
o İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında
o Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında
o Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında



- İşçilərin və iş yerlərinin attestasiyası hansı nəticələrə səbəb ola bilər?

Təranə İSAYEVA,
Bakı şəhəri.


- Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, işçilərin və iş yerlərinin attestasiyası aşağıdakı nəticələrə səbəb ola bilər:
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
2. İşəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
3. İş yerinin attestasiyasının keçirilməsinin nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
5. İşçilərin və iş yerlərinin attestasiyası komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilərlər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.



- Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru vəzifəsində 5 ildir ki, çalışıram. Çalışdığım müddət ərzində şöbədə kadr işləri üzrə təlimatçı və ya mütəxəssis ştatı olmadığından hərbiyə aid işləri də həyata keçirirəm. Aldığım məlumata görə, əgər şöbədə kadr işləri üzrə təlimatçı və ya kadr üzrə mütəxəssis ştatı olmadıqda hərbi işlərin aparılması həvalə olunan şəxslərə maaşlarının 30 faizi məbləğində əməkhaqqı hesablanmalıdır. Bu haqda mühasibə müraciət etdikdə bildirdi ki, mənim bundan xəbərim yoxdur, həmin məsələ ilə bağlı qanuni sənəd gətirildikdə hesablayıb ödəyərik dedi. Bu nə dərəcədə doğrudur? Əgər qanunidirsə, mənə əlavə pul ödənilə bilərmi?

D. ƏZİZOVA,
Qax rayonu.

- Müraciətinizlə əlaqədar bildiririk ki, Əmək Məcəlləsinin 161-cı maddəsinə əsasən, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Digər hallarda peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir. Siz də bağlanmış əmək müqaviləsində nəzərdə tutulmayan əmək funksiyalarınızla yanaşı əmək müqavilənizdə göstərilməyən digər əlavə işləri yerinə yetirdiyinizə görə əməkhaqqınıza işəgötürənlə razılaşdırılmaqla əlavə müəyyən edilib ödənilməlidir. İlk növbədə siz işlədiyiniz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiriyyətinə müraciət etməklə yerinə yetirdiyiniz əmək funksiyasına aid olmayan bu işlərin əlavə əmək funksiyaları kimi əmək müqaviləsinə daxil etməklə əməkhaqqına əlavə edilməsi barədə razılığa gəlməlisiniz. Qanunla nəzərdə tutulan qaydada əmək müqaviləsinə belə əlavələr edildiyi halda, sizin əlavə əməkhaqqı almaq hüququnuz və mühasibatlıq tərəfindən bu pulun ödənilməsi barədə mübahisə yaranmayacaq. Diqqətinizə çatdırıram ki, sizin bu hüququnuz yalnız qanunla nəzərdə tutulan qaydada belə bir əmək müqaviləsinin bağlandığı halda yaranır. Əgər müdiriyyət əmək funksiyanıza aid olmayan bu işlərin yerinə yetirilməsi ilə əlaqədar əlavə əməkhaqqının təyin edilməsi barədə, müvafiq məbləğin təyin edilməsi barədə razılığa gəlmirsə, sizin əmək müqavilənizdə göstərilməyən bu işlərin yerinə yetirilməsindən imtina etmək hüququnuz vardır.


- Dövlət notariat arxivi barədə məlumat verməyinizi xahiş edirəm.

Svetlana AĞAYEVA,
Bakı şəhəri.

- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanında 75 ilə qədər notariat sənədlərinin saxlanılması üçün dövlət notariat arxivi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət notariat arxivinin ştat sayını müəyyən edir və dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətlərinə dair Əsasnamə təsdiq edir.
Dövlət notariat arxivi hüquqi şəxsdir. Onun fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin (azad) edilən müdir həyata keçirir.
Dövlət notariat arxivinin müdiri (onu əvəz edən vəzifəli şəxs) bu arxivlərdə saxlanılan sənədlərdən dublikatlar verir, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq edir.
Dövlət notariat arxivinin öz adı və Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş möhürü olur.
Dövlət notariat arxivi notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumundan, şəhadətnamənin verilməsi və notariuslar tərəfindən notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərilən xidmətə görə alınan haqdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olmuş vəsait hesabına saxlanılır.

- Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi hansı qaydada həyata keçirilir?

Elnur VAHABOV,
Sumqayıt şəhəri.


- Fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla da şəxsin şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Maraqlı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığına qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabını dərc etdirmək hüququ vardır.
Şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.