Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

29.08.08 - 19:311205 baxılıb

- Uzun illərdir həmkarlar ittifaqı sistemində işləyirəm. Bilmək istəyirəm, ictimai əsaslarla işləyən həmkarlar ittifaqı komitə sədrlərinə il ərzində verilən mükafatlar, məzuniyyətlə əlaqədar məişət xərcləri məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddirmi?

Nicat HÜSEYNOV,
Gəncə şəhəri.

- "Sosial sığorta haqqında" AR Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:
o iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
o qanunvericilikdə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;
o işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
o əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
o istehsalatdan ayrılmaqla oxumağa göndərilmiş tələbələrə, aspirantlara ( magistrlərə ) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
o təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
o aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
o məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
o müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
o sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
o muzdlu və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği);
o yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
o dövlət qulluqçularına pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
o işəgötürənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
o köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;
o yubiley tarixlərinə görə yubilyara ödənilən birdəfəlik xarakter daşıyan mükafatlar;
o rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqı;
o fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (işəgötürənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əməkhaqqı fondu.


- Mən uzun müddət Dövlət Bankının Ağdaş rayon filialında müxtəlif vəzifələrdə çalışmışam. Səhhətimlə əlaqədar pensiyaya çıxmışam. Lakin mənə təyin olunan pensiyanın dövlət qulluğu pensiyaçısına aid olmadığını bildiriblər. Bunun nə dərəcədə düzgün olduğu barədə məlumat verməyinizi xahiş edirəm.

Ş.MAYILOV,
Ağdaş rayonu.

- Dövlət qulluqçusu pensiyasının təyin edilməsi üçün işləmiş olduğunuz vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda nəzərdə tutulmalıdır. Bu Siyahıda yalnız Azərbaycan Respublikasının Milli Bankında çalışan şəxslər nəzərdə tutulub.
K.ƏLƏKBƏROV,
AHİK-in şöbə müdiri.



- Hörmətli redaksiya!
Mən İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində metodika şöbəsinin müdiri işləyirəm. 2008-ci ilin mart ayının 1-dən 30-dək Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kursda olmuşam. Aradan 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu günə kimi ezamiyyə pulunu ala bilmirəm. Əsas maneəni yaradan isə Rayon Maliyyə İdarəsinin rəhbərliyidir.
Xahiş edirəm bir ay müddətində mənə Bakı şəhərində kursda olmağımla əlaqədar nə qədər ezamiyyə pulu çatması barədə məlumat verəsiniz və qanuni hüquqlarımın qorunmsına kömək edəsiniz.
Vaqif AĞAYEV,
İsmayıllı rayonu.

- Bildirmək istəyirəm ki, Azərba ycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı ezamiyyə xərclərinin normaları haqqında yeni qərarı qəbul edilmiş və bu qərar 2008-ci il martın ayının 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı ezamiyyə xərclərinin normaları haqqında qərarına əsasən, Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərara alınmışdır:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35.0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərində 25.0 manat, Respublika tabeli digər şəhərlərdə 20.0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15.0 manat müəyyən edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat ( taksidən istifadə istisna olmaqla) və digər xidmətlər daxildir. Nəqliyyat xərcləri ( ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili xərclər) təqdim edilən sənədlər əsasında öyrənilir. Göstərilən qərara əsasən sizin 30 gün müddəti üçün ezamiyyə xərcləri almaq hüququnuz vardır.



- Əməyin mühafizəsi qay dalarını pozmağa görə vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunurmu?

Baxış MÜRSƏLOV,
Bakı şəhəri.

- Əməyin mühafizəsi qaydalarına riayət etmək və işçilər üçün sağlam və təhlükəsiz iş şəraiti yaratmaq hər bir işəgötürənin və vəzifəli şəxslərin ən mühüm və vacib vəzifə öhdəliyidir. Əməyin mühafizəsi qaydalarını pozmağa görə rəhbər işçilər və digər vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən:
Texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və az ağır zərər vurularsa - minimum əməkhaqqının məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki il müddətədək islah işləri ilə və ya 6 ay müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ildən beş ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


- Əlvan metallurgiya sahəsində əritmə sexlərinin daxilində işləyən əlvan metallurgiya məhsulunun nəzarətçisinin, briket pressinin maşinistinin, sobaçının, pirometrçinin, dülgərin, köməkçi (nəqliyyatçı) fəhlənin, nümunəgötürənin, yağlayıcının, şüşəüfürənin, istehsalat sahələrini yığışdıranın əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?
Rəşad HEYBƏTOV,
Gəncə şəhəri.

- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən ,zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 3b bölməsinin 206-215-ci bəndlərinə əsasən: Əlvan metallurgiya sahəsində əritmə sexlərinin daxilində işləyən əlvan metallurgiya məhsulunun nəzarətçisinin 12, briket pressinin maşinistinin 12, sobaçının 12, pirometrçinin 12, dülgərin 6, köməkçi (nəqliyyatçı) fəhlənin 6, nümunəgötürənin 6, yağlayıcının 6, şüşəüfürənin 6, istehsalat sahələrini yığışdıranın 6 gün əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.