Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

05.09.08 - 20:241256 baxılıb

- Müxtəlif bəhanələrlə xarici şirkətlərdə işləyən hamilə qadınlarla əmək müqaviləsi ləğv edilir. Əsassız işdən azad olunmaları təsdiq olunarsa, belə hallarda müəssisə və təşkilat rəhbərləri hansı qaydada məsuliyyət daşıyırlar?
Səmayə VEYİSOVA,
Bakı şəhəri.

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1 - ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 164- cü maddəsinə əsasən isə hamilə, 3 yaşadək uşağı olan qadınlarla əmək müqaviləsini əsassız ləğv edən işəgötürən - minimum əməkhaqqı məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə ilə cəzalandırılır.
Qeyd etmək lazımdır ki, işə bərpa ilə əlaqədar əmək mübahisələri ilə bağlı iddia ərizələri ilə məhkəməyə müraciət etmə müddəti əmək qanunvericiliyi ilə 1 ay müddətində nəzərdə tutulub. Hamilə və 3 yaşadək uşağı olan qadınlar müəyyən üzrlü səbəblərdən onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsindən xəbər tuta bilmədikdə (əmrin surətini, əmək kitabçasını və ya son haqq-hesabı qanunda nəzərdə tutulan vaxtda ala bilmədikdə) və ya özlərinin və uşağın səhhəti ilə əlaqədar bu müddəti buraxdıqları halda, buraxılmış iddia müddəti məhkəmələr tərəfindən üzrlü hesab edilməklə əmək mübahisəsinə mahiyyəti üzrə baxıla bilər. Bildirmək istəyirəm ki, xarici şirkətlərdə işləyən və hamiləliklə əlaqədar əmək müqaviləsinə xitam verilmiş qadınlar məhkəməyə müraciət etməklə əksər hallarda məhkəmə vasitəsilə öz hüquqlarını bərpa etməyə nail olurlar.

- Aşağıdakı sualımıza aydınlıq gətirməyinizi xahiş edirik. Vaxtilə yüngül sənaye işçilərinə, bəzi peşələr istisna olmaqla, əmək pensiyasına çıxmaq üçün güzəştlər olub. 2007-ci ilin yanvar ayından toxuculuq sənayesində çalışan usta köməkçilərinin əvvəlki güzəştləri Milli Məclisin qərarı ilə bərpa olunub və əməkçilər tərəfindən sevinclə qarşılanıb. Ancaq həmin peşə sahibləri ilə birgə çalışan adı yüngül, özü çox zəhmət tələb edən toxucu peşə sahibləri yada düşməyib. Bu peşə sahibləri adətən qadınlar olur və hər gün səkkiz saat ayaq üstə incə saplara xidmət üçün xidmət sahəsində olur. Yeri gəlmişkən, onlar dünyada ən qədim peşə sahibləridir.
Vaxtilə qüvvədə olan həmin qanunun nə vaxt qüvvədən düşməsi, bəlkə də qüvvədən düşməyib və ya icrası dayandırılıb və onu hüquqi cəhətdən necə bərpa etmək olar? Bu qanunun bərpası respublikada böyük bir əmək kollektivinin arzusu olardı. Əvvəlcədən təşəkkürümüzü bildiririk.
" Şəki-İpək" ASC-nin kollektivi.

- Bildirmək istəyirəm ki, 2007-ci ilin yanvar ayına kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən münasibətlər "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə tənzimlənib. Həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilib. Bu münasibətlər hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə tənzimlənir. Bu qərara əlavə və dəyişiklik etmək səlahiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Bir faktı da nəzərinizə çatdırıram ki, bu Siyahıya daxil edilməyən və bu səbəbdən də Sizi qane etməyən toxuculuq sahəsinə aid olan ayrı-ayrı peşə və vəzifələr istisna olmaqla, bu Siyahıda Sizin dediyiniz kimi, dünyada ən qədim peşə sahibləri olan toxucular da yaddan çıxmayıb. Belə ki, qeyd olunan bu Siyahının 26-cı bölməsində toxuculuq sahəsində yüzlərlə qədim peşə sahiblərinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verilib. Konkret müraciət əsasında biz toxuculuq sahəsinə aid olan və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə barədə sualınıza cavab verə bilərik. Zəruriyyət yarandığı halda və kollektiv müraciət əsasında biz növbəti saylarımızda hissə-hissə olmaqla bu Siyahının 26-cı bölməsində toxuculuq sahəsinə aid olan və işçilərə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin tam siyahısını dərc edə bilərik.

- Mən 1984-cü ildən Rayon Mədəniyyət Şöbəsində müxtəlif vəzifələrdə, 1995-ci ildən isə məsləhətçi inspektor vəzifəsində dövlət qulluğunda çalışıram. İşlədiyim müddətdə 1995-ci ildən məzuniyyət hüququndan istifadə etməmişəm. Rayon Maliyyə İdarəsi bu illərin məzuniyyət haqqını verməkdən boyun qaçırır. Onlar yalnız 2000-ci ildən bu günə qədər olan məzuniyyət haqqını ödəmək istəyirlər. Bilmək istəyirəm, istifadə olunmamış məzuniyyət haqqı hansı əsaslarla və hansı ildən ödənilməlidir? 2008-ci ilin iyulun 1-dən əməkhaqqı qalxıb. Belə olan halda istifadə olunmamış məzuniyyət hansı məbləğdə ödənilməlidir?

Tərlan MURADOV,
Bakı şəhəri.

- Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Qanunun bu maddəsini əsas tutaraq hesab edirəm ki, sizə istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi bütün illər üçün mübahisəsiz olaraq ödənilməlidir. Lakin ödəmə qaydası fərqli olacaqdır. Belə ki, 1995-ci ildən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi sizə həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə 01 iyul 1999-cu ildən qüvvədə olan Əmək Məcəlləsinə uyğun olaraq ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta aylıq əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məzuniyyət vaxtı üçün hesablanmış orta aylıq əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 №-li qərarına əsasən məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əməkhaqqı aşağıdakı qaydada əmsallaşdırılır:

(ƏH1 x Ə1 + ƏH2 x Ə2 +…) +ƏH
Orta aylıq əməkhaqqı= ------------------------------------------------
N

Burada ƏH1, ƏH2 …-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əməkhaqqının cəmi;
ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əməkhaqqının cəmi;
Ə1, Ə2… son kütləvİ artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları;
N- məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.
Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfathesablı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları artırıldıqda orta aylıq əməkhaqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

- Yaşa görə əmək pensiyasına çıxarkən əmək pensiyasının məbləğinin müəyyən edilməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Əhmədağa ƏHMƏDOV,
Bakı şəhəri.

- Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir). 01.09.2008-ci il tarixdən əmək pensiyasının baza hissəsinin məbləği Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 75 manat təyin edilmişdir.
Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK/ T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - "Əmək pensiyaları haqqında" AR Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH- yaşa görə əmək pensiyasının baza hissəsidir; SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH- yaşa görə əmək pensiyasının yığım hissəsidir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.