Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

12.09.08 - 18:19734 baxılıb

- Əmək veteranıyam. 16.11.1989-cu ildən Əli Bayramlı ( indiki Şirvan) şəhərində təsis edilmiş "Azərittifaq" Ticarət Cəmiyyətində Təftiş Komissiyasının sədri vəzifəsində işləmişəm. Həmkarlar İttifaqı Təşkilatının üzvü olmuşam. İxtisara düşməyimə baxmayaraq, mənim əmək kitabçama "öz ərizəsi ilə işdən azad edilib" yazıblar. İşlədiyim müddətdə Cəmiyyətin əmlakına payçı olmuşam, vəsiqəm var. 1977-ci ildən Cəmiyyət fəaliyyətini dayandırıb, əmlak bölüşdürülüb. Mənə 1977-ci ildən bu günə kimi heç bir əmlak təklif olunmayıb. Bilmək istəyirəm, mənim Cəmiyyətdən pay almaq hüququm varmı, əgər varsa, hara müraciət etməliyəm?

Rza MIRZƏYEV,
Şirvan şəhəri.

- Əmək Məcəlləsinin 180-cı maddəsinə əsasən işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Əmək Məcəlləsinin bu maddəsini əsas tutaraq hesab edirəm ki, əmək münasibətlərində olduğunuz Cəmiyyət ləğv edilərkən sizin də bu Cəmiyyətin əmlakından pay almaq hüququnuz qanunla müəyyənləşdirilib. Bununla bərabər bildirmək istəyirəm ki, bu hüququnuzun pozulduğu vaxtdan 11 il keçdiyindən bir çox problemlərlə, o cümlədən də öz hüquqlarınızın bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək üçün müddətin buraxılması problemi ilə rastlaşa bilərsiniz. Əmək münasibətlərində olduğunuz və hazırda ləğv edilmiş və ya səhmdar cəmiyyətə çevrilmiş müəssisədən əmlak payınızı almaq məqsədi ilə siz ilk növbədə həmin Cəmiyyətin tabe olduğu yuxarı orqana və ya həmin Cəmiyyətin hüquqi varisinə müraciət etməlisiniz. Alınmış cavablar sizi qane etmədiyi halda, bu müəssisə və ya təşkilatın hüquqi ünvanının yerləşdiyi rayonun məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlisiniz. Məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsində və Mülki Prosessual Məcəllədə göstərilən müddət sizin tərəfinizdən buraxıldığı üçün buraxılmış müddətin üzrlü sayılmaqla müddətin bərpa olunması barədə ərizə də iddia ərizənizə əlavə edilməlidir.

- Hansı bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilər?

İsa QULİYEV,
Lənkəran rayonu.

- Azərbaycan Respublikasının "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanununun 7-ci maddəsinə əsasən:
Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:
o yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
o kənd təsərrüfatının azyararlı və yararsız torpaqları;
o hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar;
o qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar.
Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub- olmamasından asılı oimayaraq haqqı ödənilməklə aşağıdakılara verilir:
o fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına;
o fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə;
o sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.
Müvafiq inzibati-ərazi vahidi daxilində adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi hallarda bələdiyyələr torpaq sahəsini ilk növbədə öz ərazilərində yaşayan vətəndaşlara və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edə bilər.

- İşsizlik müavinətinin ödənilməsi hansı hallarda dayandırıla bilər?

Sevda QULİYEVA,
Sumqayıt şəhəri.

- Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsi 3 ayadək dayandırıla bilər:
o İşsiz vətəndaş təklif olunan 2 münasib işdən imtina etdikdə.
o İşsiz vətəndaş müavinət almaq üçün müvafiq icra hakimiyyəti orqanında üzrsüz səbəbdən ayda bir dəfə yenidən qeydiyyatdan keçmədikdə.
o Ödənilən işsizlik müavinətinin dayandırıldığı aylar müavinətin təyin edildiyi ümumi müddətdən çıxarılır və həmin dövr işsizlərin stajına daxil edilmir.
Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsi müvəqqəti olaraq dayandırıla bilər:
o Təlim və yoxlanış toplantılarına çıxarılmış hərbi mükəlləfiyyətli işsiz vətəndaşlar toplanışda olduqları müddətdə.
o Müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işsiz vətəndaşın peşə hazırlığı, yenidən hazırlığı və ixtisasartırma kurslarına cəlb olunduğu müddətdə (tədris başa catdıqdan sonra belə vətəndaşlar onlardan asılı olmayan səbəblərdən münasib işlə təmin olunmadıqda).
o Başqa şəhərdə qiyabi təhsil alan işsiz vətəndaşlar təhsillə əlaqədar daimi yaşayış yerini tərk etdikləri dövrdə.
o İşsizlik müavinətinin müvəqqəti dayandırıldığı dövr müavinətin təyin edildiyi ümumi müddətdən çıxarılmır və həmin dövr ümumi staja əlavə edilir.

- Rabitə sahəsində çalışan, rabitənin yeraltı obyektlərində daimi işləyən işçilərin, şəhərlərarası sifariş, sorğu kommutatorlarında və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində telefonçuların, şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçularının qısaldılmış iş həftəsinin müddəti neçə saatdır?

Səidə ORUCOVA,
Gəncə şəhəri.

- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 27-ci bölməsinin 2, 5 və 6-cı bəndlərinə əsasən rabitə sahəsində çalışan, rabitənin yeraltı obyektlərində daimi işləyən işçilərin, şəhərlərarası sifariş, sorğu kommutatorlarında və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində telefonçuların, şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçularının qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.

- Hansı orqanlar fərdi əmək mübahisələrinə baxan orqanlar hesab edilir?

Səfayə MÜRSƏLİYEVA,
Gəncə şəhəri.

- Bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqlarının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
Əmək Məcəlləsi əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olaraq tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.
Məhkəməyə qədər fərdi əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisələrin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər fərdi əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.


- Notariusun və notariat hərəkətini aparan vəzifəli şəxsin apardığı notariat hərəkətlər hansı qaydada qeydə alınır?
Çinarə ƏHMƏDOVA,
Şəki rayonu.


- “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardığı bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.
Notariat hərəkətlərin qeydi üçün reyestrlərin,notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiqi qeydlərinin formalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

- Mülki işlərdə apelyasiya instansiyası məhkəməsinin hansı səlahiyyətləri vardır?
Əli HÜSEYNOV,
Dəvəçi rayonu.

- Mülki Prosessual Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi:
o birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
o qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
o qətnaməni dəyişdirə bilər;
o qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.


- Azərbaycan Respublikası qanunvericiliyi ilə Lüksemburq və Makedoniyada 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?

Kamal SEYİDOV,
Bakı şəhəri.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən Lüksemburqda- 190 avro məbləğində, Makedoniyada - 190 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.