Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Fərdi əmək mübahisələrinin həlli üçün iddia müddətləri barədə məlumat verməyinizi xahiş edirəm.
Vüsal VƏLİYEV, Gəncə şəhəri.
- Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulduğunu aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqinin, çekinin) verildiyi, həmçinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Üzrlü səbəblərdən -iddiaçının xəstələnməsi,ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisələrinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının yaxın qohumu dedikdə - işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər.
- Hansı orqanlar fərdi əmək mübahisələrinə baxan orqanlar hesab edilir?
Səfayə MÜRSƏLİYEVA, Gəncə şəhəri.
- Bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqlarının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsi əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olaraq tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Məhkəməyə qədər fərdi əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisələrin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər fərdi əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
- Neftin qazılması sahəsində dərin qazma (struktur - axtarış) neft-qaz kəşfiyyatının rəisləri, buruq qurğularının rəisləri və onların müavinləri, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri, quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri, quyularda geofiziki təbliğatlar aparan mədən geofizik partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən geofizik partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər, quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, avadanlığın təmiri üzrə ustalar, quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində, quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində, qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları vəzifəsində işləyən rəhbər və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ varmı? Fərman OSMANOV, Siyəzən rayonu.
- "Əmək pensiyalari haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu maddəsinin b) bəndinə əsasən, neftin qazılması sahəsində dərin qazma (struktur - axtarış) neft-qaz kəşfiyyatının rəisləri, buruq qurğularının rəisləri və onların müavinləri, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri, quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri, quyularda geofiziki təbliğatlar aparan mədən geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən geofizik partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər, quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, avadanlığın təmiri üzrə ustalar, quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində, quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində, qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları vəzifəsində işləyən rəhbər və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır.
- İcra sənədi ilə tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri barədə məlumat verməyinizi xahiş edirəm.
Pərvin SALAMOV, Xırdalan şəhəri.
- İcra sənədi ilə tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz: o sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə; o xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə; o uşağın dolanması ilə əlaqədar; çoxuşaqlı analara, tənha ata və anaya, pensiyaçılara və birinci qrup əlillərə qulluğa görə, sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə; o ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə; o işdənçıxma müavinətinin məbləğinə; o aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə; o Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə.
- Fiziki və hüquqi şəxslərin ağac-kol bitkiləri üzərində mülkiyyət hüquqları ola bilərmi?
Səbuhi EYVAZOV, Oğuz rayonu.
- Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 12-ci maddəsinə əsasən: Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac- kol bitkiləri, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.
- Torpaq mübahisələrini həll edən orqanlar hansılardır?
Şirəli HÜSEYNOV, Kürdəmir rayonu.
- Azərbaycan Respublikasının Torp aq Məcəlləsinin 103-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq mübahisələrini həll edən orqanlar aşağıdakılardır: Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.