Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

27.09.08 - 17:25757 baxılıb

- Torpaqlar hansı şərtlərlə icarəyə verilə bilər?

Mobil SÜLEYMANOV,
Şəki rayonu.

- "Torpaq icarəsi haqqında" Qanunun 9-cu maddəsinə əsasən, torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlər nəzərə alınır:
o ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;
o dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsində torpaq qanunvericiliyində nəzərdə tutulmuş növbəliliyə əməl edilməsi;
o torpaqların təyinatı üzrə istifadə edilməsi;
o torpaqların istifadəsi zamanı ekolojı tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi;
o torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;
o kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.


- Azərbaycan Respublikası qanunvericiliyi ilə Macarıstan və Kiprdə 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?

Rəşad İSLAMOV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Macarıstanda- 160 avro məbləğində, Kiprdə - 160 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- İşçilərin " əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddiaları üzrə və ya "əməkhaqqının ödənilməsi" barədə mülki işlərə dair təmin olunmuş iddia ərizələri üzrə məhkəmə qətnamələri Apelyasiya Məhkəməsinə qədər icra oluna bilərmi?
Səidə HƏTƏMOVA,
Bakı şəhəri.

- Mülki Prosessual Məcəllənin 235.1.2-ci maddəsinə əsasən, əməkhaqqının ödənilməsi barədə iddialar üzrə qəbul edilən qətnamələr digər qətnamələrdən fərqli olaraq dərhal icra edilən qətnamələrə aiddir. İşçilərin " əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə" iddiaları üzrə və ya "əməkhaqqının ödənilməsi" barədə mülki işlərə dair iddia ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsi qəbul edilərsə, burada işçinin məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi və ya əməkhaqqının ödənilməsi barədə iddiası da təmin edilmiş olur. Bu səbəbdən hər bir işçi bilməlidir ki , mülki işin iddia tələbinin əməkhaqqının ödənilməsi hissəsi dərhal icra edilən qətnamələrə aiddir, iddia ərizəsi verilərkən və ya məhkəmə prosesinin gedişində qəbul ediləcək qətnamənin dərhal icra edilməsi barədə iddia tələbi irəli sürülməlidir. Cavabdeh müəssisənin apelyasiya şikayəti verib-verməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsi olan rayon məhkəmələrinin əməkhaqqının ödənilməsi barədə qətnamələri dərhal icra olunmalıdır. Hesab edirəm ki, əməkhaqqının ödənilməsi barədə işçinin təmin olunmuş iddia tələbi işəgötürən tərəfindən təmin olunmadan apelyasiya şikayətinin qəbul edilməsi qanunauyğun deyil. Apelyasiya şikayətini təqdim edən işəgötürən apelyasiya şikayətinə əməkhaqqının ödənilməsi barədə müvafiq arayışı da bu şikayətə əlavə etməlidir. Əks halda isə bu şikayətin qəbul edilməsindən imtina edilməlidir.

- "İşə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddialar üzrə mülki işlərə hansı müddətdə baxılıb qərar qəbul ediməlidir?


Rəhim POLADOV,
Sumqayıt şəhəri.

- Mülki Prosessual Məcəllənin 172.2-ci maddəsinə əsasən, "işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddialar üzrə mülki işlərə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən bir ay müddətində baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd etmək istəyirəm ki, bu müddət hakim tərəfindən mülki işin icraata qəbul edilməsi anından deyil, iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən başlayır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.