Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

03.10.08 - 19:02972 baxılıb

- İşsizlik müavinətinin ödənilməsinə hansı hallarda xitam verilə bilər?
Mirəli HƏSƏNOV,
Göyçay rayonu.

- Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsinə xitam verilir:
o İşsiz vətəndaş işsizlik müavinətini saxta sənədlər təqdim etmək yolu ilə aldıqda.
o İşsiz vətəndaş işsizlik müavinəti aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına bildirmədən işə düzəldikdə.
o İşsiz vətəndaş azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə.
o İşsiz vətəndaş işə düzəldikdə, hərbi xidmətə çağırıldıqda, vəfat etdikdə.
o İşsiz vətəndaş müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşə hazırlığı (yenidən hazırlıq) kurslarına üzrsüz səbəbdən gəlmədikdə və yaxud tədrisi başa vurduqdan sonra təklif olunan iki münasib işdən imtina etdikdə.
o İşsiz vətəndaş müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda.



- İşəgötürən işçiyə qarşı ona maddi ziyan vurulması ilə əlaqədar hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən hansı müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər?

Telman HƏŞİMOV,
Şirvan şəhəri.

- Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işəgötürən işçiyə qarşı hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən bir təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən bir il müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

- Məhkəmədə hansı şəxslərin şahid qismində dindirilməsi qanunauyğundur?

Səadət BAXIŞOVA,
Bakı şəhəri.

- Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.

- Hansı işçilər gecə vaxtı işlərə cəlb edilmir?

Nailə PİRİYEVA,
Mingəçevir şəhəri.

- Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən:
Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə yol verilmir.
Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

- Əfvetmə nə vaxt tətbiq olunur?

Rəsul İSLAMOV,
Qobustan rayonu.

- Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində AR Prezidenti tərəfindən həyata keçirilir. Bu aktla cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətdə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər.
Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Əfvetmə aktı məhkəmədən kənar Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən və məhkumları cəzadan azad edən aktdır. Əfvetmə aktında cəzadan azad edilən məhkumlar fərdən sadalanır. Bağışlama aktı ilə məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilir, təyin edilən cəzanın müddəti azaldılır, yaxud da cəzanın çəkilməmiş hissəsi başqa yüngül cəza ilə əvəz edilir. Əfvetmə aktı ilə şəxsin məhkumluğu da üzərindən götürülə bilər.
Törədilən cinayətə görə barəsində ibtidai istintaq gedən, yaxud da məhkəmə baxışında olan şəxslər əfvetmə aktı ilə məsuliyyətdən azad edilə bilməz.
Əfvetmə aktı ilə ömürlük azadlıqdan məhrumetmə cəzası müddətli azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilə bilər. Belə hallarda əvəz edən müddətli azadlıqdan məhrumetmənin yüksək həddi 25 ildən artıq ola bilməz. Əfvetmə aktı aşağıda qeyd edilən cəhətlərinə görə amnistiya aktından fərqlənir:
o əfvetmə aktı amnistiyadan fərqli olaraq normativ xarakterli deyildir. Əfvetmə konkret hallar üzrə tətbiq edilən aktdır;
o əfvetmə aktı fərdən məlum şəxslər barəsində tətbiq edildiyi halda, amnistiya fərdən qeyri - müəyyən məhkumlar barəsində tətbiq edilir;
o əfvetmə aktı birbaşa konkret məhkumun, yaxud da fərdən bəlli məhkumların cəzadan azad edilməsinin hüquqi əsası olduğu halda, amnistiya aktının icrası həvalə edilən orqanın verdiyi akt əsasında cinayət törədən şəxs məsuliyyətdən və cəzadan azad edilir;
o əfvetmə aktının verilməsinə dair vəsatət məhkum, məhkumun qohumları və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən verilir. Belə vəsatəti törətdiyi cinayətə görə respublikamızda cəzaçəkən əcnəbilər barəsində xarici dövlətlərin səlahiyyətli orqanları da qaldıra bilər. Amnistiya aktı isə qaldırılan vəsatətə görə deyil, səlahiyyətli hakimiyyət orqanının təşəbbüsü ilə verilir.

Aşağıdakı 2 sualıma aydınlıq gətirməyinizi xahiş edirəm.
1) - İşçilərin hansı xidməti tapşırıqları yerinə yetirməsi xidməti ezamiyyət sayılır?
2) -Təşkilat işçilərinin ezamiyyətə göndərilməsi hansı qaydada rəsmiləşdirilir?

Rizvan MƏMMƏDOV,
Bakı şəhəri.

1. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın birinci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
2. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın ikinci və üçüncü bəndlərinə əsasən, təşkilat işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbəri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.
Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublikadaxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu qaydaların əlavəsinə uyğun olaraq " Ezamiyyə vəsiqəsi" verilir.
İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir.

- Əməyin mühafizəsi qaydalarını pozmağa görə vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunurmu?

Hidayət OSMANOV,
Şirvan şəhəri.

- Cinayət Məcəlləsinin 162 - ci maddəsinə əsasən, texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və az ağır zərər vurularsa - yüz on manatdan beş yüz əlli manatadək miqdarda cərimə və ya iki il müddətədək islah işləri ilə və ya 6 ay müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ildən beş ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

- Rayon məhkəməsinin qətnaməsindən hansı müddətdə apelyasiya şikayəti verə bilərəm?

Təranə İSAYEVA,
Zaqatala rayonu.

- Rayon məhkəmələrinin qətnamələrindən Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinə məhkəmə Qətnaməsi təqdim olunan ( alınan) gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.