Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Nazirlər Kabinetinin " Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarının 12-ci bəndinə əsasən növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən müavinət işçinin əmək qabiliyyətini itirdiyi bütün günlər üçün verilir. Bu qərarın 13-cü bəndinə əsasən əməkhaqqı saxlanılmadan məzuniyyət və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Bu qərarın 12-ci bəndinə əsasən növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi bütün günlər üçün verilən günlərin sayına uyğun olaraq məzuniyyət günləri artırılır. Lakin bu əlavə günlər məzuniyyət günlərinin sayının artırılması kimi deyil, xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə təqdim olunmuş xəstəlik vərəqələrinə görə artırılma kimi başa düşülməlidir.
- Hörmətli redaksiya, Sizə bildirirəm ki, 1991-ci ildən hazıradək Daşkəsən şəhəri S.Vurğun adına orta məktəbdə laborant vəzifəsində işləyirəm. Aylıq əməkhaqqım 84 manatdır. Bu ilin fevral ayında istifadə etmədiyim məzuniyyətlərə görə kompensasiya hesablandı. 1991-1995-ci iş illəri üçün mənə 392 manat 21 qəpik pul düşdüyünü dedilər və bu barədə mənə arayış da təqdim etdilər. Lakin sonradan bildirdilər ki, mənə düşən kompensasiya həmin dövrün qanunvericiliyinə əsasən düzgün hesablanmayıb. Kompensasiyanın məbləği 105 iş gününə görə 24 manat 46 qəpik olmalıdır. Halbuki, Əmək Məcəlləsinin 140-cı maddəsində yazılır ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilib ödənilməlidir. Bilmək istəyirəm mənə işlədiyim müddətdə istifadə etmədiyim 1991-1995-ci iş illərinə görə kompensasiya düzgün ödənilmişdirmi?
R. BƏXTİYAROVA, Daşkəsən şəhəri
- İstinad etdiyiniz Əmək Məcəlləsinin 140-cı maddəsi 01 iyul 1999-cu il tarixdən qüvvədədir. Bu hüquq norması həmin tarixdən sonra təqdim edilən və istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyalar hesablanarkən nəzərə alınır. Konstitusiya Məhkəməsinin 01.12.2002-ci il tarixdən qüvvəyə minmiş 29.11. 2002-ci il tarixli qərarına əsasən əmək müqaviləsinə xitam verilərkən 1999-cu ilin iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə 01 iyul 1999-cu ildən qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Qeyd olunan dövrdə qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 71-ci maddəsinə əsasən, fəhlə və qulluqçulara hər il tədricən artırılmaqla və əlavə məzuniyyətlər nəzərə alınmadan 15 iş günü ödənişli məzuniyyət, 1994-cü ildə qəbul edilmiş və 1997-ci ildən Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş " Məzuniyyətlər haqqında" Qanuna əsasən əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarət olmaqla əsas məzuniyyət 21, 30 təqvim günü, əlavə məzuniyyət isə 3, 6, 9 təqvim günü müəyyən edilmişdir. Qeyd olunanları əsas tutaraq hesab edirəm ki, Konstitusiya Məhkəməsinin 29.11.2002-ci il tarixli qərarına əsasən əmək müqaviləsinə xitam verilərkən 1999-cu ilin iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə ödənilərkən Konstitusiyanın 149-cu və Əmək Məcəlləsinin 317-ci maddələrinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, bu hüquq normalarına əsasən "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir". Göstərilənləri əsas tutaraq hesab edirəm ki, Sizə 4 iş ili üçün 105 günə görə 24 manat 46 qəpik məbləğində istifadə edilməyən məzuniyyətlərə görə kompensasiya ödənilməsi Konstitusiyanın 149-cu, Əmək Məcəlləsinin 140 və 317-ci maddələrinin tələblərini pozur.
- Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və ya əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı bir şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi - kompensasiya ödənilməlidir. Mülki Məcəllənin 551.2.3-cü maddəsinə əsasən işçilərin əmək münasibətləri üzrə tələbləri 5 il keçdikdən sonra öz qüvvəsini itirir. Buradan belə nəticəyə gəlmək olarmı ki, işçinin yalnız 2003-cü ildən bəri istifadə etmədiyi iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi - kompensasiya almaq hüququ vardır. Bilmək istəyirəm işəgötürən Mülki Məcəllənin 551.2.3-cü maddəsini əsas gətirərək işçiyə 6-7 il bundan əvvəlki istifadə etmədiyi iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya verməkdən imtina edə bilərmi?
Cavanşir ƏLİYEV, "Şəmkir RET" MMC-nin kadrlar şöbəsinin rəisi.
- Sualınızda qeyd etdiyiniz kimi, Mülki Məcəllənin 551.2.3-cü maddəsinə əsasən, işçilərin əmək münasibətləri üzrə tələbləri 5 il keçdikdən sonra öz qüvvəsini itirir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında əmək münasibətləri ilk növbədə Əmək Məcəlləsi ilə tənzim olunur. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən isə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən, bilə-bilə, qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bu maddədə nəzərdə tutulan iddiaçının "yaxın qohumu" dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər. Bir faktı da qeyd etmək istəyirəm ki, işlədiyi müddətdə işçiyə işəgötürən tərəfindən əmək məzuniyyətinin verilməməsi qanun pozuntusudur. Lakin işlədiyi müddətdə işəgötürən tərəfindən işçinin əmək məzuniyyətinə çıxma hüququnun pozulması onun bu günlərə görə kompensasiya almaq hüququnun iddia müddətinin axımına və ya bitməsinə səbəb olmur. Bu iddia müddətinin başlanması və ya bitməsi Əmək Məcəlləsinin 83, 84 və 144-cü maddələrində nəzərdə tutulan qaydada, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tərtib olunub və bir surətinin işçiyə verildiyi gündən başlayır. Bu əmrin işçiyə təqdim olunduğu gündən Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən 1 il müddətinin və Mülki Məcəllənin 551.2.3-cü maddəsində qeyd olunan işçilərin əmək münasibətləri və tələbləri üzrə 5 il iddia müddətinin axımı başlayır. Eyni zamanda, bir faktı da Sizin nəzərinizə çatdırıram ki, əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzinin ödənilməsi və hansı qaydada ödənilməsi barədə Konstitusiya Məhkəməsinin müvafiq qərarı vardır. Belə ki, Konstitusiya Məhkəməsinin 29.11.2002-ci il tarixli, 01.12.2002-ci il tarixdən qüvvəyə minmiş qərarına əsasən, əmək müqaviləsinə xitam verilərkən 1999-cu ilin iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə 01 iyul 1999-cu ildən qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Hesab edirəm ki, yuxarıda göstərilən qanunvericilik daxilində əmək müqaviləsinə xitam verilərkən işçilərin Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və ya əsasından asılı olmayaraq onlara işdən çıxan günədək hər hansı bir şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi - kompensasiya ödənilməlidir.
- 2007-ci ilin aprel ayında həyat yoldaşımla məhkəmə qaydasında boşanmışam. Hazırda 2 uşağa görə əməkhaqqımın 33 faizi məbləğində aliment ödəyirəm. Qızımın 19 yaşı var, oğlumun isə 18 yaşı 6 aydan sonra tamam olacaq. Biri ali məktəbdə, digəri isə texnikumda oxuyur. Müraciət etdiyim hüquqşünas və vəkillər mənim uşaqlara alimenti 18 yaşlarına qədər yoxsa ali məktəbdə, texnikumda təhsillərinin başa çatdığı qədər ödəməli olduğum barədə sualıma müxtəlif cavablar verirlər. Sizdən xahiş edirəm qəzetiniz vasitəsilə bu sualıma aydınlıq gətirəsiniz.
C. KAZIMOV, Bakı şəhəri.
- Bildirirəm ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsi və onlara alimentin ödənilməsi qaydaları Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin 75 və 78-ci maddələrində valideynlərin uşaqlarını saxlaması və aliment ödəməsi onlar yetkinlik yaşına çatana qədər, (yəni 18 yaşına qədər) nəzərdə tutulub. Ailə Məcəlləsinin 113-cü maddəsinə əsasən, uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında alimentin ödənilməsinə xitam verilir. Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən isə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Hesab edirəm ki, övladlarınızın ali məktəb və orta ixtisas məktəbində təhsil alması və oxumaları ilə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyətlərinin məhdudlaşması səbəbinə və digər üzrlü səbəblərə görə maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar hesab olunduqlarından məhkəmə tərəfindən uşaqlara alimentin ödənilməsi onların oxuduqları müddətdə, ən çoxu isə 23 yaşlarına qədər alimentin ödənilməsi nəzərdə tutula bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.