Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu maddənin qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin müstəqil bağlama hüququ çatan xırda məişət əqdlərinə şamil edilmir.
- Mən 1975-ci ildən rayonda zəhərli kimyəvi maddələrlə əlaqədar rayon "Kəndtexnika" birliyində, sonra rayon " Kəndkimya" birliyində çalışmışam. Hazırda isə Rayon Bitki Mühafizə Mərkəzində aqranom vəzifəsində işləyirəm. İşlədiyim yerlərdə əməkhaqqından əlavə zərərli iş şəraitinə görə pul almışam və almaqdayam. Bilmək istəyirəm Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ (yəni 57 yaşdan) mənə şamil edilirmi?
İ.QƏDİMOV, Qusar rayonu.
- Əmək qanunvericiliyinə əsasən, (Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı və sair) əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə ağır və zərərli işlərdə çalışan işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı, əlavə məzuniyyət hüququ, əlavə əməkhaqqı və sair güzəşt və təminatlar nəzərdə tutulur. Lakin Sizin işlədiyiniz peşə və ya vəzifədə bu əsaslar üzrə güzəşt və təminatlarınızın olması güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 57 yaşında çıxmağınız üçün əsas deyildir. Belə ki, hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: (kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda. Qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Sizin bu qanunla göstərilən qaydada əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 57 yaşında çıxmağınız üçün isə ilk növbədə yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla işlədiyiniz peşə və ya vəzifənizin adı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısında olmalıdır. Lakin işlədiyiniz aqranom peşəsinin adı bu Siyahıda olmadığı üçün Sizin "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsində və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 57 yaşında çıxmağınız üçün hüquqi əsas yoxdur.
- Eşitdiyimə görə, dövlət qulluğunda fasiləsiz 25 il işləyən şəxs yaşından asılı olmayaraq təqaüdə çıxa bilər. Bu məsələ barədə ətraflı məlumat verməyinizi xahiş edirəm. Vüsal Əhmədov, Sumqayıt şəhəri.
- Bildirirəm ki, Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Dövlət qulluğu haqqında", "Vətəndaşların pensiya təminatı haqqında", "Dövlət qulluqçularının pensiya təminatı haqqında" qanunlardan, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Milli Bankda dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir. "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Qanunun 5-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqda və ya əlil olduqda bu qanunla pensiya almaq hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən isə, pensiya yaşı güzəştlər nəzərə alınmadan kişilər üçün 62, qadınlar üçün 57-dir. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: - "Dövlət qulluğu haqqında" qanun qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; - 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Qanunun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; - 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti; - Dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır; - Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin də yaşa görə əmək pensiyası hüququ vardır.
- Mən ikinci qrup əliləm. 2006, 2007 və 2008-ci illərdə əmək məzuniyyətinə çıxmamışam. 2006-cı ilin istifadə olunmamış məzuniyyətinə görə kompensasiya almaq istəyirəm. İstirahətə getməklə məzuniyyətə çıxsam müəssisə mənə 42 təqvim günü ödənişli məzuniyyət verir. Kompensasiya ödənildiyi halda isə 21 təqvim gününün məzuniyyət pulu ödənilir, o biri 21 gün üçün isə ödəniş verilmir. Belə halda mənə digər 21 günün kompensasiyasının ödənilməməsi düzgündürmü?
Ələkbər İSGƏNDƏROV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bu səbəbdən 2006 və 2007-ci tam iş illərinə görə bu günə qədər Sizə növbəti ödənişli məzuniyyətlərin və ya həmin iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın verilməməsi Əmək Məcəlləsinin 135-ci maddəsinin şərtlərinin işəgötürən tərəfindən pozulmasıdır və qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərinə əsasən, qanunvericilik istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Bu səbəbdən Sizə istər növbəti əmək məzuniyyətinə çıxarkən, istərsə də 2006-cı ilin istifadə edilməmiş əmək məzuniyyətinə görə razılığınızla 42 təqvim günündən az olmayaraq ödənişli əsas məzuniyyət və ya 42 təqvim günündən az olmayaraq kompensasiya ödənilməlidir. 2006-cı iş ilinin istifadə edilməmiş əmək məzuniyyətinə görə Sizin 21 təqvim gün ödənişli məzuniyyətə göndərilməyiniz yalnız hər iki tərəfin qarşılıqlı razılığı və digər 21 günün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilmək şərti ilə həyata keçirilə bilər. Sizin yazılı razılığınız olmadan isə 2006-cı iş ilinə görə 42 təqvim günündən az olmamaqla tam ödənişli məzuniyyətə və ya 21 təqvim günü olmaqla tam olmayan ödənişli məzuniyyətə göndərilməyiniz qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə yalnız kompensasiya ödənilməsi nəzərdə tutulur. Bu sualla az əlaqədar olsa da bizə tez-tez edilən şifahi və yazılı müraciətlərlə bağlı digər bir məzuniyyət hüququnu da oxucuların nəzərinə catdırmaq istəyirəm. Bu sual əsasən işlədikləri müddətdə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə edilmədikdə kompensasiya ödənilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə pul əvəzinin ödənilməsi ilə bağlıdır. Bu sualla əlaqədar bildirirəm ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Əmək münasibətləri davam edərkən isə işçi Əmək Məcəlləsinin 135.2-ci maddəsində nəzərdə tutulan qaydada müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilərkən hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə, bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi də ödənilməlidir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.