Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

01.12.08 - 12:521144 baxılıb

- Ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası üzrə payının ayrılması mümkündürmü?

S. İBRAHİMOV,
Sabirabad rayonu.

- Ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası üzrə payı ayrılır və ona ayrıca ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın birindən ayrılır.


- 1957-ci ildə anadan olmuşam. Ailəliyəm. Üç övladım var. Ən kiçik övladım 17 iyul 2001-ci il tarixdə anadan olub. 5 ildən artıq əmək stajına malikəm. Bilmək istəyirəm, "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulan qaydada 3 uşağı olan qadın kimi əmək pensiyasına 51 yaşda çıxa bilərəmmi?
S.ƏLİYEVA,
Lerik rayonu.

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası hüququ vardır. Sualınızdan da görünür ki, sizin "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulan qaydada 3 uşağınız vardır və 51 yaşınız da tamam olmuşdur. Lakin bu qanunda nəzərdə tutulan qaydada sonuncu övladınızı 8 yaşına qədər böyüdərək tərbiyə etməmisiniz. Bu səbəbdən də sizin 51 yaşında əmək pensiyasına çıxmaq hüququnuz yoxdur. Sizin bu hüququnuz sonuncu övladınızı 8 yaşına qədər tərbiyə etdiyiniz vaxt, yəni 2009-cu ilin iyul ayının 17-də yaranacaqdır.


- Əcnəbilər və vətandaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığı olan uşağı övladlığa götürdükdə uşağın vətəndaşlığı hansı qaydada müəyyən edilir?
H.KƏRİMOV,
Sumqayıt şəhəri.


- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən:
Əcnəbilər Azərbaycan Respublikasının vətəndaşlığı olan uşağı övladlığa götürdükdə onların vəsadəti əsasında həmin uşağın Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilir.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasınin vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır. Övladlığa götürənlərin vəsadəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığından çıxa bilər.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvadın hər ikisi vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.


- Hansı torpaqlar istirahət təyinarlı torpaqlar hesab olunur?

X.BƏYBALAYEV,
Qusar rayonu.

- Torpaq Məcəlləsinin 28-ci maddəsinə əsasən:
Əhalinin istirahətini, turizim, bədən tərbiyəsi və idman fəaliyyəti üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar istirahət təyinatlı torpaqlar sayılır.
Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir.
Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır. Bu sahələrdən onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.
İstirahət (rekresiya) təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir.


- İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmasına görə işəgötürənin maddi məsuliyyəti hansı qaydalarla tənzimlənir və hansı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir?

Mirqasım ƏLƏMDAROV,
Şəki rayonu.


- İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmasına maddi məsuliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği ilə tənzimlənir. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən, təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir.
Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.
Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.
Aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:
o istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);
o işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə.
Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik qrupunu və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.


- 30 ilə yaxındır ki, ayrı-ayrı müəssisələrdə işləmişəm. Hazırda səhiyyə sistemində karküzar vəzifəsində çalışıram. Mənə məlum olmayan səbəblərə görə əmək kitabçam yoxa çıxmışdır. Əvvəllər işlədiyim müəssisə və idarələr də ləğv edilmişdir.Həmin idarə və müəssisələrin baş idarələri də yoxdur. Əmək kitabçamı bərpa etmək üçün mən hara və kimə müraciət etməliyəm?

Sevda MƏMMƏDOVA,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək kitabçalarının tətbiqi qaydası haqqında" Əsasnamənin 3.10-cu bəndinə əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Bu Əsasnamənin 7-ci bəndinə əsasən isə, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat" sözü yazılır. Əmək kitabçasının dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının dublikatını almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Göstərilənləri əsas tutaraq siz ilk növbədə əmək kitabçasının dublikatını almaq üçün işlədiyiniz səhiyyə müəssisəsinin rəhbərinə yazılı ərizə ilə müraciət etməlisiniz. Bu ərizəyə siz, qanunla nəzərdə tutulan qaydada, əvvəllər işlədiyiniz idarə və müəssisələrdən işləməyiniz haqqında arxiv arayışlarını (hansı idarə və müəssisədə işləməyiniz, işə qəbulolma, işdən azadolma, vəzifə və peşəniz və sair barədə) əlavə etməlisiniz.
Lakin bildirdiyiniz kimi, əvvəllər işlədiyiniz idarə və müəssisələr, onların baş idarələri ləğv olunduğundan bu arayışı əvvəllər işlədiyiniz bu təşkilatlardan almaq mümkün deyil. Bu səbəbdən siz bu arxiv arayışlarını almaq üçün Dövlət Mərkəzi Arxivinə və onun yerli şöbələrinə müraciət etməlisiniz. Belə ki, idarə və müəssisələr, onların baş idarələri ləğv olunduğu halda həmin müəssisələrə aid, qanunvericilikdə nəzərdə tutulan qaydada, uzun müddət saxlanılması tələb olunan sənədlər Dövlət Mərkəzi Arxivinə və onun yerli şöbələrinə təhvil verilir. İşçilərə aid işəqəbul, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər, sizin bu idarə və müəssisələrdə işləməyinizi təsdiq edən əməkhaqqı sənədləri 75 il saxlanılan sənədlərə aiddir və bu səbəbdən həmin sənədlər Dövlət Mərkəzi Arxivində və onun yerli şöbələrində qorunub saxlanılır. Bu arxiv arayışlarını aldıqdan sonra bu sənədləri ərizənizə əlavə etməklə hazırda işlədiyiniz müəssisəyə müraciət etməlisiniz. İşlədiyiniz müəssisə tərəfindən sizə 15 gün ərzində əmək kitabçasının dublikatı təqdim edilməlidir. Əmək kitabçasının dublikatını almaq üçün göstərilən sənədlərin və sübutların alınmasında, əmək kitabçasının dublikatının verilməsində mübahisələr yarandığı halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə orqanlarna müraciət etməlisiniz. Bir halı da qeyd etmək istəyirəm ki, əmək kitabçasının dublikatını almaq üçün sübutedici sənədlərin toplanması sizin tərəfinizdən həyata keçirilməlidir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.