Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

05.12.08 - 17:101255 baxılıb

- Sualınızla əlaqədar bildirirəm ki, 1-ci və 2-ci qrup əlil olan işçilərin iş vaxtı ilə əlaqədar qanunvericilikdə iki hal mövcuddur.
Birinci halda 1-ci və 2-ci qrup əlil olan işçilərin iş vaxtı ilə əlaqədar qanunvericilikdə kifayət qədər hüquq normaları mövcuddur. Belə ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ-hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 1-ci, 2-ci qrup əlil olan işçilər üçün 36 saatdan artıq olmamalıdır. Göründüyü kimi, bu halda qanunvericilik konkret olaraq 36 saat deyil, həftə ərzində 36 saatdan artıq olmamaqla qısaldılmış iş vaxtı müəyyən edir. Bu halda 1-ci və 2-ci qrup əlil olan işçilərin məhdud olan əmək qabiliyyətindən asılı olaraq tərəflərin qarşılıqlı razılığı və əmək müqaviləsi və ya kollektiv müqavilə əsasında 36 saatdan az olan qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı, natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Hər bir halda 1-ci və 2-ci qrup əlil olan işçilərə həftə ərzində qısaldılmış iş vaxtı müəyyən edilərkən işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələr aparılmalı və bu təşkilatın razılığı alınmalıdır. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın - ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələri əsasında işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda hesab edirəm ki, 1-ci və 2-ci qrup əlil olan işçilərin əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində işləməsi yolverilməzdir.
"Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır. Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əməkhaqqı, iş, istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin vəziyyətini pisləşdirə və ya hüquqları məhdudlaşdırıla bilməz. Müəssisə və təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin səhhətindən asılı olmayaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin. Əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə icazə verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin. Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Bu qanuna əsasən əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilir. Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən isə, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Göstərilən hallar 1-ci və 2-ci qrup əlil olan işçilərə həm qısaldılmış iş vaxtı sahəsində, həm də digər sahələrdə kifayət qədər güzəşt və təminatlar nəzərdə tutulduğundan qanunidir.
İkinci hal isə ondan ibarətdir ki, Azərbaycan Respublikasında əlillərin, o cümlədən də 1-ci və 2-ci qrup əlillərin əlillik qrupu, əmək qabiliyyətini itirmə dərəcəsi və əmək qabiliyyətinin olub-olmaması Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ( TSEK) müəyyən olunur. Praktikada daha çox rast gəlinir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 1-ci və 2-ci qrup əlillik dərəcəsi verilmiş əlillərin əmək qabiliyyətlərinin olmaması barədə rəylər verilir ki, bu da onların əmək fəaliyyəti ilə məşğul olmasını məhdudlaşdırır və ya işləməsini qadağan edir. Hesab edirəm ki, bu əlillər müvafiq tibbi rəyə uyğun olaraq yalnız yüngül işdə işləyə bilərlər. 1-ci və 2-ci qrup əlillərə əmək qabiliyyətinin olmaması barədə TSEK tərəfindən rəylər verilərkən, müəyyən hissə istisna olmaqla, digər əlillərin yüngül işdə işləyə bilmələri, məhdud əmək qabiliyyətlərinin olması nəzərə alınmalıdır. Hər bir müəssisədə əlillərin "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 22.11.2005-ci il tarixli, 213 nömrəli qərarına uyğun olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kimi kvotada (kvota şamil edilməyən müəssisələr istisna olmaqla) nəzərdə tutulan qaydada qısaldılmış iş vaxtı müəyyən edilməklə işləməsi mümkündür. Bu səbəbdən bu əlillərə, ayrı-ayrı hallar istisna olmaqla, birmənalı olaraq əmək qabiliyyətlərinin olmaması barədə rəylərin verilməsini düzgün hesab etmirəm. Belə ki, cəmiyyətin inkişafı və kompyuterləşməsi ilə əlaqədar 1-ci və 2-ci qrup əlillərin qısaldılmış iş vaxtı müəyyən edilməklə tərcüməçi, mühasib, kompyuter texnikasında, karküzarlıqda, müəyyən yazı və sənədləşdirmə işlərinin aparılmasında və sair yüngül işlərdə işləməsi mümkündür. Bu səbəbdən 1-ci və 2-ci qrup əlillərə əmək qabiliyyətlərinin olmaması barədə tibbi rəylər verilərkən məhdud olan əmək qabiliyyətləri nəzərə alınmaqla digər sahələrdə işləyə bilmələri də nəzərə alınmalıdır. Eyni zamanda hesab edirəm ki, 1-ci və 2-ci qrup əlillərin tibbi rəyə uyğun olaraq qısaldılmış iş vaxtının müddəti qanunvericilikdə daha konkret müddətdə göstərilməsi vacibdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.