Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

26.12.08 - 17:471245 baxılıb

- Yaşyarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği və yaşyarımdan üç yaşınadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği barədə məlumat verməyinizi xahiş edirəm.

Təranə İSAYEVA,
Şəki şəhəri.


- 01 sentyabr 2008-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq yaşyarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, yaşyarımdan üç yaşınadək uşağa qulluğa görə isə müavinətin məbləği 10 manat məbləğində müəyyən edilmişdir.

- Azərbaycan Respublikası qanunvericiliyi ilə Tacikistan Respublikasında, Tacikistan Respublikasının Düşənbə şəhərində, Özbəkistan Respublikasında, Özbəkistan Respublikasının Daşkənd şəhərində 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
Daşqın ORUCOV,
Bakı şəhəri.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Tacikistan Respublikasında -140 ABŞ dolları məbləğində, Tacikistan Respublikasının Düşənbə şəhərində 160 ABŞ dolları məbləğində, Özbəkistan Respublikasında - 100 ABŞ dolları məbləğində, Özbəkistan Respublikasının Daşkənd şəhərində - 160 ABŞ dolları məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- Neft sənayesində texniki nəzarət şöbəsinin ustası vəzifəsində işləyirəm. Bilmək istəyirəm, əmək şəraitinə görə mənim neçə gün əlavə məzuniyyət almaq hüququm var?
Əbdül VƏLİYEV,
Şirvan şəhəri.

- Nazirlər Kabinetinin 2004 - cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının VI bölməsinin 134 - cü bəndinə əsasən, neft sənayesində işləyən texniki nəzarət şöbəsinin ustası və dispetçerləri üçün 6 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulub.

- Dolanacaq xərclərinin yüksəlməsi və minimum əməkhaqqının artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması və zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər hansı qaydada aparılır?

İlkin OSMANOV,
Bakı şəhəri.

- Mülki Məcəllənin 1124 və 1125-ci maddələrinə əsasən, dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Minimum əməkhaqqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əməkhaqqının artımına münasib surətdə artırılır. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanları nəzərə alınmaqla birdəfəliyə, lakin ən çoxu üç illiyə təyin edilə bilər. Əlavə xərclərin ödənilməsi məbləğləri yollayışların alınması, gedişhaqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlak dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.

- İşçilərin "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddiaları üzrə mülki işlərə dair prosessual iddia müddətlərin bərpa edilməsi qanunvericiliklə hansı hallarda mümkündür?

Pərvin MUSAYEV,
Bakı şəhəri.

- Digər mülki işlərlə bərabər işçilərin "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddialar üzrə mülki işlərə dair prosessual iddia müddətləri Əmək Məcəlləsinin 294 və 296-cı maddələri ilə tənzimlənir. Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçilər kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqana hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay müddətində müraciət etməklə öz hüquqlarını müdafiə edə bilər. Bu maddələrə əsasən müəsssədə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yoxdursa, işçi 1 ay müddətində məhkəməyə müraciət etməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçilər hüququnun pozulduğunu aşkar etdiyi gündən fərdi əmək mübahisələrinin həll edilməsi üçün 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulduğunu aşkar etdiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin,çekinin,) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilməsini bilə-bilə qəsdən pozduğu gündür. Əgər işçilər bu qanunda göstərilən müddətləri üzrlü səbəblərdən buraxmışlarsa, onda Mülki Prosessual Məcəllənin 128-133-cü maddələrində nəzərdə tutulan qaydada buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə tələb olunan digər sənədlərlə bərabər buraxılmış müddətin bərpa olunması barədə ərizə ilə müraciət etməlidirlər. Buraxılmış müddət məhkəmə tərəfindən üzrlü hesab edilərsə, hakim tərəfindən buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilir. Üzrlü səbəblər isə iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər hesab olunur. Yaxın qohum dedikdə işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hesab edə bilər.

- Vəzifəli şəxslərə hədiyyə almaqla əlaqədar hansı məhdudiyyətlər qoyulmuşdur?

Ülvi HƏSƏNOV,
Bakı şəhəri.

- “Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanununun 8 - ci maddəsinə əsasən:
vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar dəyəri 60,5 manatdan yuxarı olan hədiyyələr, şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir. Alınmış hədiyyə şəxsi istifadə üçün nəzərdə tutulmuşdursa, hədiyyə alan şəxs onun dəyərinin göstərilən həddən artıq hissəsini xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidaretmə orqanına ödəmək şərtilə bu hədiyyəni əldə edə bilər.
Fiziki və hüquqi şəxslərlə mülki - hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.
Qanunun bu maddəsində göstərilən tələblərin pozulması vəzifəli şəxslər üçün müəyyən edilmiş məsuliyyətə səbəb olur.

- İctimai əsaslarla fəaliyyət göstərən həmkarlar itttifaqı komitəsi vergi orqanlarına hər hansı bir hesabat forması təqdim etməlidirmi?
Nadejda CƏfƏrova,
Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsinin HİK sədri.

- Həmkarlar ittifaqı komitəsi apparatı işçilərinin, o cümlədən HİK sədrinin ştat üzrə, yaxud ictimai əsaslarla işləməsindən asılı olmayaraq həmkarlar ittifaqı təşkilatı hüquqi şəxs kimi dövlət vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdirsə, yəni VÖİN almışdırsa, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq hər bir hesabat dövründə hesabat təqdim etməlidir.
HİK sədri və komitə aparatı işçilərinə əmək ödənişi hesablanmadığı halda, bu zaman vergi orqanına müvafiq formaya uyğun olaraq arayış təqdim olunur.
Həmkarlar ittifaqı təşkilatları DSMF orqanlarında sosial sığorta ödəyicisi kimi qeydiyyatdan keçmişdirsə, əmək ödənişinin hesablanıb-hesablanmamasından asılı olmayaraq hər hesabat dövründə DSMF orqanlarına hesabat təqdim etməlidirlər.

Elşən Süleymanov,
AHİK-in maliyyə şöbəsinin müdir müavini.



- Mən Şamaxı rayonunda Mədrəsə Kənd Bələdiyyə sədrinin müavini işləyirəm. Bu vəzifəmdə qalmaqla ikinci iş yerində əmək müqaviləsi bağlaya bilərəmmi?
İkinci iş yerində əməkhaqqı necə ödənilməlidir?

Nurəddin MAHMUDOV.

- Əmək Məcəlləsinin 58-ci maddəsinin I bəndinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda, işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq, başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır.
Əvəzçilik üzrə əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 163-cü maddəsində öz əksini tapmışdır.
Belə ki, əvəzçilik üzrə işləyən işçilərin əməyinin əvəzi, mövcud əmək şəraiti nəzərə alınmaqla, faktik yerinə yetirilən işə görə ödənilir.
Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq heç bir ayrı-seçkilik qoyulmadan həyata keçirilir.

Əli MƏDƏTOV,
Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri
Müstəqil HİRK-in əməyin baş müfəttişi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.