Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

11.01.09 - 9:491237 baxılıb

- Nörmətli redaksiya!
Sizdən aşağıda göstərilən iki sualıma cavab verməyinizi xahiş edirəm.
Birinci sual: Qanuna əsasən hər hansı bir idarə işçisi il ərzində məzuniyyətə çıxan işçiləri neçə dəfə əvəz edə bilər? ( Yəni bir işçi il ərzində neçə dəfə digər vəzifəni apara bilər?). Əmək qanunvericiliyi ilə boş vəzifə üzrə əmək funksiyasının icrası hansı qaydada tənzimlənir?
İkinci sual: Hər hansı bir rayona ezam olunan müxbirin ezamiyyə vərəqi hansı qaydada rəsmiləşdirilməlidir?
Fuad ZƏKƏRİYYƏZADƏ,
Qəbələ rayonu.

Birinci sualın cavabı: - Azərbaycan Respublikasının əmək qanunvericiliyində müvəqqəti olaraq müəyyən səbəblərdən işdə olmayan işçinin digər işçi tərəfindən əvəz edilməsi və ya il ərzində neçə dəfə əvəz edilməsi barədə hər hansı bir məhdudiyyət qoyulmayıb. Belə hallarda Əmək Məcəlləsində yerinə yetirilməsi vacib olan bir neçə şərt vardır ki, bu şərtlərə əməl edilməklə müvəqqəti olaraq müəyyən səbəblərdən işdə olmayan və o cümlədən məzuniyyətə çıxan işçilərin də əvəz edilməsi mümkündür. Bu şərtlər əsasən tərəflərin qarşılıqlı razılığı, işçinin həmin vəzifə üzrə əmək funksiyalarını yerinə yetirmək iqtidarında olması və əvəz edilən vəzifə və ya peşə üzrə ixtisasının olması, işçinin digər vəzifə üzrə əmək funksiyalarını yerinə yetirmək üçün vaxtın və imkanının olması, yeni əmək müqaviləsi bağlanılması və ya əmək müqaviləsinə müvafiq əlavələrin edilməsi və əməkhaqqının ödənilməsidir. Bu hallar Əmək Məcəlləsi ilə aşağıdakı qaydada tənzimlənir:
Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, müəyyən səbəbdən on beş gündən çox müddətə yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
Əmək Məcəlləsinin 161-ci maddəsinə əsasən, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Digər hallarda peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir.
Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
İkinci sualın cavabı: - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın birinci maddəsinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"na əlavədə işçilərin ezamiyyəyə göndərilməsi barədə ezamiyyə vəsiqəsinin nümunəvi forması təsdiq olunmuşdur. Bu nümunəvi formaya əsasən ezamiyyə vəsiqəsinin yuxarı hissəsinin sol küncündə işçini ezamiyyəyə göndərən təşkilatın künc ştampı vurulur. Ezamiyyə vəsiqəsinin birinci səhifəsində ezamiyyəyə göndərilən işçinin adı, atasının adı, soyadı, vəzifə və ya peşəsi, ezam olunduğu təşkilatın adı qeyd olunur. Ezamiyyə vəsiqəsində işçinin ezamiyyətinin məqsədi və ezam olunduğu təyinat məntəqəsi də qeyd olunmalıdır. Ezamiyyə vəsiqəsi yalnız işçinin şəxsiyyətini təsdiq edən vəsiqə təqdim edildikdə etibarlı sayılır. Ezamiyyə vəsiqəsi işçini ezamiyyəyə göndərən təşkilat rəhbərinin adı, atasının adı, soyadı, vəzifəsi göstərilməklə imzası və təşkilatın möhürü ilə təsdiq olunur. Ezamiyyə vəsiqəsinin ikinci səhifəsində ezamiyyəyə göndərilən işçinin ezamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, təyinat məntəqəsindən çıxması, göndərildiyi iş yerinə qayıtması kimi (gün, ay və il) qeydlər edilir və müvafiq vəzifəli şəxsin imzası və təşkilatın möhürü ilə təsdiq olunur.

- 1980-ci ildən 2002-ci ilədək Masallı rayonunun kənd klublarının birində müdir vəzifəsində işləmiş Orucov Heybətəli Heydərəli oğlu ərizə ilə 10 saylı ərazi Əmək Müfəttişliyinə müraciət edərək işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Məlumat üçün bildirirəm ki, H.Orucov 19 mart 2002-ci il tarixli 19 saylı əmrə əsasən işdən azad olunarkən son haqq-hesab kimi istifadə etmədiyi məzuniyyətlərin ikiillik pul əvəzini almışdır. Bilmək istəyirəm, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında ona əvvəlki illərdə istifadə etmədiyi məzuniyyətinə görə pul kompensasiyası ödənilməlidirmi?

Adil HEYDƏROV,
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəis əvəzi.

- Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Konstitusiya Məhkəməsinin 29 noyabr 2002-ci il tarixli qərarına əsasən, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir.
Yuxarıda göstərilən bu normativ- hüquqi aktlardan Əmək Məcəlləsinin 135-ci maddəsi işçinin əmək münasibətlərinin davam etdiyi müddətə, Əmək Məcəlləsinin 144-cü maddəsi və Konstitusiya Məhkəməsinin 29 noyabr 2002-ci il tarixli qərarı isə əmək müqaviləsinə xitam verilən işçilərə aiddir və bu normativ-hüquqi aktlarda göstərilən hüquqlar hər bir işəgötürən tərəfindən mübahisəsiz olaraq yerinə yetirilməlidir. Lakin göstərdiyiniz halda Masallı rayonunun kənd klublarının birində müdir vəzifəsində işləmiş Orucov Heybətəli Heydərəli oğlu ilə 19 mart 2002-ci il tarixli 19 saylı əmrlə 6 il 9 ay əvvəl əmək müqaviləsinə xitam verilmişdir. Orucov Heybətəli Heydərəli oğlu tərəfindən ərizə ilə 10 saylı ərazi Əmək Müfəttişliyinə edilən müraciət də təsdiq edir ki, aranızda fərdi əmək mübahisəsi yaranmışdır. Qanunla fərdi əmək mübahisələrinin həlli üçün müəyyən iddia müddətləri nəzərdə tutulmuşdur. Bu səbəbdən yaranmış əmək mübahisələri yalnız məhkəmə yolu ilə həll oluna bilər. Lakin redaksiyaya yazdığınız müraciətdən də görünür ki, Orucov Heybətəli Heydərəli oğlu ilə əmək müqaviləsinə 19 mart 2002-ci il tarixində xitam verildiyi üçün həm Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsində, həm Dövlət Əmək Müfəttişliyi və həm də məhkəmə qaydasında istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin tələb etmək hüququ barədə iddia müddəti buraxılmışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının "yaxın qohumu" dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər.

- 1971-1972-ci illərdə Türkoba kənd XDS İK-in katibi, 1992-1998-ci illərdə Türkoba ərazi nümayəndəsinin müavini vəzifəsində işləmişəm. Təqaüd vaxtı çatdığı üçün 23 dekabr 2008-ci il tarixdə Türkoba ərazi nümayəndəsinin müavini vəzifəsindən azad edilmişəm. 28 il dövlət işində işləmişəm. Ümumi iş stajım isə 38 il 6 aydır. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli Fərmanı ilə dövlət qulluqçularına pensiya verilməsi mənə şamil edilməmişdir, neçə illərdir ki, mən də adi pensiyaçılar kimi pensiya alıram. Bilmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli Fərmanı dövlət qulluqçusu kimi mənə də şamil edilirmi?

Abdulla Kişiyev,
Masallı rayon, Türkoba kəndi.

- "Dövlət qulluqçularinin pensiya təminati haqqinda" Azərbaycan Respublikasi Qanununun 1-ci maddəsinə əsasən, "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Dövlət qulluğu haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunlarından, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlardan, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.
"Dövlət qulluqçularinin pensiya təminati haqqinda" Azərbaycan Respublikasi Qanununun 2-ci maddəsinə əsasən, bu qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla aşağıdakı şəxslərin dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır:
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gün icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında çalışmış dövlət qulluqçuları; "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları; dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadı (əri), anası (atası), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızı (oğlu).
Bu qanun Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxması və ya dövlət qulluqçusu andını pozması ilə əlaqədar işdən azad edilmiş dövlət qulluqçularına və onların ailə üzvlərinə bu qanunla pensiya təyin olunmur.
"Dövlət qulluqçularinin pensiya təminati haqqinda" Azərbaycan Respublikasi Qanununun 5-ci maddəsinə əsasən, bu qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda, bu qanunla pensiya almaq hüququ vardır.
Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir:
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı ("Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu 2001-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmişdir); 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. Dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.