Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

26.01.09 - 11:10967 baxılıb

- Uzun illər Şəki Pambıq Zavodunda sürücü işləmişəm. Özəlləşdirilərkən mən də bu zavoda səhm qoymuşam. Bildiyimə görə, dövlət komitəsi tərəfindən zavodun işçi kollektivinə müəyyən güzəştlər verilmişdir. Sahibkar uzun illərdir ki, səhmimizin dəyərini ödəmir. Bəzi hallarda işçilərin istifadə etmədikləri məzuniyyət günlərinin haqqını ödəməkdən imtina edir. Yuxarıda göstərilənləri əsas tutaraq xahiş edirəm ki, səhmdar cəmiyyətə çevrilmiş müəssisədə özəlləşdirmə ilə əlaqədar əmək kollektivinin hansı güzəştlərə malik olması və səhmdar cəmiyyətlərdə işçilərin istifadə etmədikləri məzuniyyət günlərinin haqqının ödənilməsi barədə ətraflı məlumat verəsiniz.

B. BAXIŞOV,
Şəki şəhəri.



- Əmək Məcəlləsinin 180-ci maddəsinə əsasən, işçinin müəssisənin gəlirindən pay almaq hüququ vardır. İşçilər qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 99-cu maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının, o cümlədən də səhmdarların da tanış olması üçün hər il dərc etməyə borcludur. Göstərilənləri əsas tutaraq hesab edirəm ki, səhmdar cəmiyyətin rəhbərliyi illik hesabat və mühasibat balansı ilə bütün səhmdarları tanış etməli və səhmdarların əldə edilən gəlirdən səhmlərin müvafiq hissəsi miqdarında pay almaq hüququnu təmin etməlidir.
Digər bir sualınızla əlaqədar bildirirəm ki, dövlət müəssisələrinin səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar əmək kollektivinin güzəştlərə malik olması yalnız özəlləşdirmə prosesində mümkündür. Belə ki, 16 may 2004-cü il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini (onun qalan hissələrinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə (15 faiz) almaq hüququ vardır. Bu Qanunun 17.2- ci maddəsinə əsasən, özəlləşdirilən dövlət müəssisələri səhmlərinin və hissələrinin satışında güzəştli şərtlər "əsas iş yeri üzrə həmin müəssisədə işləyən və 7 ildən artıq əmək stajına malik olan işçilər" hesab olunurlar. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsini müəyyən edən normativ-hüquqi aktların pozulması özəlləşdirmə barədə bağlanmış əqdlərin eribarsız hesab edilməsi barədə əsasdır.
Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış bütün iş yerlərinə şamil edilir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən isə (əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi), bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Göstərilənləri əsas tutaraq hesab edirəm ki, səhmdar cəmiyyətə çevrilmiş müəssisələrdə də heç bir məhdudiyyət qoyulmadan işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir.


- Hörmətli redaksiya!
Müəssisədə 3 il az maaşla gözətçi işləmişəm. İşdən azad olunarkən mənə, istifadə etmədiyim məzuniyyət günləri də daxil olmaqla, son haqq-hesab ödənilməmişdir. Səbəbini soruşduqda bildirirlər ki, sən müqavilə yolu ilə işləmisən. Bu nə dərəcədə qanunidir?
T.ORUCOV,
Gədəbəy rayonu.


- Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər münasibətləri tənzim edir. Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış bütün iş yerlərinə şamil edilir. Göstərilənlərə əsasən müəssisənin əsas istehsalat sahəsinə aid olan və ştat cədvəlində olan bütün işçilərlə birmənalı olaraq Əmək Məcəlləsinin 42-54-cü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmalıdır. Belə bir əmək müqaviləsi bağlamış bütün işçilərə Əmək Məcəlləsində nəzərdə tutulan şərtlər, o cümlədən Əmək Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulan qaydada son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əməkhaqqı və digər ödəmələr) almaq hüququ şamil edilir. Əgər sizinlə Əmək Məcəlləsində nəzərdə tutulan şərtlər daxilində əmək müqaviləsi bağlanmışsa, son haqq-hesabı almaq hüququnuz vardır. Lakin bir çox hallarda işəgötürənlər işçilərin qanunları bilməməsindən və ya onların maarifləndirilməməsindən sui- istifadə edərək onlarla Əmək Məcəlləsinə (Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndi) və onun şərtlərinə uyğun əmək müqaviləsi deyil, Mülki Məcəllə və digər normativ-hüquqi aktlarla tənzimlənən podrat, komisyon, xidmət, tapşırıq və sair kimi mülki hüquqi müqavilələr bağlayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənən podrat, komisyon, xidmət, tapşırıq və sair kimi mülki hüquqi müqavilələr bağlayan işçilər isə işdən azad olunarkən Əmək Məcəlləsində nəzərdə tutulan təminatlardan və son haqq-hesabdan (əmək kitabçası almaq, ödənişli məzuniyyət almaq hüququndan, iş stajının hesablanması, ixtisarla və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə işdən azad olmaqla əlaqədar müavinətlərin ödənilməsi, əmək xəsarəti ilə əlaqədar müavinətlərin ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və sair) istifadə etmək hüququnu itirə bilər. Əgər sizinlə Mülki Məcəllə və digər normativ-hüquqi aktlarla tənzimlənən podrat, komisyon, xidmət, tapşırıq və sair kimi mülki hüquqi müqavilə bağlanmışsa, belə olan halda sizin əməkhaqqı və ya digər ödəmələri almaq hüququnuz Əmək Məcəlləsi və ya əmək müqaviləsi ilə deyil, bağladığınız müqavilənin şərtlərinə uyğun olaraq tənzimlənir.


- Mən tibb müəssisəsində işləyirəm. Tibb Texnikumunun gündüz şöbəsinə daxil olmuşam. Dərs saatlarımla iş saatlarım üst-üstə düşür. Bilmək istəyirəm, eyni zamanda həm oxuya, həm də işləyə bilərəmmi?

Mahirə MƏMMƏDOVA,
Mingəçevir şəhəri.


- Azərbaycan Respublikası qanunvericiliyi ilə şəxslərin işləməklə bərabər oxumalarına heç bir məhdudiyyət və ya qadağa qoyulmayıb. Lakin şəxsin eyni zaman müddətində həm işləməklə əmək funksiyalarını yerinə yetirməsi, həm də oxuması qeyri-mümkündür. Hər iki vəzifənin eyni zaman və müddətdə yerinə yetirilməsi, sadəcə olaraq, fiziki cəhətdən də mümkün deyil. Tibb Texnikumunun gündüz şöbəsində oxumaqla sizin dərs saatlarının vaxtının dəyişdirilməsini xahiş etmək imkanınız yoxdur. Lakin əmək münasibətlərində olduğunuz tibb müəssisəsi rəhbərinin və sizin qarşılıqlı razılığınız əsasında əmək müqaviləsində müvafiq dəyişiklik etməklə, işinizin vaxtını dəyişdirməklə və ya natamam iş vaxtında işləməklə həm təhsilinizi davam etdirə, həm də işləyə bilərsiniz. Belə ki, Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.


- Xidmət illərinə görə hərbi qulluqçular hansı şərtlərlə pensiya hüququna malikdirlər?
Pərviz SƏMƏNDƏRLİ,
Bakı şəhəri.

- “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, xidmət illərinə görə hərbi qulluqçuların pensiya hüququna aşağıdakı şərtlər daxildir:
o xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;
o xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;
o xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçirmiş şəxslər;
o hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.


- Övladım 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Müəyyən səbəblərdən ixtisasına uyğun iş tapa bilmədiyinə görə, 1996-cı ildə şahmat müəssisəsində metodist vəzifəsində işə qəbul edilmişdir. 13 ilə yaxındır ki, həmin vəzifədə işləyir. Hazırda işlədiyi məktəbin direktoru vəzifəsi boşdur. O vəzifəyə övladımın təyin edilməsini məsləhət bilmirlər ki, başqa peşə sahibidir. Bu tələb nə dərəcədə düzgündür?

M.QASIMOV,
Sabirabad rayonu.


- Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək hüququ işəgötürənə məxsusdur. İşçilərlə yeni əmək müqaviləsi bağlamaqla onları irəli çəkmək, onların peşəkarlığı və işgüzarlığı nəzərə alınmaqla vəzifəyə təyin etmək işəgötürənin müstəsna səlahiyyətlərinə aiddir. Övladınızın hər hansı bir səbəblərdən öz ixtisası üzrə işlə deyil, digər ixtisaslı işdə uzun illər işləməsi isə ona bu vəzifəyə təyin olunması üçün əlavə güzəşt hüququ vermir. Yuxarıda qeyd olunduğu kimi, işçinin peşəkarlıq səviyyəsi və onun hər hansı bir vəzifəyə təyin olunması işəgötürənin müstəsna səlahiyyətlərinə aiddir.
Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əmək Məcəlləsinin 48.4-cü maddəsinə əsasən isə, əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər sırasında işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənədin təqdim edilməsi nəzərdə tutulur. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, övladınızın hazırda işlədiyi məktəbin direktoru vəzifəsinə təyin olunması üçün müvafiq təhsilin olması barədə rəhbərliyin tələbləri qanuni və əsaslıdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.